Pyetro Tenerani
Pyetro Tenerani | |
---|---|
Pietro Tenerani | |
Doğum tarixi | |
Doğum yeri | Torano, İtaliya |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Roma, İtaliya |
Fəaliyyəti | heykəltaraş |
Stil | Neoklassisizm |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Pyetro Tenerani (it. Pietro Tenerani; doğum 11 noyabr 1789, Torano, İtaliya - ölüm 14 dekabr 1869, Roma, İtaliya) — Neoklassisizm üslubunda işləmiş italyan heykəltaraş.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Pyetro Tenerani Karara yaxınlığındakı Torano şəhərində anadan olmuşdu. O əvvəlcə dayısı Pyetro Marçettinin yanında təlim keçmiş və 1813-cü ildə Romada təhsil üçün təqaüd qazanmışdı. Orada o, Bertel Torvardsenin emalatxanasında təcrübə keçmişdi. 1816-cı ildə o, Florensiyalı Marçesa Lenzoniyə satdığı Tərkdilmiş Ruh heykəlini hazırladı.
O, məhsuldar idi və XIX əsrin ortalarında dini mövzularda ixtisaslaşaraq sadə neoklassisizm tərzində işləyirdi. Onun ən məşhur işi Romada Papa VII Piy üçün hazırladığı abidə idi. O, Vatikanda Alfons Liquotiyə əzəmətli heykəl hazırlamışdı. Pyetro Tenerani Neapolda San Fransesko di Paola və Bazilika Ostiensdə San Benedetto kilsələri üçün Sent Con the Evangelist abidəsini hazırlamışdı. O, Papa VIII Piy, XVI Qreqori və IX Piy də daxil olmaqla çox sayda dövlət və kilsə rəsmilərinin büstlərini düzəltmişdi. O, Pelleqrino Rossinin və Belçika Şarlottasının büstlərini də hazırlamışdı. O, Piazza di Boqota üçün Simon Bolivar və Siciliyada Messina şəhəri üçün bürüncdən II Ferdinand heykəllərini hazırlamışdı. Pyetro Tenerani Macarıstanda Karoli məbədi üçün abidə hazırlamışdı.
Kardelli, Saro Zaqari (Rosario Zaqari), Fedele Kacciano və Ciovanni Anderlini onun şagirdləri arasında idi. Onun oğlu Karlo memar oldu. O, Romada Santa Mariya deqli Anqeli e dey Martiri kilsəsində dəfn edilib.[1]
-
Diriliş mələyi, Potsdam.
-
İsa Məsih, Azərbaycan Milli İncəsənət Muzeyi.
-
Flora, Ermitaj.
-
Qrafinya S.L. Şuvalovanın büstü, Ermitaj.
-
Huşunu itirən Psixeya, San-Karlos Milli Muzeyi, Mexiko.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Roma artistica: pubblicazione mensile, illustrata Arxivləşdirilib 2014-12-10 at the Wayback Machine, Volume 1, Number 7, By Gaetanno Giucci, Editor, Raffaello Ojetti, 1872, page 49-54
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |