Petuniya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Petuniya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Petuniya (lat. Petunia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.

Cinsin adı portuqal dilində petun — "tütün" deməkdir. Bu onunla izah olunur ki, petuniya tütünlə eyni fəsiləyə aiddir və oxşardır. Hazırda dekorativ gülçülükdə əvvəlki növlərin heç birindən istifadə olunmur, növarası hibridlər isə geniş yayılmışdır. Bağ petunyası (P.x.hybrida) hündürlüyü 75 sm-ə çatan budaqlanan bitkidir. Hibrid petuniya Azərbaycanda dekorativ bitki kimi istifadə edilir. Bu bitkinin çoxlu miqdarda mədəni formaları vardır ki, bunlar da 2 qrupa bölünür:

  1. Çoxçiçəklilər qrupu (P.h.multiflora);
  2. İriçiçəklilər qrupu (P.h.grandiflora).

İriçiçəklilər qrupu bir neçə yarımqrupa bölünür. Onlardan eyvanlarda kompozisiyaların qurulmasında istifadə olunur. Petuniya göbələk xəstəliyinə həssas olduğu üçün torpağı və bağ avadanlığını tez-tez dezinfeksiya etmək lazımdır. Petuniya çox vaxt qələmlə çoxaldılır, toxum martın axırında şitilliyə əkilir. Torfla qumun qarışığı olan dibçəklərə 2-3 yarpağı olan qələmlər əkilir. Müxtəlif növlü, çoxləçəkli petuniyaları qələmlə çoxaldırlar.