Pirbudaq
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Pir Budaq ibn Əbu Nəsr Yusif Bahadır | |
---|---|
fars. پیر بوداق | |
| |
1411 – 1418 | |
Sonrakı | Qara Yusif həmhakim, ali hakimiyyət ona aid olmuşdur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1403/1404 |
Doğum yeri | Dəməşq |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Milliyyəti | Qaraqoyunlu türkmən (Baranlı oymağı) |
Atası |
Qara Yusif (bioloji) Əhməd Cəlayır (atalığı) |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Döyüşlər | Çalağan döyüşü |
Pirbudaq (1403, Dəməşq, Məmlük dövləti – 1418, Təbriz) — müstəqil Qaraqoyunlular dövlətinin ilk sultanı (şərti olaraq).
Həyatı
[redaktə | mənbəni redaktə et]Pirbudaq atası Qara Yusif Dəməşqdə həbsdə olarkən dünyaya gəlmişdir. Daha sonra Əhməd Cəlayır Pirbudağı oğulluğa götürmüşdür. 1405-ci ildə Qara Yusif və Əhməd Cəlayir həbsdən azad edilmişdir.[1]
Pirbudaq 1410-cu ildə Qaraqoyunlular Cəlairiləri məğlub etdikdə hakimiyyətə gəlmişdir. Bunun səbəbi Pirbudaqın atası Qara Yusifin şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməməsi idi.[2][3] Ancaq Qara Yusif əvvəlcədən oğlunu müttəfiqi Əhməd Cəlayıra oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir, ali hakimiyyət isə atasında qalır. 1412-ci ildə Kür çayı sahili döyüşündə məğlub edilənlər arasında olan gürcü hökmdarı I Konstantin özünü məğrur apardığına görə Qara Yusif və Pirbudaq onu öz əlləri ilə öldürür.
Pirbudaq 1418-ci ildə vəfat etdi. Bundan sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşdi.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sümer, Faruk. "KARAKOYUNLULAR - TDV İslâm Ansiklopedisi". islamansiklopedisi.org.tr (ingilis). 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-23.
- ↑ 1 2 Fərzəliyev, 1983. səh. 62
- ↑ Qızılbaşlar tarixi, 1993. səh. 10
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir (az.). Bakı: Azərbaycan. 1993. səh. 48.
- Fərzəliyev, Şahin. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə) (PDF) (az.). Bakı: Elm. 1983.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pirbudaq Qaraqoyunlunun Şahnaməsi Arxivləşdirilib 2017-08-29 at the Wayback Machine