Psixoterapiya
Psixoterapiya (qədim yunanca ψυχή – ruh + θεραπεία – müalicə deməkdir) – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir, xəstəlik dövründə pozulmuş münasibətləri bərpa etməyə çalışır. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur. Psixoterapiya bir elmi metod olaraq, psixoterapiya üzrə xüsusi təhsil və təlim hazırlıqları keçmiş, həkim Psixoterapevt tərəfindən aparıla bilər. Psixoterapiya aparan mütəxəsis diplomunda mütləq şəkildə Psixoterapevt ixtisası yazılmalıdır. Həkim psixoterapevt, ilk növbədə psixiatriya üzrə, sonra isə psixoterapiya üzrə təhsil almalıdır və hər iki sahə üzrə xüsusi diplomu olmalıdır. Çox sayda psixoterapiya texnikaları var, bəziləri kiçik fərqliliklər, bəziləri isə çox fərqli psixoloji, mədəni və texniki anlayışlara əsaslanır. Bunların əksəriyyəti, pasient ilə psixoterapevt arasında birəbir ünsiyyətə əsaslanan seansları əhatə edir, ancaq bəziləri ailələr də daxil olmaqla qruplarla həyata keçirilir. Psixoterapiya əsasən dərman müalicəsi tətbiq etmədən, subuta əsaslanan psixoloji üsullar tətbiq etməklə həyata keçirilir.
Psixoterapiyanın növləri
[redaktə | vikimətni redaktə et]Psixodinamik psixoterapiya – Ziqmund Freyd və Karl Qustav Yunqun psixoanalitik nəzəriyyəsindən qaynaqlanan psixoterapiya metodudur. İnsayt üzərində fokuslaşmış uzunmüddətli psixoterapiyadır. Psixodinamik psixoterapiya psixi fəaliyyəti haqqında psixoanalitik nəzəriyyənin müddəalarına (müdafiə mexanizmləri, transfer, psixi reallıq və s.) əsaslanır. Psixoterapevtik müdaxilələrin əsas məqsədi insayta, yəni qeyri şüurlu olan psixi proseslərin uşaqlıqda formalaşmış psixi və davranış patternlərinin aydınlaşdırmasına və onların dərk edilməsinə nail olmaqdır.
Koqnitiv-davranış terapiya (KBT) – disfunksional fikirlər, davranış və emosiyalara bağlı olan problemlərin həllinə yönələn psixoterapevtik müalicə üsulu. Əsası Albert Ellis və daha sonra Aaron Bek tərəfindən formalaşdırılmış psixoterapiya növü. KBT-də strukturlaşmış, problemlərin həllinə yönəlmiş psixoterapevtik yanaşma istifadə olunur. Bu termindən həm koqnitiv, həm də bihevioral texnikaları tətbiq edən birləşdirilmiş psixoterapevtik metodu müəyyən etmək üçün istifadə olunur. İnterpersonal (şəxslərarası) psixoterapiya (İPT) – pasiyentin həyatında emosional cəhətdən yaxın insanlarla münasibətlərindəki problemlərin həllinə yönəlmiş psixoterapiyadır. Psixoterapevt pasiyentə yaxın adamları ilə münasibətlərini nizamlamağa və yaxşılaşdırmağa kömək edir. Bunun nəticəsində pasiyentin emosional vəziyyəti yaxşılaşır və psixopatoloji simptomları azalır. Bu psixoterapiya metodu da, adətən, həftədə 1–2 dəfə olmaqla 20-dən yuxarı psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur.
Eqzistensial-Humanistik psixoterapiya(Loqoterapiya) — bünövrəsi elmi araşdırmalara söykənən üç əsas akademik psixoterapiya üsullarından biri. Əsası Avstriya Vyana şəhərində Viktor Frankl və Elizabet Lukas tərəfindən qoyulmuşdur.