Benito Mussolini
Benito Mussolini | |
---|---|
it. Benito Mussolini | |
31 oktyabr 1922 – 25 iyul 1943 | |
Monarx | III Viktor Emmanuel |
Əvvəlki | Luici Fakta |
Sonrakı | Pyetro Badalyo |
dekabr 1925 – 25 aprel 1945 | |
Əvvəlki | titul təsis edilib |
Sonrakı | titul ləğv edilib |
30 oktyabr 1922 – 12 sentyabr 1929 | |
Əvvəlki | Karlo Şantser |
Sonrakı | Dino Qrandi |
20 iyul 1932 – 9 iyun 1936 | |
Əvvəlki | Dino Qrandi |
Sonrakı | Qaleatsso Çiano |
5 fevral – 25 iyul 1943 | |
Əvvəlki | Qaleatsso Çiano |
Sonrakı | Rafaele Quarilya |
23 sentyabr 1943 – 25 aprel 1945 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
23 sentyabr 1943 – 25 aprel 1945 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum adı | Benito Amilcare Andrea Mussolini |
Doğum tarixi | 29 iyul 1883[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 aprel 1945[1][2][…] (61 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Partiya |
İtaliya Sosialist Partiyası Respublika Faşist Partiyası (1943-1945) |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, müəllim, siyasətçi |
Atası | Alessandro Mussolini |
Anası | Roza Maltoni |
Həyat yoldaşı | Rakel Mussolini (qızlıq soyadı Qvidi) |
Uşaqları |
oğulları: Vittorio, Bruno və Romano qızları: Edda və Anna-Mariya birinci həyat yoldaşı İda Dalzerdən oğlu: Benito Albino |
Hərbi xidmət | |
Xidmət illəri | 1915-1917 |
Mənsubiyyəti | İtaliya Krallığı |
Qoşun növü | Qara köynəklilər |
Döyüşlər | |
Rütbəsi | İmperiyanın birinci marşalı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Benito Amilkare Andrea Mussolini (29 iyul 1883[1][2][…], Predappio, İtaliya krallığı – 28 aprel 1945[1][2][…]) — İtaliya siyasətçisi, faşist partiyasının başçısı, diktator (duçe), 1922–1943-cü illərdə İtaliyanın rəhbəri.
Həyatı
[redaktə | vikimətni redaktə et]XX əsrin ən nəhəng tiranlarından olan Benito Mussolini əslən italyandır. Uşaqlığı atası dəmirçi Alessandro Mussolininin milliyətçilik ideyaları ilə keçdiyinin təsiri sonrakı həyatında kifayət qədər iz qoymuşdur.(bəzi mənbələrdə isə atası sosialist olaraq göstərilir.)
İlk və orta təhsil illəri sırasında qanunlara tabe olmaması və dalaşqan xarakteri 2 dəfə məktəbdən uzaqlaşdırmaya səbəb olmuşdur. New York Times qazeti 1922-ci ildə Mussolini ilə qərib bir qəzet redaktoru arasında baş verən dueli şərh edərkən Mussolininin bədənində 100-dən daha çox yara izinin olduğunu vurğulamışdır. Gənclik illərində sosializm düşüncələrinə maraq göstərdi , Nitşe, Kant, Marks və Engels kimi sosialist düşüncəli mütəfəkkirlərin görüşlərindən faydalandı. Mussolininin qəzəbinin əsas səbəbi ölkəsinin mürtəce təbiətli olmağı idi. Yeni əsrin başlamağına baxmayaraq, İtaliyadakı insanların böyük əksəriyyəti hələ də feodalizmin qanunları ilə yaşayırdı və o ölkədə hökm sürən feodal qaydalarına tabe olmayaraq 1902-ci ildə hərbiyə getməmək üçün İsveçrəyə qaçdı və burada "Əməkçilərin gələcəyi" adl; jurnalda məqalələrini yayımlamışdır. İsveçrəyə köçdükdən sonra 1903-cü ilin iyul ayında inqilab başlatmaq ittihamı ilə həbs edilir və İtaliyaya təhvil verilir.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Bu dönəmdəki yazı və nitqlərində Mussolini "Qanlı bir inqilabın ehtiyacından bəhs etmiş və Karl Marksın ideyalarının cəmiyyətin gələcəyi üçün yeganə çıxış yolu olduğunu " təkidlə iddia etmişdir. 1909-cu ildə Futurizm ideyaları Mussolinidə faşizm idealogiyanın formalaşması üçün toxum səpdi.(Futurizm 1909-cu ildə bir qrup italyan musiqiçi tərəfindən qurulan bədii, mədəni və intellektual axın idi. Futuristlər üçün bir neçə vacib qayda var idi: macəra, şiddət və müharibə. Manifestolarının əsas cümləsi isə "Müharibə dünyanın gigiyenasıdır" idi.) 1914-cü ildə başlanan I Dünya Müharibəsi Mussolininin həyatında dönüş nöqtəsi oldu və bu müharibəyə dəstək verməsi səbəbi ilə işlədiyi sosialist qəzetində digərləri ilə qarşıdurma yaşadığı səbəbi ilə oradan ayrıldı.
Bütün İtaliya Mussolinin çağırışı ilə müharibəyə qoşulmağa hazırlaşırdı. Sadəcə sosialistlər müharibənin əleyhinə idilər. Hər iki tərəfdə də işçi sinfinin savaşacağından əmin olduqları üçün müharibənin qəti şəkildə əleyhinə idilər. Faşizimlə sosializmi birləşdirən məqamlardan biri bütün siniflərə bərabər yanaşılması ,"sosial ədalət" prinsipinin tətbiqi idi. Nəzəriyyədə faşizm hansısa sinif tərəfindən dəstəklənməsinə etiraz etmir. Prinsipcə faşizm bütün siniflərə bərabər yanaşmalıdır. Həm italyan faşizmi, həm də alman nasizmi bütün siniflərə ritorik jestlər etmişdi. Faşizmin açar elementi onun "milli dirçəliş", yaxud "yeni nizam" axtarışıdır. Britaniyalı siyasi nəzəriyyəçi Rocer Qriffin özünün "Faşizm" adlı əsərində bəyan edir ki, faşizm "populist ultra millətçiliyin palingenetik formasıdır". "Palingenetik" dirçəliş deməkdir, faşizmdə digər daha tipik populist və ultra-millətçi tendensiyalarla yanaşı "milli dirçəliş" ideyasına da bağlılıq var. İtaliya 1915-ci ildə Rusiya, İngiltərə və Fransanın tərəfində müharibəyə qoşuldu. Mussolini nəhayət ki, müharibə haqqında yazmaqdan daha artığını edərək, şəxsən müharibəyə qatılır, səngərlərdə əsgərləri millətçilik ideyaları ilə ruhlandırır və ən nəhayətində o millətçiliyin yeni bir çevrilişin səbəbi olacağından qəti şəkildə əmin olur. Müharibədə yaralanır və Milana qayıdır. Faşizm bütün dünyanın gördüyü yeni siyasi sistem idi. Faşistlər hərbi gücü, ölkəyə həddindən artıq bağlı olmağı və İtaliya əhalisinin üstünlüyünü qeyd edirdi. Üstəgəl, sistem bir cümlənin üzərində inşa edilmişdi: "Antik Romanın şöhrəti İtaliyanı yenidən ağuşuna alacaq". İsyankar Mussolini çıxışları və qəzeti vasitəsilə yeni ideologiyanı nəhayət ki, 35 yaşında yaymağa başlayır. Milanda və ölkənin şimalındakı digər bölgələrdə əsl inanclılardan ibarət "qara köynəklilər" adlı qrup yaradır. Bir müddət sonra bu dəstəni daha da böyüdərək əsl ordu qurmağı hədəfləmişdi. Bunun üçün isə diktatorluğun ən vacib elementi olan "düşmən yaratmaq" yolunu seçir. Mussolininin ideal düşməni tapmaq üçün uzağa getməyə ehtiyacı yox idi. 1917-ci ilin oktyabrında Vladimir Leninin kommunist inqilabı dünyanın hər yerində hiss edilən siyasi zəlzələ yaratmışdı. Çox insanın düşüncəsinə görə bu, kapitalizmin, şəxsi əmlakın və tanrının sonu idi. Müharibənin bitməsi ilə işsizlik və aclıq var gücü ilə İtaliyaya yayılmağa başladı. Rusiya inqilabından dərhal sonra kommunist partiyası quruldu. Sosialist partiya böyüyürdü, işçilər etiraz edirdi və vətəndaş müharibəsi güclənirdi. (nəzərə alsaq ki 1920-ci ildə 2 milyondan çox italyalı 2mindən çox üsyana qoşulmuşdu və bu da həmin dövr üçün kifayət qədər ağır nəticə idi.) Demokratiya ilə hakimiyyətə gələn iqtidar baş verənlərin öhdəsindən gələ bilməyəcəkdi. İtaliya inqilabın eşiyində idi. "Hər şey məhv olur, amma mən bu gedişatı dayandıracağam" .
Diktatorların bacardığı ən gözəl işlərdən biri hadisələri xalqa faciəvi formada çatdırmaq idi. Siyasətçilərin xalqın gözü qarşısında "hamımız acından öləcəyik" deməyi səfeh düşüncə kimi görünə bilər, amma Mussolini bu fürsətdən kifayət qədər layiqincə istifadə edə bildi. Faşist hərəkatları tez-tez demokratik vasitələrlə hakimiyyətə gəlsələr də, bu onların demokratiyaya sadiq qalacağı mənasına gəlmir. Faşistlər liberalizmi vaxtı keçmiş, uğursuz ideologiya hesab edirlər. 1921-ci il, 15 may Mussolini və bəzi faşistlər seçki yolu ilə parlamentə girdi. Artıq faşizm ideologiya yox, siyasi qüvvə idi, amma Mussolini demokratiyanın qanunlarına uyğun hərəkət etməyəcəkdi. Seçkilərdə xalqın dəstəyi ilə seçilən Mussolinidən xalq uğurlu islahat gözlədiyi halda o parlamentə girməklə faşizmi sadəcə ideologiya yox siyasi qüvvəyə çevirə bildi. Daha sonra Baş nazir postunu ələ keçirmək üçün Kral (həmin dövr üçün İtaliyada nə qədər demokratik rejim olmasına baxmayaraq Kralın Baş naziri seçmək hüququ var idi.) Emmanuelə paytaxta girəcəyi və onu devirəcəyi ilə bağlı təhdidlər yağdırır. Kral isə həm hərbi qüvvələrin həm də polis qüvvələrinin komandanı olmasına baxmayaraq xalqı qırğına verməmək səbəbi ilə Mussolinini Baş nazir postu ilə mükafatlandırır. Bütün demokratik cəmiyyətlərin əsas dayağı olan azad məhkəmə və hüquq sistemini ləğv edir. Bununla da o, açıq formada parlamentdə diktatorluğunun başladığını elan edir. Mussolini növbəti iki ildə İtaliyadakı digər demokratik qurumları da sistemli şəkildə yox etdi. Mediadakı senzura artdı, bütün mənfi xəbərlər qadağan edildi. Faşizmin 10 əmrindən biri belə idi: "Mussolini hər zaman haqlıdır". Mussolinin hərəkətləri və nitqləri getdikcə daha çox yayılırdı. Xüsusilə bir nəfər sürətlə iqtidarı ələ keçirən bu şəxsi diqqətlə izləmişdi. ADOLF HİTLER …Faşist utopiyasına görə, dövlət güclü, xalq yekcinsdir və o, dövlətə sona qədər bağlıdır. Bu dövlətdə ideologiyanı və davranışları təyin etmək istəyən maşın Oruel sayağı miqyasdadır.
Mussolini bu sözləri deyərkən səmimi idi:
"Hər şey dövlət daxilində, heç nə dövlətdən xaric deyil və heç nə ona zidd getmir".
Faşist internasionalizmi — " Öz xalqı ilə əlaqəli məsələlərə köklənsə də, faşizm tərəddüd etmədən digər ölkələrin faşist hərəkatları ilə həmrəylik tapmaq qabiliyyətindədir. Xüsusilə onları ümumi bir düşmən birləşdirirsə. İttifaq Dövlətləri bunun sübutudur." (buna nümunə olaraq Mussolini hökuməti tərəfindən Almaniyada yeni çiçəklənən milli-sosializmə dəstəyini göz önündə tutmaq lazım olacaq.) Adolf Hitler Almaniyada demokratik yolla seçilən hakimiyyətini Mussolini taktikaları ilə ələ keçirdi.
İllərdir Mussoliniyə bildiyi hər şeyi Hitlerin öyrətdiyini eşidirdik. Əslində isə vəziyyət tamamilə bunun əksi idi.
