Qızılhacılı (Qazax)
Bu məqalə Qazax rayonunda yerləşən Qızılhacılı kəndi haqqındadır. Digər mənalar üçün Qızılhacılı səhifəsinə baxın. |
Kənd | |
Qızılhacılı | |
---|---|
41°03′56″ şm. e. 45°10′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 11.0[1] |
Mərkəzin hündürlüyü | 764 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 279[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Qızılhacılı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qızılhacılı kəndi Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunub və dağıdılıb. Hal-hazırda kəndin böyük hissəsi işğaldan azad olunub, lakin kəndin bir hissəsi hələ də cəbhə xəttində yerləşir. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. Bir gün əvvəl dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub.[2] Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
19 aprel 2024-cü ildə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.[3]
24 may 2024-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.[4]
Toponimikası
[redaktə | mənbəni redaktə et]- Qızılhacılı oyk., L, mür.
- Goranboy r-nunun eyniadlı i.e.v.-də kənd. Düzənlikdədir;
- Qazax r-nunun Alpout i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adındandır.[5]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 266 nəfər əhali yaşayır. Əhalinin 127 nəfəri kişilər, 139 nəfəri qadınlardan ibarətdir.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
- Qazaxın işğal altındakı kəndindən eksklüziv reportaj
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- ↑ İşqalçı Ermənilər Qazaxda kənd qəbiristanlığını dağıdıb [ölü keçid]
- ↑ "Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib - VİDEO". Oxu.Az (az.). 2024-04-19. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ "Qazaxın 4 kəndi artıq nəzarətimizdədir — Rəsmi". Qafqazinfo (az.). 2024-05-24. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |