Qolçomaq
Qolçomaq - Rusiya imperiyasında və SSRİ-nin yaradıldığı ilk illərdə mövcud olan varlı kəndlilər.
Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu.
1928-ci ildə Azərbaycan SSR-də 24 min varlı (qolçomaq) təsərrüfatı vardı.[1]
Sahibkar kəndliləri bir sinif kimi ləğv etmək siyasətinin konkret üsul və yolları ÜIK(b)P MK-nın 30 yanvar 1930-cu il tarixli “Elliklə kollektivləşmə rayonlarında qolçomaq təsərrüfatlarının ləğv edilməsi tədbirləri haqqında” qərarında göstərilmişdi. Bu qərara görə SSRI miqyasında “qolçomaq” adlandırılan varlı kəndlilər üç qrupa bölünərək onlara qarşı mübarizə aparılmalı idi. Birinci qrupa kollektivləşmənin qatı düşmənləri aid edilirdilər. Onlar güllələnir, ailə üzvləri isə Sibirə, yaxud Orta Asiyaya sürgün edilirdi. Ikinci qrupa kolxoz hərəkatına qarşı çıxan varlı kəndlilər aid edilirdilər. Onlar güllələnmir, ailələri ilə birlikdə Sibirə, yaxud Orta Asiyaya sürgün edilirdi. Üçüncü qrupa kolxoz hərəkatını qəbul etməməkdə şübhəli bilinənlər aid edilir və onlar respublika daxilində xüsusi yaşayış düşərgələrində saxlanılırdılar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan SSR-də 1920-1940-cı illərdə sənayeləşdirmə və zorakı kolxozlaşdırma". 2019-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.