Nəcəf Murquzov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nəcəf Murquzov
Nəcəf İsmayıl oğlu Murquzov
Doğum tarixi
Doğum yeri Çaylı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Gəncə Dövlət Pedaqoji İnstitutu

Nəcəf İsmayıl oğlu Murquzov — alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Gəncə Dövlət Pedaqoji İnstitutunun "Riyaziyyatın tədrisi metodikası" kafedrasının müdiri (1978–1995). "Riyaziyyatın tədrisi metodikası" ixtisasında respublikanın qərb bölgəsi üzrə ilk professor olmuşdur. Gəncə şəhəri üzrə Gənc riyaziyyatçılar məktəbinin ilk yaradıcılarından biri olmuş və həmin məktəbin rəhbəri kimi uzun müddət fəaliyyət göstərmişdir. "Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və digər medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.[1] Mirzəli Murquzovun qardaşıdır.

Həyatı və elmi-pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəcəf İsmayıl oğlu Murquzov 1930-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd məktəbini bitirmişdir. 1949-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.[2]

1954–1959-cu illərdə Zaqatala rayonunun Muxax kənd orta məktəbində, Gəncə şəhərindəki 8 nömrəli məktəbdə müəllim işləmişdir. Şəhər 19 saylı internat məktəbində müəllim, 5 nömrəli internat məktəbində (Gəncə) təlim-tərbiyə işləri üzrə direktor müavini (1962–1971) vəzifələrində çalışmışdır.

Gəncə dövlət Pedaqoji İnstitutunun Riyaziyyatın tədrisi metodikası kafedrasında müəllim (1971–1976), baş müəllim (1976–1978) və kafedra müdiri (1978–1995) vəzifələrində çalışmışdır. 1980-ci ildə dosent, 1983-cü ildə professor elmi adı almışdır.

"Riyaziyyatın tədrisi metodikası" ixtisasında respublikanın qərb bölgəsi üzrə ilk professor olmuşdur. Gəncə şəhəri üzrə Gənc riyaziyyatçılar məktəbinin ilk yaradıcılarından biri olmuş və həmin məktəbin rəhbəri kimi uzun müddət fəaliyyət göstərmişdir.

1995-ci ildə vəfat etmişdir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

"Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və digər medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.[1]

  1. 1 2 . [1] Arxivləşdirilib 2019-09-13 at the Wayback Machine anl.az Nadir İbadov, Xəlil Padarov. Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.5. (az.)
  2. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.