Nardaran qalası
Nardaran qalası | |
---|---|
40°33′41″ şm. e. 50°00′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Nardaran |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Memar | Mahmud ibn Səd |
Tikilmə tarixi | 1301 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | kirəc daşı |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4.4. |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nardaran qəsri — Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır.[1] 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.[2]
Qəsr qülləsinin fasadında yerləşdirilmiş iki kitabə tikilinin 1301-ci ildə memar Mahmud ibn Səd tərəfindən inşa edilməsi haqqında məlumat verir. Bu memar eyni zamanda Bakı buxtasındakı Bibiheybət məscidi və İçərişəhərdəki 1300-cü ildə inşa edilmiş və kitabəsində memarın adı da qeyd olunmuş Molla Əhməd məscidinin də plan və inşa işlərini həyata keçirmişdir.
Nardaran qəsri planda kvadrat formalı həyətə malik qala divarları və həyətin mərkəzinə yerləşən silindrik qüllədən ibarətdir. Qəsrin inşasında yerli daşlardan istifadə edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qəsr qülləsinin fasadında yerləşdirilmiş iki kitabə tikilinin hicri 700-cü ildə (miladi 1301-ci il) memar Mahmud ibn Səd tərəfindən[3] (və ya Mahmud ibn Səid[4]) inşa edilməsi haqqında məlumat verir.
Qüllə girişi üzərində ikinci yarus hündürlüyündə yerləşmiş kitabələrdən böyük olan birinci kitabədə deyilir:
Rəhmli və bağışlayan Allahın adı ilə! Bu hərbi qülləni ... anası...öz şəxsi təmiz imkanları və pulları ilə tanrının adını yaşatmaq və onu razılığına nail olmaq üçün inşa etməyi buyurdu. Tarix: 700-cü il, ramazan ayının əvvəli.[3] |
Birinci kitabədən bir qədər yuxarıda və şərq tərəfdə yerləşən kiçik ölçülü ikinci kitabədə deyilir: "Səd oğlu Mahmudun işi."[3]
Bu memar eyni zamanda Bakı buxtasındakı Bibiheybət məscidi və İçərişəhərdəki 1300-cü ildə inşa edilmiş və kitabəsində memarın adı da qeyd olunmuş Molla Əhməd məscidinin də plan və inşa işlərini həyata keçirmişdir.[3]
Hər üç abidə memarın qeyri-adi istedadından, qala tikililərinin xarakterindən yaxşı xəbərdar olmasından və bədii təsəvvürə malik olmasından xəbər verir.[3]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Nardaran qəsri planda kvadrat formalı həyətə malik qala divarları və həyətin mərkəzinə yerləşən silindrik qüllədən ibarətdir.[4] Qəsr həyətini əhatə edən divarların hündürlüyü 6 metrdir və dörd tərəfdən mazğallı qüllələrlə tamamlanmışdır.[4] Həyətin mərkəzindəki qüllə isə 12,5 metr hündürlüyə malikdir.[4] Qəsrin inşasında yerli daşlardan istifadə edilmişdir.[4]
Silindrik forması, daş günbəzlərlə tamamlanmış üç yarusa bölünməsi, ikinci yarusun yüksəkdə yerləşdirilmiş girişə malik olması və digər xüsusiyyətləri Nardaran qəsrinin mərkəzi qülləsini Dairəvi Mərdəkan qəsrinin mərkəzi qülləsi ilə yaxınlaşdırır.[5] Bütün bu oxşar xüsusiyyətlərə baxmayaraq, Nardaran qəsrinin donjonu bir sıra fərqləndirici xüsusiyyətlərə də malikdir: məsələn, digər Abşeron qəsrlərindən fərqli olaraq Nardaran qəsrinin donjonunun divarları yuxarı qalxdıqca daxilə doğru maillənmir və düzlüyünü saxlayır.[5] Dairəvi Mərdəkan qəsrinin donjonunun konsollarından fərqli olaraq, Nardaran qəsri donjonunun dekorativ elementlər olmadan sadəcə düz yonulmuş daşlardan inşa edilmişdir.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- ↑ Centre, UNESCO World Heritage. "The Caspian Shore Defensive Constructions". UNESCO World Heritage Centre (ingilis). unesco.org. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2022.
- ↑ 1 2 3 4 5 Щеблыкин, 1943
- ↑ 1 2 3 4 5 Мамед-заде, 1983
- ↑ 1 2 Мамиконов, 1950. səh. 51
- ↑ Мамиконов, 1950. səh. 52
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ашурбейли, С. Б. История города Баку. Период средневековья. Баку: Азернешр. 1992. səh. 408. ISBN 5-552-00479-5.
- Бретаницкий, Л. С. Баку. Ленинград-Москва: Искусство. 1970. səh. 245.
- Мамед-заде, К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. Баку: Элм. 1983.
- Щеблыкин, И. П. Памятники азербайджанского зодчества эпохи Низами (материалы) / Под ред. И. Джафарзаде. Баку: Издательство АзФАН. 1943.
- Мамиконов, Л. Г. К изучению средневековых оборонительных сооружений Апшерона. Москва-Баку: Государственное Архитектурное Издательство. 1946.