Oxrid
şəhər | |
Oxrid | |
---|---|
Охрид | |
41°07′01″ şm. e. 20°48′07″ ş. u.HGYO | |
Ölkə | |
Region | Cənub-qərbi statistik region |
Başçı | Aleksandr Petreski (SDMİ)[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 700 m[2] |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | makedoniyalılar, albanlar, türklər |
Dini tərkibi | pravoslavlıq, islam, katolisizm |
Rəsmi dili | makedon dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +389 46 |
Poçt indeksi | 6000 |
Nəqliyyat kodu | OH |
Digər | |
ohrid.org.mk (maked.) (ing.) |
|
Vikianbarda əlaqəli mediafayllar |
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb.[4][5] Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir. Şəhər Skopyenin cənub-qərbində, Resen və Bitolanın qərbində yerləşir. 1979 və 1980-ci ildə Oxrid və Oxrid gölü YUNESKO tərəfindən Mədəni və Təbii Ümumdünya irsi siyahısına salınıb. Faktiki olaraq, Oxrid həm Mədəni, həm də Təbii abidələr olan YUNESKO-nun Dünya İrsinin bir hissəsi olan 28 məntəqədən biridir.[6]
Adı
[redaktə | mənbəni redaktə et]Qədim şəhər ehtimal olunur ki, "yüngül şəfəq" (λύχνος (lychnos))[7], "işıq saçan qiymətli daş"(λυχνίς (lychnis, gen. lychnidos))[8], "işıqlı şəhər" mənasını verən latın (Lychnidus)[9] və yunan (Λύχνιδος (Lychnidos)) adları altında tanınırdı. Oxrid adına ilk dəfə 879-cu il protokollarında rast gəlinir. Belə hesab edilir ki, şəhərin adı təpənin üstündə mənasını verən Slavyan dilindəki vo hrid sözündən götürülüb (qədim Oxrid şəhərinin təpənin üstündə yerləşməsinə görə).[10][11] Makedon və digər Cənubi Slavyan dillərində şəhərin adı Oxriddir. Alban dilində şəhərin adı Ohër və ya Ohri, müasir yunancaya isə Ochrida (Οχρίδα, Ωχρίδα) və Achrida (Αχρίδα) kimi məlumdur.
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]2002-cu ilin siyahıyaalmasına əsasən, 42,033 nəfər əhali yaşayır və etnik tərkib aşağıdakı kimidir:[12]
- makedonlar — 33 791 (80,4%)
- albanlar — 2 959 (7,0%)
- türklər — 2 256 (5,4%)
- digərləri — 3 027 (7,2%)
Şəhər sakinlərinin ana dillərinə aşağıdakılar daxildir:
- makedon — 34 910 (83,1%)
- alban — 3 957 (9,4%)
- türk — 2 226 (5,3%)
- digər — 1 017 (2,4%)
Şəhərin dini tərkibi aşağıdakı kimidir:
- Pravoslav xristianlar — 33 987 (80,9%)
- Müsəlmanlar — 7 599 (18,1%)
- digər — 447 (1.1%)
Əsas görməli yerləri
[redaktə | mənbəni redaktə et]Oxrid regionu | |
Oxrid regionunun təbii və mədəni irsi mak. Охридскиот регион [* 1] | |
Ölkə | Şablon:Flaqifikasi |
---|---|
Tip | Qarışıq |
Kriteriya | i, iii, iv, vii |
Keçid | 99 |
Region | Avropa və Şimali Amerika [* 2] |
Daxil edilməsi | 1979 (3-cü sessiya) |
|
|
VXII əsr Osmanlı səyyahı Övliya Çələbinin müşahidələri nəticəsində yaranmış belə bir əfsanə var ki, şəhərin hüdudları daxilində 365 ibadət yeri var. Bu gün bu say nəzərə çarpacaq dərəcədə azdır.
Tarixi-mədəni abidələr
[redaktə | mənbəni redaktə et]- Zeynalabidin məscidi
- Məhəmməd peyğəmbər məscidi
- Müqəddəs Sofiya kilsəsi
- Müqəddəs Panteleymon monastırı
- Müqəddəs İohann Kaneo kilsəsi
- Müqəddəs Klement kilsəsi
- Müqəddəs Georgi kilsəsi
- Müqəddəs Zaum kilsəsi
- Müqəddəs Naum monastırı
- İkona qalereyası
- Müqəddəs Petka kilsəsi
- Müqəddəs Stefan kilsəsi
- Erkən xristian vaxtlarına aid bazilikaların izlərinə rast gəlinir (məsələn, Müqəddəs Erazm bazilikası, IV əsr)
- Robevi evi, arxeologiya muzeyi
- Qədim Oxrid teatrı
- XIV əsr freskalarına malik Müqəddəs Vraçi kilsəsi. Kilsənin XIV əsr ikonaları 1996, 2003-cü illərdə buraxılmış Makedoniyanın 1000 denarlıq əsginaslarının üst tərəfində təsvir olunub.[13]
Plaoşnikdə yerləşən və yenidən bərpa olunmuş Müqəddəs Panteleymon monastırı həqiqətən də, qərb dünyasında ən qədim universitetlərdən biridir.
Tədbirlər
[redaktə | mənbəni redaktə et]- Oxrid Yay Festivalı — iyuldan avqustadək keçirilən illik musiqi və teatr festivalı
- Oxrid Xor Festivalı — avqustun sonunda təşkil olunan illik beynəlxalq xor festivalı
- Xalq Mahnı və Rəqslərindən ibarət Balkan Festivalı — iyul ayının əvvəlində təşkil olunan illik xalq mahnı və rəqs festivalı
- Balkan musiqi meydanı festivalı — bütün balkan dövlətlərinin etnik musiqiçilərinin iştirak etdiyi, avqusta təşkil olunan festival
- Oxrid Festivalı (mak. Охридски Трубадури) — bütün balkan dövlətlərinin etnik musiqiçilərinin iştirak etdiyi, avqusta təşkil olunan festival. Bu festival debütant gecəsi, folklor gecəsi, estrada gecəsi, beynəlxalq gecə olmaqla, dörd gün müddətində təşkil olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Нови градоначалници во 46 општини". 2009-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ https://it-ch.topographic-map.com/map-4slbgp/Ocrida/?zoom=19¢er=41.11393%2C20.80365&popup=41.11385%2C20.80363.
- ↑ https://www.citypopulation.de/de/northmacedonia/cities.
- ↑ "Between past and future: civil-military relations in post-communist Balkan states, Biljana Vankovska, Håkan Wiberg, I.B.Tauris, 2003, ISBN 1-86064-624-7, p. 71". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "The Mirror of the Macedonian Spirit, Zlate Petrovski, Sašo Talevski, Napredok, 2004, ISBN 978-9989-730-38-2, səh 72: "… and Macedonia in the Cathedral Church St. Sofia in the Macedonian Jerusalem — Ohrid…"
- ↑ "Oxrid regionunun Təbii və Mədəni İrsi". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ λύχνος Arxivləşdirilib 2022-08-21 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
- ↑ λυχνίς Arxivləşdirilib 2022-09-17 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
- ↑ Lychnĭdus Arxivləşdirilib 2022-07-12 at the Wayback Machine, Harry Thurston Peck, Harpers Dictionary of Classical Antiquities (1898), on Perseus
- ↑ Evans, Thammy, Macedonia, Bradt Travel Guides, 2012, səh.173
- ↑ "Municipality of Ohrid". 2010-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "Macedonian census, language and religion" (PDF). 2012-03-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-12.
- ↑ National Bank of the Republic of Macedonia Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine. Makedoniya valyutası. Dövriyyədə olan əsginaslar: 1000 Denar[ölü keçid] (1996 buraxılışı) & 1000 Denar Arxivləşdirilib 2008-03-29 at the Wayback Machine (2003 buraxılışı). – Yoxlanlıb: 18 aprel 2015.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Oxrid, Makedoniya, görməli yerlər (ing.)
- Oxrid (UNESCO)
- VikiSəyahətdə Oxrid haqqında səyahət məlumatları var. (ing.)