Portal:Türkmənistan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Türkmənistan portalına
xoş gəlmisiniz!


Türkmənistan haqqında

Türkmənistan(türkm. Türkmenistan) — Orta Asiyada Türk dövlətidir. Cənubda Əfqanıstan və İranla , Şimalda Qazaxıstan və Özbəkistan şimalında, Qərbdə isə Xəzər dənizi ilə sərhəddir.

Rəsmi dili Türkmən dilidir. Digər türk dilləri ilə yaxından əlaqələndirilir.

Türkmənistan İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, TÜRKSOY və Birləşmiş Millətlər Təşkilatının üzvüdür.


  • E.Ə II əsrdə ölkə ərazisində Margiana dövləti mövcud olmuşdur.
  • E.Ə VI-IV əsrlərdə ölkə Makedonyalı İsgəndərin və Əhmənilər dövlətinin hücumuna məruz qalmışdır.
  • E.Ə III əsrdə ölkə Parfiya patşahlığının (Paytaxtı Nisa) daha sonralar isə Əhmənilər dövlətinin tərkibində olur

(Davamı...)

Seçilmiş bioqrafiya

Qurbanqulu Məlikqulu oğlu Berdiməhəmmədov (türkm. Gurbanguly Berdimuhammedow) — Türkmənistan dövlət xadimi, 2007-ci ildən etibarən Türkmənistanın ikinci prezidenti.

29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.

1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə Stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirmişdir. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlamışdır.1980-ci ildən 1982-ci ilə qədər Ashqabat rayonunun Errik-Kala kəndindəki kənd poliklinikasında diş həkimi işləmişdir. 1982-ci ildən 1985-ci ilədək Aşqabad bölgəsinin aparıcı müstəqil diş həkimi olmuşdur. 1985-1987-ci illərdə Aşqabat rayonu Keşi kənd şurasının Mərkəzi Rayon Xəstəxanasında diş müalicəsi şöbəsinin rəhbəri və Aşqabad vilayətinin baş müstəqil stomatoloqu idi.

1990-1995 - Terapevtik stomatologiya kafedrasının assistenti, dosent, Türkmənistan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinin dekanı.


1995-1997 - Türkmənistan Səhiyyə və Tibb Sənaye Nazirliyinin Diş Mərkəzinin direktoru.

1997-ci ildən etibarən — Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri.

2001-ci ildən etibarən — Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.

Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dəfnetmə komissiyasına başçılıq etmiş və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra etmişdir.

26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb.

11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səsləri toplayaraq qalib gəlib.

Qurbanqulu Berdıməhəmmədovun inauqurasiya mərasimi 14 fevral 2007-ci il tarixində baş verib. 2017ci il 12 fevralda keçirilən prezident seçkilərində seçicilərin 97.69%inin səsini toplayaraq 3. dəfə yenidən prezident seçilib.


(Davamı...)


Türkmənistan Haqqında

Kopetdag qoruğu — Türkmənistanın Aşqabad vilayətində qorunan bir ərazidir. 1976-cı ildə təsis edilən bu ərazinin 49.800 hektar ərazisi vardır. Ərzinin 46.000-dən çoxu meşə, 3.600-ü isə çəmənlikdir.Dağ çölləri və dağ meşələrinin qorunması ekosistemlərin və Tuqay ağacları,çay kollarının kompleks şəkildə öyrənilməsi üçün yaradılmışdır.

Müdafiə olunan ərazidə Mərkəzi Kopetdağın yüksək və orta dağ qurşağı tutur.Qərbdən Arçman stansiyasından şərqdəki Gyaurs stansiyasına qədər uzanır.Relyefi dağlıqdır.Şimal hissəsi bu sıldırım qayalı yamaclarda yerləşir, cənubu isə nisbətən dikdir.Qoruq dəniz səviyəsindən 700-800 metr yüksəklikdə yerləşir.

(Arxiv...)


Seçilmiş şəkil

Türkmənistan bayrağı

Bilirdinizmi?

  • "Əsrarəngiz təpə"-yə gələn ailə onun ölümündən də xəbər bilmir.
  • Avropanın və Amerikanın görməli yerlərini görmək üçün Türkmənlərin xaricə getmələri lazım deyil.
  • 1971-ci ildə Türkmənistanda Darvaza kəndi yaxınlığında sovet geoloqları yeraltı qaz çoxluğu aşkar etdilər. Qazıntı və kəşfiyyat nəticəsində geoloqlar uğursuzluğa düçar olurlar. Yeraltı boşluğunun çökməsi ilə qaz ilə dolu bir böyük deşik formalaşır. Bütün avadanlıq və nəqliyyat vasitələri ilə qazma qurğusu çuxura düşdü. Geololar zəhərli qazların ətrafdakı canlılara zərər verəcəyini düşünərək həmin yeri yandırmaq qərarına gəldilər. Geoloqlar yanğının bir neçə gün sonra sönəcəyini düşünürdülər lakin bu yalnış idi. 1971-ci ildən, təbii qaz krateri davamlı olaraq bu günümüzə qədər yanmaqda davam edir.

Əsas linklər

  • "Türkmənistan Hökumətinin rəsmi internet səhifəsi" (tm).
  • "Türkmənistan Dövlət İnformasiya Xidməti" (tm).
  • "İnternet qəzetiTURKMENISTAN.RU" (rus).
  • "Türkmənistanın xəbər portalı" (rus).



Əlaqəli portallar

Azərbaycan

Türkiyə

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:Европа
Portal:İslam
Portal:İslam
Portal:Asiya
Portal:Asiya
Avropa İslam Asiya
Türkmənistan Vikixəbərdə  Türkmənistan Vikisitatda  Türkmənistan Vikikitabda  Türkmənistan Vikimənbədə  Türkmənistan Vikilüğətdə  Türkmənistan Vikiversitetdə  Türkmənistan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar