Paula Selinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paula Selinq
rum. Paula Seling
Ümumi məlumatlar
Doğum adı Paula Selinq
Doğum tarixi (45 yaş)
Doğum yeri Baya-Mare, Rumıniya
Milliyyəti Rumıniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, DJ
Fəaliyyət illəri 1995-indiyə kimi
Janrlar pop, R&B
Musiqi alətləri pianino[d]
Səs tembri soprano
paulaseling.ro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paula Selinq (rum. Paula Seling) — 25 dekabr 1978-ci ildə anadan olmuş Rumıniyalı məşhur müğənni.

Paula Selinq Ovidiu Çerneutsyanu ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb[1]. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub.

Selinq 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil etmək üçün Rumıniyanın Milli Finalına qatılacağını bildirsə də, daha sonra mahnısının hazır olmadığı üçün seçimlərə qatılmayıb. Lakin müğənni növbəti illərdə Avroviziyaya yenidən qayıtmaq niyyətində olduğunu açıqlayıb. Paula Selinq Avroviziya 2012-nin final mərhələsində Rumıniyanın səslərini açıqladı.

1 mart 2014-cü ildə Paula Selinq və Ovidiu Çerneutsyanunun "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi[2].

  1. "Paula Seling & Ovi – Playing With Fire (Romania 2010) | Participant Profile | Eurovision Song Contest – Malmö 2013". Eurovision.tv. 2010-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
  2. "Paula and Ovi to represent Romania!". Eurovision.tv. 1 Mart 2014. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]