Nekrasov (pyes)
Nekrasov | |
---|---|
Janr | teatr pyesi |
Müəllif | Jan Pol Sartr |
Nəşr ili | 1956 |
Nekrasov — Jan Pol Sartr tərfindən qələmə alınmış səkkiz şəkildən ibarət pyesdir.
Mövzusu
[redaktə | mənbəni redaktə et]Əsər 1955-ci ildə SSRİ ilə Qərb arasında Soyuq müharibənin qızışdığı dövrdə yazılıb. Pyesdə adları çəkilən Adenauer, Makkarti, Molotov, Dalles, Franko ("Madriddəki general") həmin soyuq müharibə dövrünün məşhur tarixi simalarıdılar. Yazıçı əsəri ilə Qərbin mediasının Rusiyaya qarşı qara piar aparmasını tənqid edir . İkinci Dünya Müharibəsindən sonra iki keçmiş müttəfiq güc arasındakı bu söz savaşlarına Rusiya yazıçılarından fərqli olaraq Qərblilər öz fikirlərini bildirə bilirdilər.[1]
İki bomj intihar etmək istəyən kişini ölümdən qurtarır, bu dəfə də onun polis tərəfindən axtarıldığı aydınlaşır. Polisdən qaçmaq üçün bir evə soxulan Georges Valera peşəcə jurnalist olan ev sahibi tərəfindən aşkarlanır. İşdən qovulmamaq üçün anti-kommunist xəbər tapmalı olan jurnalistin ağlına Georgesi Rusiya Daxili İşlər Naziri kimi tanıtmaq qərarına gəlir və əsas hadisələr də bundan sonra baş verir.[2]
Əsəri Azərbaycan dilinə Elçin tərcümə edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-10.
- ↑ "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.