Pol Qetti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jan Pol Qetti
Jean Paul Getty
Doğum tarixi 15 dekabr 1892(1892-12-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 iyun 1976(1976-06-06) (84 yaşında)
Vəfat yeri Böyük Britaniya, London
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Təhsili
Fəaliyyəti rəsm kolleksioneri[d], avtobioqraf[d], sahibkar, sənayeçi, mesenat[d]
Fəaliyyət illəri 1907–1976
Elmi dərəcələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Pol Qetti (ing. Jan Paul Getty; 15 dekabr 1892[1][2][…], Minneapolis, Minnesota, ABŞ[4]6 iyun 1976, Qilford[d], İngiltərə, Birləşmiş Krallıq) — amerikalı neft maqnatı və sənayeçi, tarixdə ilk dollar milyarderlərindən biri, "Qetti Muzeyi"nin banisi [6]. "Getty Oil" neft şirkətinin təssisçisi. 1957-ci ildə "Fortune" jurnalı onu dünyanın ən varlı amerikalısı elan etmişdi [7]. 1966-cı ildə o, 1,2 milyard ABŞ dolları sərvət ilə dünyanın ən varlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb (2017-ci ilin qiymətlərdirilməsində təxminən 9.1 milyard ABŞ dolları) [8]. 1976-cı ildə Qettinin vəfat etdiyi zaman onun sərvəti 6 milyard dollar həcmində(2017-ci ilin qiymətləndirilməsində təqribən 25,8 milyard ABŞ dolları) qiymətləndirilmişdir [9]. Böyük varidata malik olmasına baxmayaraq, Qetti hədsiz dərəcədə xəsisliyi ilə tanınırdı. 1973-cü ildə Romada qaçırılan 16 yaşlı nəvəsi Paul üçün beş aylıq fidyə verməkdən imtina etməsi ona pis şöhrət qazandırmışdı.

Pol Minneapolisdə, Minnesota ştatında artıq ahıl bir yaşda olan üstəlik, tək qızları Qertrudanı da itirəndən iki il əvvəl, irlandiyalı neft maqnatı Corc Franklin Qetti və Şotlandiya mühacirlərinin qızı Sara Katrin MacPerson Rişerin ailəsində anadan olmuşdur. 1913-cü ildə Oksford Universitetini bitirdikdən sonra Pol Tulsa bölgəsində (Oklahoma) neft ticarətinə başladı və 1916-cı ilə qədər ilk milyon dollarını qazandı. Elə həmin il onun şirkəti Kaliforniyaya köçdü.

XX əsrin 30-cu illərində Pol Qetti sonradan onun maliyyə imperiyasının əsasını təşkil edən bir neçə neft şirkətini satın aldı.

II Dünya Müharibəsindən sonra Qetti İngiltərəyə, Surrey qraflığının Sutton-Pleys rayonuna köçdü. Onun yaşadığı ev qala divarı ilə əhatə olunmuşdu. Qettinin təhlükəsizliyi bütöv bir cangüdən ordusu və insanları mühafizə üçün xüsusi olaraq hazırlanmış iyirmi it tərəfindən qorunurdu.

1949-cu ildə Səudiyyə Ərəbistanında güzəştli neft müqaviləsi əldə etdi, hansı ki, ona 1950-ci illərdə milyardlarla qazanc gətirməyə başladı. 1957-ci ildə Pol Qetti dünyanın ən varlı adamı elan edildi. Bu titul Qetti vəfat edən günə qədər onda qaldı. 1968-ci ildə Pol Qetti milyarder oldu.

Pol Qetti "bir qadınla uzun müddətli bir əlaqə yalnız siz müflis olduqda mümkündür" deyirdi.

  1. Canet Dumont (1923-1925); bir oğlu Corc Franklin Qetti II (1924-1973)
  2. Allen Eşbi (1926-1928)
  3. Adolfina Helmle (1928-1932); bir oğlu Jan Ronald Qetti
  4. Enni Rok (1932-1935); iki oğlu Con Pol Qetty (1932-2003) və Qordon Qetti (1933)
  5. Luiza Dadli (1939-1958); bir oğlu Timoti Qetti (12 yaşında ölmüşdür)

Paul Qettinin nəvəsi, Con Pol Qettinin oğlu Mark Qetti "Getty Images" şirkətinin əsasını qoymuşdur.

Nəvəsinin oğurlanması

[redaktə | mənbəni redaktə et]

1973-cü ildə Romada məskunlaşan və orada kübar həyatı yaşayan on altı yaşlı nəvəsi Üçüncü Con Pol Qetti qaçırıldı. Beş ay ərzində böyük Qetti nəvəsi üçün 17 milyon dollar fidyəni verməkdən imtina etdi. O bunu:

" "Mənim on dörd nəvəm var, bu gün bir qəpik ödəsəm, onda on dörd qaçırılmış nəvəm olacaq" "

[10] – deyə izah edirdi. Pulu ödəməyə məcbur etmək üçün insan oğruları Qettiyə onun nəvəsinin bir qulağını kəsərək saç topası ilə birlikdə göndərmişdilər. Nəvəni qaçıranlar tələblərini 3 milyon dollara endirəndə, milyarder fidyə üçün vəsait ayırdı. Ancaq o, cəmi 2,2 milyon dollar ayırdı, 800 mini isə oğluna illik 4 faizlə borc verdi. Nəvəsi təşəkkür etmək üçün babasına zəng etdikdə, telefona cavab verməkdən imtina etdi.

Sonradan nəvə Pol Qetti narkotikdən asılı vəziyyətə düşdü, buna görə eşitmə və görmə qabiliyyətini erkən itirdi. Uzun illər əlil arabasına təhkim olundu. 2011-ci il fevral ayının 5-də 54 yaşında vəfat etdi [11]. Onun oğlu Baltazar Qetti David Linçin "Heç bir yerə getməyən şose" filmində baş rol ifa etməsi ilə məşhurdur.

Nəvə Pol Qettinin qaçırılması hekayəsi Ridli Skottun "Dünyanın bütün pulları" filminin və Danni Boylun "Güvən" serialının əsasını təşkil etmişdir.

  1. 1 2 J. Paul Getty // Encyclopædia Britannica (ing.).
  2. 1 2 J. Paul Getty // RKDartists (nid.).
  3. RKDartists (nid.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118538993 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. J. Paul Getty // Find a Grave (ing.). 1996.
  6. Whitman, Alden. "J. Paul Getty Dead at 83; Amassed Billions From Oil". On This Day. The New York Times. New York City: New York Times Company. June 6, 1976. December 21, 2016 tarixində arxivləşdirilib.
  7. Lubar, Robert. "The Odd Mr. Getty: The possibly richest man in the world was mean, miserly, sexy, fearful of travel and detergents". Fortune. New York City: Meredith Corporation. March 17, 1986. August 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2018. (#apostrophe_markup)
  8. McWhirter, Norris; McWhirter, Ross. Guinness Book of Records. London, England: Jim Pattison Group. 1966. səh. 229.
  9. Lenzner, Robert. The great Getty: the life and loves of J. Paul Getty, richest man in the world. New York: Crown Publishers, 1985. ISBN 0-517-56222-7
  10. Jane Fryer. "Proof that money can't buy happiness: John Paul Getty III destroyed by his family's billions" (ingilis). Daily Mail. 2011-02-07. 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18. I have 14 other grandchildren, and if I pay one penny now, then I will have 14 kidnapped grandchildren.
  11. "John Paul Getty III" (ingilis). The Daily Telegraph. 2011-02-07. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.