RN-94
RN-94 | |
---|---|
Tipi | zirehli transportyor |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1995 |
İstismar edənlər | Banqladeş |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1994 |
İstehsalçı | Nurol Machinery ve Industry Co Inc and S N Romarm SA Filiala SC Moreni of Bucharest |
İstehsal illəri | 1995 |
Xüsusiyyətləri | |
Ağırlığı | 12,880 kq |
Mühərrik |
Cummins, 4 stroke, turbo dizel 275 hp at 2300 rpm |
Əsas silah | 25 mm avtomatik top və ya 14,5 mm MG və ya 12,7 mm MG |
Köməkçi silah | 7,62 mm-lik pulemyot və ya SPIKE döyüş raketi |
Uzunluğu | 6.7 m |
Eni | 2.8 m |
Hündürlüyü | 2.3 m |
Ekipaj | 2+11 əsgər |
Vikianbarda əlaqəli mediafayllar |
RN-94 (6x6) — Türkiyə Silahlı Qüvvələrində və Rumıniya Silahlı Qüvvələrində istifadə edilən, 6 təkər çəkicili, hər cür ekoloji şərait üçün əlverişli, amfibiya tipli, döyüş və döyüşə dəstək maşınıdır. Atıcı qübbəli 12,7 mm-lik pulemyotu mövcuddur. Hələ də TSQ tərəfindən istifadə olunur və daxili və xarici marketinq fəaliyyətləri davam edir. İstehsalçıları Türkiyədən Nurol və Rumıniyadan Romarm şirkətidir. Transmissiya sistemi 6x6 Allison avtomatik müstəqil asqı (Torsion bar), əməliyyat mənzili 700 km, maksimum sürəti magistral yolda 95 km/s, suda 10 km/s təşkil edir. Magistral yolda 110 km/s sürətlə qısa müddətli hərəkət edə bilər. Geri-geri sürəti 20 km/s, maksimum meyil dırmaşması 60%, maksimum yan meyilli 30%, maksimum qabaqdan maneə keçməsi 0.48 m, maksimum arxadan maneə keçməsi 0.35 m, maksimum xəndək keçmə dərinliyi 1 m, sürətlənməsi 34 saniyə (0–80 km/saat), elektrik sistemi 24 VDC, sükan sistemi hidravlik, qarın altı hündürlüyü 430 mm, gövdə zirehi mono blok, təkərləri, 12R20X XZL, yanacağı dizeldir.
İstifadəçilər
[redaktə | mənbəni redaktə et]- Banqladeş Banqladeş Silahlı Qüvvələri məhdud sayda təcili yardım maşını kimi istifadə edir. Təxminən 9 ədəd.[1]
- Rumıniya — prototip
- Türkiyə — 5[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Trade-Register-1971-2018.rft". Stockholm International Peace Research Institute. 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-21.
- ↑ "Romanian Army – RN-94 6×6 Armored Personnel Carrier (APC)". www.globalsecurity.org. 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-19.