Paj

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Paj (fr. page) — orta əsrlərdə qərbi Avropada qrafın şəxsi qulluğunda olan zadəgan əsilli kənc oğlan. Odövrdə bu cür qulluq ya xidmət adətən cəngavər rütbəsinə aparan ilk xidmət pilləsi sayılırdı. Hər bir əsilzadə 7-10 yaşlı oğlan uşağı ənənəyə görə hər hansı bir qrafın ya adlı-sanlı cəngavərin yanında qulluğa götürülürək tərbiyə alırdı. Burada o, odlu silahdan istifadə etməyi, at sürməyi, qadınlarla davranmağı, onlara diqqət yetirməyi, bir sözlä cəngavər ədəb-ərkanı öyrənməklə yanaşı ağasının qulluğunda dururdu. Ağasını müşayət etmək onun ümdə vəzifələrindən biri sayılırdı. 14 yaşına çatan paj rütbəsi qaldırılırdı.