Puzeum
Puzeum | |
---|---|
Əsası qoyulub | 2014 |
Ölkə | ABŞ |
Yerləşir | Vilyams, Arizona |
Kolleksiyası | 8000 koprolit |
35°15′04″ şm. e. 112°11′15″ q. u.HGYO | |
poozeum.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Puzeum (ing. Poozeum; hərf. nəcis muzeyi) – ABŞ-nin Arizona ştatının Vilyams şəhərində yerləşən, koprolitlərə (fosilləşmiş nəcis) həsr olunmuş muzey. Dünyanın ən böyük koprolit kolleksiyasına malik olan Corc Frandsen tərəfindən 2014-cü ildə veb-sayt və resurs mərkəzi kimi yaradılmışdır. 2024-cü ildə muzey binası açılana qədər Frandsenin kolleksiyası səyyar sərgilərdə nümayiş etdirilirdi.
Puzeumun kolleksiyasına 8000-ə yaxın koprolit daxildir. Bunlardan biri tirannozavra aid edilən və 9,28 kiloqram çəkisi ilə dünyanın ən böyük koproliti olan "Barnum" ləqəbli koprolitdir.
Zəmin
[redaktə | mənbəni redaktə et]Puzeumun qurucusu Corc Frandsen 18 yaşından etibarən koprolitlər toplamaqla məşğuldur. İlk koprolitini Yuta ştatının Moav şəhərində yerləşən bir qaya və fosil dükkanından əldə etmişdir.[1][2] O, kolleksiyasını genişləndirməyə davam etmiş və 2016-cı ilə qədər 1277 koprolit toplamışdır. Onun kolleksiyası bu göstəriciyə əsasən dünyanın ən böyük koprolit kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[3] 2021-ci ildə kolleksiyadakı nümunələrin sayı 5.000-ə çatmışdır. Frandsen koprolitləri qayalardan fərqləndirmək üçün onların formasını, ölçüsünü, səth teksturasını, tərkibini, tapıldığı yeri və kimyəvi quruluşunu tədqiq edir.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Koprolit sərgiləyən muzeylərin yoxluğu Frandseni Puzeumu qurmağa həvəsləndirmişdir.[2] Puzeum 2014-cü ildə onlayn qalereya kimi açılmışdır. Florida ştatında yaşayan Frandsen kolleksiyasındakı koprolitləri müxtəlif muzeylərə təqdim edərək səyyar sərgilərdə nümayiş etdirirdi.[5][6][7] O, 2024-cü ildə şirkət işindən çıxmış, evini satmış, Arizona ştatına köçmüş və kolleksiyası üçün muzey açmışdır.[8]
Puzeum 18 may 2024-cü ildə Arizona ştatının Vilyams şəhərində açılmışdır.[9] Muzeyin şüarı "#1 üçün fosilləşmiş #2" şəklindədir.[5] Muzey özünü "dünyanın əsas dinozavr nəcisi muzeyi və hədiyyə dükkanı" kimi təqdim edir, dinozavr mövzusunda əşyalar satır.[9] Muzeydə titanozavrın 1,2 metr uzunluğundakı nəcisinin replikası sərgilənir.[10] Koprolit kolleksiyası ilə yanaşı muzeydə tualetində oturmuş tirannozavrın tunc heykəli yerləşir. "Pis qoxan" (ing. The Stinker) adlı bu heykəl Ogüst Rodenin "Düşünən adam" (ing. The Thinker") heykəlinə göndərmə kimi yaradılıb.[11]
Koprolit kolleksiyası
[redaktə | mənbəni redaktə et]Muzeyin kolleksiyasına 8000-ə yaxın koprolit daxildir.[9] Bu koprolitlərin yaşı 10.000 ilə 400 milyon il arasında dəyişir. Çınqıl ölçüsündə olan koprolitlərlə yanaşı 9 kiloqram çəkiyə malik böyük nümunələr də mövcuddur.[5] Koprolitlər dinozavr və timsah növlərinə aiddir.[12]
"Barnum" koproliti
[redaktə | mənbəni redaktə et]Muzeydə sərgilənən "Barnum" adlı koprolit dünyada ən böyük yırtıcı koprolitidir.[2] Gec Təbaşir dövrünə aid edilən bu koprolitin tirannozavra aid olduğu güman olunur və Cənubi Dakota ştatının Baffalo şəhəri yaxınlığındakı rançda kəşf edilmişdir.[13] Koprolitə bu ad tirannozavrı kəşf edən palentoloq Barnum Braun və amerikalı şoumen Fineas Teylor Barnumun şərəfinə verilmişdir.[14] Koprolit 67,5 sm uzunluğunda, 15,7 sm genişliyində olub 9,28 kiloqram ağırlığındadır.[15] Analizlər tərkibində çox miqdarda fosfor və kalsium olduğunu göstərmişdir. "Barnum" koproliti "dünyanın ən böyük fosilləşmiş yırtıcı nəcisi" kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[6]
