Mumiya (film, 1959)
Mumiya | |
---|---|
ing. The Mummy | |
Janr | Qorxu filmi |
Rejissor | Terens Fişer |
Prodüserlər |
Entoni Kiz Maykl Karreras |
Ssenari müəllifi | Cimmi Sanqster |
Baş rollarda |
Kristofer Li Piter Kuşinq Ayvonna Fyorno Eddi Byurne |
Operator | Cek Eşer |
Bəstəkar | Frans Reyzenşteyn |
İstehsalçı | Hammer Film Productions Limited |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 1959, 31 dekabr 1959[2] |
Müddət | 86 dəqiqə |
Büdcə | £125,000 sterlinq[1] |
Ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Dil | İngilis dili |
İl | 1959 |
Rəng | rəngli |
IMDb | ID0053085 |
Vikianbarda əlaqəli mediafayllar |
Mumiya (ing. The Mummy) — 1959-cu ildə "Hammer Studios" tərəfindən istehsal olunmuş "Mumiya" seriyalarından biridir.
Məzmun
[redaktə | mənbəni redaktə et]1895-ci ildə arxeoloqlar Con Banninq (Piter Kuşinq), atası Stiven (Feliks Eylmer) və əmisi Cozef Vempl (Reymond Hantli) Misirdə tanrı Karnakın ali rahibəsi olan Şahzadə Anankanın məzarını axtarırlar. Con ayağı sındığına görə şahzadənin məzarının axtarışlarında atası və əmisinə kömək edə bilmir. Stiven və Cozef sərdabəyə girməmişdən əvvəl misirli Mehmet Bəy (Corc Pastell) onları xəbərdar edir ki, əgər məzarı açsalar lənətlənəcəklər. Amma onlar bu xəbərdarlığa fikir vermirlər və sərdabəyə daxil olub Anankanın məzarını tapırlar. Cozef bu xoş xəbəri Cona çatdırmaq üçün sərdabədən çıxır. Bu vaxt Stiven mistik Həyat Tomarını tapıb yüksək səslə oxumağa başlayır. Elə bu vaxt o qışqırıb özündən gedir.
Stiven Banninq üç il sonra İngiltərədəki Engerfild psixi xəstəxanasında özünə gəlir və oğlunun yanına gəlməsini istəyir. O, oğluna məzarda Həyat Tomarını oxuduğu zaman səhvən Karnakın ali rahibi Harisin (Kristofer Li) mumiyası canlandırdığını söyləyir. Haris məşuqu olduğu Anankanı diriltmək istəyərkən ələ keçmiş və şahzadənin məzarını qoruması üçün diri-diri onun yanında basdırılmışdır. Stiven ona inanmayan oğluna Harisin şahzadənin məzarını açmaq istəyən hər bir kəsi öldürməyə çalışacağını deyir.
Bu vaxt qatı Karnak müridi olan Mehmet Bəy Banninqlərdən bu əməllərinə görə intiqam almaq üçün Mehmet Akir saxta adı ilə Engerfildə gəlir. O, sandıqda özü ilə birgə İngiltərəyə gətirdiyi Harisin mumiyasını daşımaq üçün iki sərxoş nökər tutur, amma nökərlər sandığı daşıyarkən onu bataqlığa salırlar. Həyat Tomarını oxuyan Mehmet Bəy Harisin mumiyasını bataqlıqdan çıxarır və onu Stiven Banninqi öldürməyə göndərir. Ertəsi gün axşam Haris Cozef Vempli öldürür. Cinayətə şahid olan Con tapançadan yaxın məsafədən atəş açaraq mumiyanı vurur, ancaq mumiya heç bir xəsarət almır. Cinayətin istintaqını aparan detektiv Malruni Conun qatil mumiya haqqındakı hekayəsinə inanmır. Malruni istintaqını davam etdirərkən Con yoldaşı İzabelin Şahzadə Anankaya həddən artıq çox bənzədiyini anlayır. Bu vaxt mumiyanı gördüyünü iddia edən bir adamla danışan Malruni Conun söylədiklərinin həqiqət ola biləcəyini düşünməyə başlayır.
Mehmet Bəy son qurbanını öldürməsi üçün mumiyanı Banninqlərin evinə göndərir. Ancaq ərinin köməyinə gələn İzabeli görən Haris Conu sərbəst buraxaraq çıxıb gedir. Mumiyanın vəzifəsini yerinə yetirdiyini düşünən Mehmet Bəy Misirə qayıtmağa hazırlaşır. Mehmet Bəyin mumiyanı idarə edən adam olmasından şübhələnən Con onun yanına gəlir. Conu görən Mehmet Bəy təəcüblənir. Con gedəndən sonra o mumiyaya ikinci bir cinayət törtəməyi tapşırır. Amma bu vaxt onun qaldığı ev artıq polis nəzarəti altında olur. Mehmet Bəy polislərdən biri ilə əlbəyaxa olan zaman mumiya da Malrunini yerə çırpır. Sonra o Conu tapıb boğmağa başlayır. Conun atəş açdığını eşidən İzabel ərini ikinci dəfə mumiyanın əlindən qurtarır. Mehmet Bəy mumiyaya İzabeli öldürməyi əmr edir, ancaq mumiya buna əməl etmir. Bu zaman Mehmet Bəy özü İzabeli öldürmək istəyir. Amma mumiya onu qətlə yetirir. Huşunu itirmiş İzabeli qucağına alan və bataqlığa tərəf yollanan mumiyanı Con, Malruni, eləcə də digər polislər təqib edir. Conun qışqırıq səsinə özünə gələn İzabel mumiyaya onu yerə qoymağı əmr edir. Mumiya onun əmrini yerinə yetirir. Bundan sonra polislər mumiyaya atəş açırlar. Harisin mumisyası palçığa batıb gözdən itərkən Həyat Tomarını da özüylə aparır.
Rollarda
[redaktə | mənbəni redaktə et]Ad | Rol |
---|---|
Piter Kuşinq | Con Banninq |
Kristofer Li | Xaris |
Ayvonn Fyorno | İzobel Banninq / Şahzadə Ananka |
Eddi Byorn | inspektor Malruni |
Feliks Eylmer | Stiven Banninq |
Reymond Hantli | Cozef Vempl |
Corc Pastell | Mehmet Bəy |
Corc Vudbric | Bleyk |
Harold Qudvin | Pet |
Denis Şo | Mayk |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Marcus Hearn & Alan Barnes, The Hammer Story: The Authorised History of Hammer Films, Titan Books, 2007 p 43
- ↑ Lexicon of international films (alm.). Zweitausendeins.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Mumiya — Internet Movie Database saytında