Republic F-84 Thunderjet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Republic F-84 Thunderjet
Tipi Döyüşçü-bombardmançı təyyarə
İlk uçuş 28 fevral 1946
İstismara verilmə tarixi noyabr 1947
İstimarının bitmə tarixi 1960
İstismarçılar
Buraxılış sayı 7.524
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxaya doğru əyilmiş qanadlara sahib olan F-84F qırıcı-bombardmançı hərbi təyyarə modelləri düz qanadlı F-84 təyyarələrinin bazası əsasında yaradılmışdır. İlk prototip uçuşu 3 iyun 1950-ci ildə baş tutmuş və tədarükü quru qoşunlarına yardım təyyarəsi olaraq böyük çoxluqda Taktiki Hava Komandanlığına edilmişdir. “Republic” firması 2112 ədəd F-84F istehsal etmişdir. General Motors şirkəti də, əlavə olaraq 599 ədəd istehsal etmişdir. Bu rəqəmin 1301 ədədi NATO Hərbi Hava Qüvvələrinə verilmişdir. Eyni modelin RF-84F hava kəşfiyyat-foto modeli də yaradılmış və NATO ölkələrinə göndərilmişdir. 1950-ci illərin sonlarında supersonik North American F-100 Super Sabre təyyarəsi ilə dəyişdirilməsinə başlanılmışdır. Ancaq 1960-cı illərdəki Berlin böhranında təkrar xidmətə qəbul edilmişdir.

F-84F “Thunderstreak” modelinin taktiki-texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1
  • Mühərrik: 1 ədəd Wright J65-W
  • İtələmə gücü: 32.3 kN
  • Qanad uzunluğu: 10.24 m
  • Uzunluğu: 13.23 m
  • Hündürlüyü: 4.39 m
  • Qanad sahəsi: 30.19 m²
  • Qalxma çəkisi: 12701 kq
  • Maksimum sürət: 1118 km/saat
  • Mənzili (tam yanacaq ilə): 2600 km
  • Silah təchizatı:
    • 6 ədəd 12.7 mm-lik MG pulemyotu **2722 kq qanad altı yük