Naomi Uemura
Naomi Uemura | |
---|---|
yap. 植村直己 | |
Doğum tarixi | 12 fevral 1941 |
Doğum yeri | |
Yoxa çıxıb | |
Vəfat tarixi | fevral 1984 (42 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], alpinist |
Vikianbarda əlaqəli mediafayllar |
Naomi Uemura (植村 直己?, Uemura Naomi) 12 fevral 1941, Hyoqo prefekturası – fevral 1984, Mak-Kinli dağı, Alyaska – Yaponiya macərapərəsti və alpinisti. O, təkbaşına çıxdığı macəralara görə tanınmışdır. Beş qitənin ən hündür zirvələrini fəth edən və Şimal qütbünə təkbaşına çatan ilk şəxs, eləcə də, Everest dağını fəth edən ilk yapondur.
İlk illəri
[redaktə | mənbəni redaktə et]Naomi Uemura 1941-ci ildə düyü fermerinin altıncı oğlu kimi Yaponiyanın Hyoqo prefekturasında dünyaya gəlmişdir.[1][2] Meyci Universitetində təhsil aldığı dövrdə alpinizmə maraq göstərməyə başlamış və Alpinizm klubuna daxil olmuşdur.[2] Məzun olduqdan sonra özünü alpinizmə həsr etməyə qərar vermiş və 1966-cı ildə Monblan dağına dırmaşmışdır.[1]
Uemura Elbrus, 1966-cı ildə Kilimancaro, 1968-ci ildə Akonkaqua və 1970-ci ildə Denali (dağ) dağlarını təkbaşına fəth etmişdir.[1][2] O, 1970-ci ildə Everest dağının zirvəsinə Yaponiya bayrağını sancan ilk şəxs olmuşdur.[1] Uemura təkbaşına 53 gün ərzində Yaponiyada 2816 kilometr gəzmiş, 1968-ci ildə 2 ay ərzində Amazon çayı boyunca 6000 kilometr üzmüş və 363 gün ərzində it xizəyi ilə Qrenlandiyadan Alyaskaya 12.000 kilometr səyahət etmişdir.[1] O, sal üzərində Amazon çayı boyunca təkbaşına səyahət edən ilk şəxs olmuşdur.[2]
Şimal qütbü
[redaktə | mənbəni redaktə et]Uemura 1978-ci ildə təkbaşına xizəklə Şimal qütbünə səyahət etmək qərarına gəlmişdir.[1] 5 martda 19 itdən ibarət xizəklə Kanadanın Elsmir adasında yerləşən Kolumbiya yarımadasında 805 kilmetrlik səyahətə başlamışdır.[1] O, ilk 10 gün ərzincə cəmi 16 kilometr yol qət edə bilmişdir.[1] O, səyahət boyunca Elsmir adasında yerləşən düşərgə ilə radio əlaqəsində olsa da, heç vaxt onlardan kömək istəməmişdir.[1]
Uemura səyahətin 4-cü günündə ağ ayının hücumuna məruz qalmışdır.[1] Ağ ayı bütün it yeməyini yemiş və çadırını məhv etmişdir.[1] Ağ ayı növbəti gün yenə qayıdanda Uemura onu vurmuş və əti ilə itlərini yedizdirmişdir.[1]
Uemura səyahət boyunca Smitsonian İnstitutu üçün hava çirkliliyi üçün sübutlar toplamış, buz və qar nümunələri götürmüşdür.[1] Avqust ayında şimal qütbünə çatmış, beləliklə, Şimal qütbünə təkbaşına çatmış ilk şəxs kimi tarixə düşmüşdür.[1]
İtkin düşməsi və xatirəsi
[redaktə | mənbəni redaktə et]Uemura 1982-ci ildə Argentina ordusunun dəstəyi ilə Antarktidada yerləşən Vinson dağına təkbaşına dırmaşmağı planlaşdırmışdır.[3] Bunun üçün Argentinanın Antarktidada yerləşən San-Martin stansiyasına gəlmişdir.[3] Lakin 1982-ci ildə baş verən Folklend müharibəsinə görə bu planı baş tutmamış və 1983-cü ilin martında Yaponiyaya qayıtmışdır.[3] 1984-cü ilin fevralında Denali dağını qışda təkbaşına fəth edən ilk şəxs olmağı planlaşdırmışdır.[3] O, 12 fevralda zirvəyə çatsa da, 13 fevralda onunla əlaqə kəsilmiş və itkin düşmüşdür.[3]
1991-ci ildə kəşf edilmiş 5404 Uemura adlı asteroid onun şərəfinə adlandırılmışdır.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Jamison, George. "Naomi Uemura Almost Always Walks Alone—this Time Across the Arctic to the North Pole". People (ingiliscə). 1 may 1978. 24 fevral 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ 1 2 3 4 Kodansha Encyclopedia of Japan
- ↑ 1 2 3 4 5 "Nikon F2 and F3 Titanium Uemura Specials". Nikon (ingiliscə). 8 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ "Minor Planet Circ. 22509" (PDF) (ingiliscə). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 oktyabr 2022.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 128. ISBN 0-87011-628-2. İstifadə tarixi: 17 oktyabr 2022.
- 12 fevralda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Hyoqo prefekturasında doğulanlar
- 1984-cü ildə vəfat edənlər
- 42 yaşında vəfat edənlər
- Alyaskada vəfat edənlər
- Meyci Universitetinin məzunları
- İtkin düşənlər
- Arktikanın tədqiqatçıları
- Yaponiya alpinistləri
- Yaponiya qütbçüləri
- Everesti fəth etmişlər
- Dağa dırmaşarkən ölənlər