Nəcmi Sani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əmir Yar Əhməd Xuzani İsfahani
fars. امیر یار احمدخو زانیه اصفهانی‎‎
1510 – 1512
MonarxŞah İsmayıl
ƏvvəlkiNəcməddin Məsud Gilani
SonrakıƏbdülbaqi Yəzdi
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri
Vəfat tarixi
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti siyasətçi
Rütbəsi general

Əmir Yar Əhməd Xuzani İsfahani — Səfəvilər dövlətinin vəkili. Daha çox Nəcmi Sani (İkinci Nəcm) ləqəbi ilə tanınırdı.[1] İsfahanda doğulmuşdu. Xuzanilər nəslindən idi.

1510-cu ildə vəkil təyin olunmuşdur. 1512-ci ildə Şeybanilərə hücuma keçmişdi. İsgəndər bəy Münşi bu hadisəni belə nəql edir:[2]

Bəlx hüduduna gəlib-çatan Əmir Nəcm Humayun şahın əmri və işarəsi olmadan Mavəraünnəhri tutmaq fikrinə düşdü, Herat hakimi Hüseyn bəy Lələ, Xorasanın əzəmətli əmirləri və Bəlx hakimi Bayram xanla Amuyə çayını keçdi. Hısar tərəfdən də Məhəmməd Babur Mirzə özünü ona çatdıraraq qızılbaş qoşununa qoşuldu. Onlar əvvəlcə Hərar, sonrasa Qərşi qalalarını aldılar. Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə Özbək və on beş min nəfər əsgər və rəiyyət qətl olundu. Mirzə Babur, əhalisi cığatay camaatı olan Qərşi əhalisindən, qan bahası xahiş etməsinə baxmayaraq onun xahişinə əməl olunmadı. Buna görə də, onların aralarında ədavət (neqar) başlandı. Əmir Məhəmməd Yusif Sədrin də came məscidinə yığışan seyidlərdən (sadat) bu haqda etdiyi xahiş qəbul edilmədi, buna görə də seyidlərin əksəriyyəti qətlə yetirildi. Bu əməl Əmir Nəcmin xoşuna gəlmədi. Bu hadisədən sonra o, Məhəmməd Teymur Sultan və Əbu Səid Sultanın yerləşdikləri Gicduvan qalasına gələrək, həmin qalanı dörd ay mühasirədə saxladı. Qızılbaş ordusunun ərzaq və başqa ehtiyatları (məkulat) azalmağa başladı. Döyüşçülər azuqə və əliqdən ötrü mal-qaranı kəsməyə başladılar. Abdullah xan və Cam bəy Sultan Buxarada idilər. Onlar qızılbaşların düşdükləri çətinlikdən xəbərdar olub, nizama salınmış ləşkərlə Əmir Nəcmin üstünə getdilər. Məhəmməd Teymur Sultan da qaladan çıxıb onlara qoşuldu. Ramazanın otuzunda yekşənbə günü Gicduvanın kənarına çatdılar, aralarında bərk döyüş oldu. Həmin döyüşdə canuzən bir ox qızılbaş ləşkərinin sərdan və çərxçisi olan Bayram bəy Qaramanlıya dəydi və o, atdan yıxıldı. Bu hadisə çərxçilərin məğlubiyyətinə və özbəklərin ürəklənmələrinə səbəb oldu və özbək dəstələri hamılıqla hücuma keçdilər. Qızılbaş əmirləri təlaşa düşdülər və ləşkərin qol hissəsi bir-birinə dəydi. Məhəmməd Babur Mirzə hərbdən yan olub öz ləşkəri ilə qalaya üz tutdu. Əmir Nəcmin qürur və yekəxanalığından təngə gəlmiş qızılbaş əmirləri, onu hifz etməyə səy etdilərsə də, lakin o, ələ keçirilib öldürüldü. Xorasanın bəzi böyükləri fərar yoluna düşdülər, Kərki keçidindən keçib Xorasana getdilər. Bu hadisə doqquz yüz on səkkizinci ildə (1512) baş verdi.

Ölümündən sonra yerinə Əbdülbaqi Yəzdi gətirildi.

  1. Həsən bəy Rumlu - Əhsən ət Təvarix, səh. 146
  2. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh 104