Pelecus cultratus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pelecus cultratus
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Pelecus cultratus
Beynəlxalq elmi adı

Pelecus cultratus (lat. Pelecus cultratus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pelecus cinsinə aid heyvan növü.

Baltik, Qara, Azov dənizlərində, eləcə də Xəzərdə və Araldada yayılmışdır. Volqa, Ural, Terek, Kür və başqa çayların mənsəbində yaşayır. Şimali Xəzərdə duzluluğu 3–4%, nadir hallarda 9–10% olan sahələrdə tutulur. Aşağı Kürdə və onun əlavə su hövzələrində çox nadir hallarda tək-tük qeydə alınır. Kürətrafı su hövzələrində Varvara bəndinə qədər təsadüf edilir.[2]

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

D III 7–8, A II–III 25–31, qəlsəmə dişciqlərinin sayı 19–22, orta hesabla 20,5 fəqərələrin sayı 48–52, orta hesabla 50-dir. Bədəni axımlı, qılıncvarıdır, yanlardan sıxılmışdır. Bel üzgəci çox arxada — anal üzgəcinin üstündə yerləşir. Döş üzgəcləri uzun, sivridir, yan xəttin orqanı ziqzaqşəkillidir, boğazından anal üzgəcə qədər kil vardır. Qarnı üzərində boğazdan anusa qədər pulcuqla örtülü olmayan omurğa vardır. Bel üzgəci qısadır, döş və anus üzgəcləri uzundur. Anal üzgəcin əsası uzundur, quyruq üzgəci çox çuxurludur.[3]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Yarımkeçici balıqdır. Dənizin şortəhər sularında yaşayır, kürü tökmək üçün şirin sulara girir. Çoxalmaq üçün Kür çayına qış aylarında girir. Kürü tökdükdən sonra isə yenidən dənizə qayıdır. Pelecus cultratus başlıca olaraq su həşəratları ilə qidalanır.

Pelecus cultratus 3 yaşında cinsi yetkinliyə çatır. Kürülər hissə-hissə yetişir. Yetişmiş kürü mayalandıqdan sonra suda asılı halda üzür. Kürüdən yenicə çıxmış sürfənin uzunluğu 6–7mm olur. Mayın ortalarında sürfələr böyüyüb 15 mm uzunluğa, 8 mq ağırlığa çatır, iyul ayında körpələr orta hesabla 96 mm uzunluqda və 7,0 q ağırlıqda olur.[4]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Vətəgə əhəmiyyəti az olan balıqlardandır. Statistikada ayrıca göstərilməyib "sair balıqlar" qrafasında qeyd edilir. Başlıca olaraq payız-qış aylarında tutulur. Son 10–15 ildir yox dərəcəsindədir. Azərbaycanın Qırmızı kitabına daxil edilib.

Həmişə az saylı balıq olub, ovlanması barədə statistik məlumat göstərilməyib, "sair balıqlar" qrafasında qeyd edilib.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Kür çayı axını tənzim edildikdən sonra daşqınların aradan qaldırılması ilə əlaqədar Kürətrafı göllərnən əlaqənin kəsilməsi, kürüvermə sahələrinin sıradan çıxması, Xəzər dənizinin səviyyəsinin kəskin sürətdə aşağı düşdüyü dövrlərdə Pelecus cultratus qidalandığı sahil zonanın əsaslı sürətdə kiçilməsi və bu zonanın çirkləndirilməsi.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın su hövzələrində Pelecus cultratus ehtiyatını bərpa etmək məqsədilə Kür çayı ilə Kürətrafı göllər arasındakı keçmiş əlaqə bərpa olunmalı, onların səviyyəsinin sabit qalması təmin olunmalı, Şimali Xəzərdən Pelecus cultratus körpələri gətirilərək bu su hövzələrinə buraxılmalı və onların mühafizəsi təmin olunmalıdır.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 118.
  3. Abbasov H. S , Hacıyev R. V. İxtiologiya. Bakı,2007, s 242.
  4. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 118