Hitler hakimiyyətə gələndə Mussolini artıq iqtidarının 11-ci ilində idi. Mussolini İtaliya xalqı qarşısındakı çıxışı zamanı faşizmin əsl məqsədini yerinə yetirəcəklərini deyir və imperatorluq quracağına and içir, amma 1935-ci ildə bu cür addım atmaq heç də asan deyildi. Qərb qüvvələri son 100 ildə inkişaf etməyə başlayan dünyanın böyük hissəsini müstəmləkəsinə çevirmişdi. Sadəcə bir neçə müstəqil cəmiyyət qalmışdı. Bunlardan biri İtaliyanın XIX əsrdə işğal etməyə çalışdığı Efiopiya idi. Yarım milyon İtalyan əsgəri Efiopiyada ciddi müqavimətlə qarşılaşdılar. Ona görə də Birinci Dünya müharibəsindən sonra qadağan edilən kimyəvi silaha əl atdılar. Hətta Cenevrə müqaviləsinin bütün şərtlərini pozaraq, Qırmızı Xaç Komitəsinin maşınlarına da zəhərli qazlarla hücum etdilər. Bütün dünya Mussolinin metodlarını qınasa da, heç kim bu qətliamı dayandırmaq üçün addım atmadı. 7 ay davam edən çətin mübarizədən sonra Mussolini faşizmin qələbəsini elan etdi. Yeni Roma İmperatorluğunun doğuşunu qürarla hayqırdı. İmperatorluq quruldu.(Amma döyüşün nəticələri İtalya üçün ağır oldu.400 min Efiopiyalı və 1000 ə yaxın İtalyan əsgəri döyüşdə zərərçəkmiş və öldürülmüşdü.)
Sitatları
[redaktə | vikimətni redaktə et]1) "Aslan olaraq 1 gün yaşamaq qoyun olaraq 100 il yaşamaqdan daha yaxşıdır."
2) "Azadlıq bir vəzifədir, haqq deyil."
3) "Öz adıma 50 min silahı 50 min səs haqqına dəyişərəm."
4) " İnan , itaət et , döyüş."
5) " İrəliləsəm məni izləyin, geriləsəm məni öldürün, əgər ölsəm intiqamımı alın."
6) " Faşizmin bayrağını ulduzlara* dikəcəyik."
7) "Faşizm dini bir konseptdir."
8) "Məni sinəmdən (ürəyimdən) vurun.(Son sözləri*)"
9) "Poladı olanın hər şeyi olar."
10) " Stalinin başını Faşizmin baltası ilə qoparacam."
"Bolonya"nın azarkeşi
[redaktə | vikimətni redaktə et]İtaliyalı Mussolininin "Bolonya"ya sevgisi bitib-tükənməz idi. Təsadüfi deyil ki, adıçəkilən komanda A seriyasında qazandığı 6 çempion titulundan 4-nə Mussolinin hakimiyyəti dövründə yiyələnib. Güman ki, bu uğurun əldə olunmasında meydandan kənar amillərin də təsiri az deyil.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Benito Mussolini // filmportal.de. 2005.
1) Negel Kavtern-Tiranlar
2) www. Britannica.com
3) www.factor.az
5) http://bilge.az/article/18374
6) https://wwtürkiye.org/
7) История Италии
8) Rocer Qriff-Faşizm
9) National Geographic- Dictators Rulesbook
- 29 iyulda doğulanlar
- 1883-cü ildə doğulanlar
- 28 apreldə vəfat edənlər
- 1945-ci ildə vəfat edənlər
- 61 yaşında vəfat edənlər
- Lozanna Universitetinin məzunları
- Ağ qartal ordeni (Rusiya) kavalerləri
- Cənubi Xaç ordeni ilə təltif olunanlar
- "Payızgülü" ordeni ilə təltif edilənlər
- Azadlıq Xaçı ordeni kavalerləri (Estoniya)
- Serafimlər ordeninin kavalerləri
- Fil ordeninin kavalerləri
- "Ağ qartal" ordeni ilə təltif edilənlər
- "Xilaskar" ordeni kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Benito Mussolini
- İtaliya siyasətçiləri
- İtaliya baş nazirləri
- Edam olunmuş siyasətçilər