Rafiq Allahverdiyev
Rafiq Allahverdiyev | |
---|---|
Allahverdiyev Rafiq Allahverdi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Allahverdiyev Rafiq Allahverdi oğlu — Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuşdur. 1961-ci ildə "Neft və qaz yataqlarının işləniməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra qazmaçı köməkçisi, operator, neft və qaz hasilatı ustası, böyük mühəndis, texniki şöbənin müdiri, "Leninneft" NQÇİ-nin baş mühəndisi işləmişdir. 1968-1972-ci illərdə AzETNÇİ-da aspirant olmuşdur. 1972-ci ildə "Mürəkkəbləşmələrin tədqiqi və fontan üsulu ilə hasilatın göstəricilərin yaxşılaşdırılması üzrə təkliflərin işlənilməsi (Qotur-Təpə yatağı timsalında)" mövzusunda namizədlik, 1992-ci ildə isə "Quyuların mürəkkəbləşmiş istismarı şəraitində neft hasilatının intensivləşdirilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1984-1987-ci illərdə AzETNÇİ-da quyuların yeraltı və əsaslı təmiri sektorunun müdiri, laboratoriya müdiri, 1987-ci ildən isə Türkmənneft ETLİ-da (Nəbitdağ ş.) elmi iş üzrə direktor müavini işləmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Allehverdiyev R.A. neft və qaz yataqlarının işlənilməsi və istismarı sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: neft və qaz axınının intensivləşdirilməsi proseslərinin öyrənilməsi; quyuların quyudibi zonasının qeyri-nyuton mühiti ilə emalı üsulları; quyuların mənimsənilmə üsullarının təkmilləşdirilməsi məsələləri; quyuların lülələrində qum tıxaclarının yuyulması məsələləri; Qərbi Türkmənistanın mürəkkəbləşmiş şəraitlərdə (sulaşma, qum təzahürü və parafinləşmə, layların məhsuldarlığının pisləşməsi), son işlənilmə mərhələsində olan yataqlarında neft hasilatı səviyyəsinin stabilləşməsi və işlənilmə mərhələsinin artırılması məsələləri.
Allahverdiyev R.A. 100-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 11 rəhbər sənədin müəllifidir. İxtiralara görə 25 müəlliflik şəhadətnaməsi alıb. "Türkmənistan SSR əməkdar səmərələşdiricisi", "Neft və qaz sənayesinin əlaçısı" kimi adlara və bir çox fərmanlara layiq görülmüşdür.