Nyaya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Nyaya (sanskr. न्याय, nyāyaIAST, "qanun", "qayda") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri [1].

Nyaya e.ə. IV əsrdə yaranmışdır və tədricən vahid fəlsəfi sistemə çevrilmişdir.

Nyaya qnesoloji məktəbdir, belə ki, idrak prosesi öyrənilir. İdrakın 4 əsas mənbəyini fərqləndirirlər: qavrayış, nəticə-hökm, şahidlik və analogiya. Bu 4 aspekt insan davranışının motivasiyasını təyin edir.

Nyaya məktəbini qərb fəlsəfəsində empirizmlə müqayisə edirlər. Yəni, bu məktəb reallığı - yalnız yoxlamaq və öyrənmək imkanı olan şeyləri hesab edir. Amma "mən", "atman" kimi yoxlanması mümkün olmayan şeyləri təcrübə ilə intuitiv dərk edilə bilməsini söyləyir.

Sxematik olaraq bu nəzəriyyəni belə ifadə edirlər:

İstənilən nəticə onu törədən səbəblə bağlıdır.
Aşkarlanmış (görünən) ətraf aləm nəticədən başqa bir şey deyil.
Beləliklə, aləm - Allah adlı səbəbin nəticəsidir.

Bu məktəb həm mücərrəd biliyi həm də praktik biliyi dəyərləndirir. Anlamaq ruhi inkişaf üçün yalnız zərruri şərt kimi qəbul edilir.

Bu təlimin konkret yaradıcısı yoxdur, 2000 illik fəlsəfi ənənənin bir növ kompelyasıyasıdır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Satisçandra Çatterci, Dxirendramoxan Datta "Qədim hind fəlsəfəsi". Birinci hissə.  (rus.)