Qızılgül
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qızılgül — dekorativ çiçək yetişdirmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı.
Haqqında
[redaktə | mənbəni redaktə et]Qızılgülün kök sistemi milvaridir və torpağın 5 m dərinliyinə kimi işləyir. Çoxgövdəli olmaqla, budaqlıdır. 1,5–2 m hündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800–1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60–120 ləçək olur. Ətraf mühitdən asılı olaraq, efiryağlı qızılgül 30–50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: əsas və ya anac və boyu tükənən budaqlar mövcuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5–6 yaşda olub, üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.[1]
1 kq qızılgül yağı almaq üçün əl ilə 4 ton qızılgül ləçəkləri toplamaq lazım gəlir. Qəribə deyil ki, onun bir kiloqramının qiyməti 5000 yevrodan bahadır. Dünyada qızılgül yağı istehsalının 70%-i Bolqarıstanın payına düşür.
Qızılgül dünyada
[redaktə | mənbəni redaktə et]İngiltərə, ABŞ və İranda milli gül sayılır. [mənbə göstərin] Qızılgül ləçəklərindən hazırlanmış dadlı mürəbbə Azərbaycanda çay süfrələrinin bəzəyidir. Yabanı qızılgülün bəzi sortlarına hətta Şimal Qütb Dairəsində təsadüf edilir. Mədəniləşdirilmiş qızılgülün yaşı təqribən 5000 ildir. Hazırda bu əsrarəngiz bitkinin 300-ə yaxın növü və 3000 sortu vardır. Qızılgül kolu artıq 1000 ildir ki, Hildeshaym şəhəri kilsəsinin yanında bitir. Onun hündürlüyü az qala kilsənin dam örtüyünə çatır. Si adlı çox maraqlı qızılgül sortunun qönçələrinin ölçüsü çəltik dənəsi boydadır. Çay qızılgülü rənginə görə deyil, təzə dəmlənmiş yüngül çay ətri gəldiyi üçün belə adlandırmışlar.
Qızılgül bəzi ölkələrdə qızılgül yağı almaq məqsədilə becərilir. Güldən alınan yağ ətriyyatda ən bahalı ətirlərə əlavə edilir. Bundan başqa qızılgül yağından təbabətdə də istifadə olunur.
Azərbaycanda Qızılgül
[redaktə | mənbəni redaktə et]Qızılgüllər diyarı` doğma Zaqatalanın Aşağı Tala kəndində ümumi ərazisi 187 hektar olan "Ləcheq Farm and Distillery" MMC emal zavodunun quruluş tarixi 2016-cı ilə təsadüf edir. Türkiyə və Bolqarıstan kimi gülçülük sahəsində ixtisaslaşmış ölkələrdən dəvət edilən mütəxəssislərin çalışmaları ilə tərkibində istehsalat bölməsi, anbar, ofis, 5 min və 8000 kubmetrlik su tutumuna malik su anbarları, gül plantasiyaları və digər infrastruktur obyektləri olan müəssisənin illik istehsal həcmi 1250 ton yaş gül, 250 kq qızıl gül efir yağı və 600 kq Lavanda efir yağından ibarətdir. Gül yağı emalı üçün istifadə olunacaq avadanlıqlar dünyada bu sahədə öz sözünü demiş qabaqcıl Türkiyə şirkətlərindən əldə edilmişdir. Emal müəssəsinin 174 hektarı Bolqarıstandan gətirilmiş, məhsuldarlığına və keyfiyyətinə görə ən yaxşısı hesab edilən "Dəməşq Qızılgülü", 10 hektarı "Lavanda" gül növü plantasiyaları salınmışdır. Plantasiyalardan ilkin növbədə 738 ton qızılgül ləçəyinin toplanması hədəflənir. Əldə olunacaq gül yağları parfümeriya sənayesinin xammalı olmaqla ixrac olunması nəzərdə tutulur[2].
Azərbaycanda qızılgülün yeni sortları
[redaktə | mənbəni redaktə et]Azərbaycanda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün 9 yeni sortunun yaradılmasına nail olunub.[3]
Mavi qızılgül
[redaktə | mənbəni redaktə et]Bir neçə gündən sonra Yaponiyanın çiçək dükanlarında yenilik olacaq. Belə ki, artıq noyabr ayından etibarən, dünyada ilk dəfə olaraq, təbii mavi rəngli qızılgül satışa çıxarılacaq. Yeni qızılgül növünün alınması üçün alimlərə təxminən 20 il vaxt lazım olub. Qızılgülün mavi rəngdə olması üçün alimlər bitkiyə alabəzək bənövşənin genini yerləşdiriblər. Yeni qızılgül növü "Alqışlar" adını alıb. Bitki artıq bioloji təhlükəsizlik sınağından uğurla keçib.[4]
Ağ qızılgül
[redaktə | mənbəni redaktə et]Ağ qızılgül digər rənglərə nisbətən daha çox ətirlidir. Onların ətri daha fərah olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "EFİR YAĞLI BİTKİLƏR" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-03-15.
- ↑ Самая нужная книга для самого нужного места. 1000 невероятных фактов, которых вы не знали. Минск: Харвест, 2013, 320 с.
- ↑ "Azərbaycanda qızılgülün 9 yeni sortu yetişdirilib" (az.). trend.az. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ Mavi rəngli qızılgül [ölü keçid]