Digər koprolitlər
[redaktə | mənbəni redaktə et]Muzeydə sərgilənən "Dəyərli" adlı koprolit öz bütövlüyünü saxlamış ən böyük koprolit nümunəsidir və 1,92 kiloqram ağırlığındadır.[16]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Kraken, Miosen epoxasına aid 1,056 kiloqramlıq koprolit.
-
Dəyərli, 1,92 kiloqramlıq koprolit.
-
Leptomeryx-ə aid ayaq barmağı sümüyü olan koprolit.
-
Dişlək izləri olan koprolit.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "An Arizona museum tells the stories of ancient animals through their fossilized poop". AP News (ingilis). July 1, 2024. July 2, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ 1 2 3 Khalil, Hafsa. "Poo museum: New 'Poozeum' displays record fossilised collection". BBC. June 2, 2024. June 11, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ Daley, Jason. "Collection of Fossilized Poo Certified as World's Largest". Smithsonian Magazine (ingilis). November 17, 2016. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ "How to Identify a coprolite". Poozeum. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ 1 2 3 Uncle John's Hindsight Is 20/20 Bathroom Reader (ingilis). Simon and Schuster. 2021. ISBN 978-1-64517-895-8. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ 1 2 Walker, Allison. "5 things to know about the 'crappy' Poozeum exhibit". Spectrum News 13 (ingilis). August 17, 2021. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ Broom, Brian. "Dinosaur dung comes in big loads, small loads, and it's loads of fun at this unusual museum". The Clarion-Ledger. April 7, 2023. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ Newman, Vicki. "Welcome to the Poozeum: Coprolite collector quits job to open museum of fossilized poo". Guiness World Records. May 31, 2024. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ 1 2 3 White, Meredith G. "Poozeum: World's biggest collection of fossilized poop comes to Arizona. Where to see it". The Arizona Republic. June 6, 2024. July 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ "Poozeum". Atlas Obscura (ingilis). June 25, 2024. June 29, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ Clemons, Marvin. "See the world's largest collection of dinosaur poop at Arizona's new 'Poozeum'". Las Vegas Review-Journal. May 6, 2024. May 11, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ "An Arizona museum tells the stories of ancient animals through their fossilized poop". ABC4. Associated Press. July 1, 2024. July 14, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2024.
- ↑ "Meet Barnum, the T. Rex Poop - The World's Largest Coprolite". Poozeum. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ "Episode 45: Poozeum". Curator's Choice. February 13, 2024. Event occurs at 30:26. July 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2024.
- ↑ "Largest coprolite from a carnivore". Guiness World Records. July 5, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
- ↑ Daley, Jason. "Collection of Fossilized Poo Certified as World's Largest". Smithsonian Magazine (ingilis). November 17, 2016. September 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2024.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- poozeum.com — Rəsmi saytı