Ronq adası
Ronq | |
---|---|
khm. កោះរ៉ុង | |
Ümumi məlumatlar | |
Sahəsi | 78 km² |
Uzunluğu |
|
Eni | 9 km |
Sahil uzunluğu | 61 km |
Hündür nöqtəsi | 317 m |
Əhalisi | 1.100 nəfər (2015-ci il) |
Yerləşməsi | |
10°42′00″ şm. e. 103°14′00″ ş. u.HGYO | |
Ölkə | Kamboca |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ronq adası (khm. កោះរ៉ុង) — Siam körfəzində yerləşən Kambocaya məxsus olan ada. Ada turizm şəhəri olan Sianuvildən 25 km aralıda qərarlaşır. Adanın mənası kambocadan tərcümədə mağara və ya tunel məbasını verir. Bununla belə bəzi yerli əhalinin nümayəndələri Ronq isminin tarixi qəhrəmanın adı olmasını deyirlər. Qədim kxmer dilində isə Ronq sözü saxlanc yeri mənasınl verir. Ronq adası inzibati cəhətdən Preasianuk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 78 km² təşkil edir. 61 km sahil xəttinin 43 kilometri çimərlikdir[1]. Son zamanlar adanı xaricilər daha tez-tez ziyarət edir. Kox Тut kəndi adanın cənub-şərqində yerləşir və ən çox turistlər bura gəlir. Hökumətin planlsrına görə ada turistik mərkəzə çevrilməlidir. Ancaq adada infrastruktur zəyifdir. Adaya gediş ancaq dənizlə təmin olunur[2].
Ronq adasının inkişafını təmin etmək məqsədi ilə hökumət adanı 99 illiyinə The Royal Group şirkətinə konseriyuma vermişdir. 2008-ci ilə isə Asiyada ilk ekoloji kurortun yaradılmasına başlanılmışdır[3].
«Sok San» çimərliyi yaxınlığında «Sonuncu qəhrəman»[4] realiti-şousunun fransız versiyasınln çəkilişləri həyata keçirilmişdir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ronq adası cənub-şərqdən şimal-şərqə uzanmış formaya malikdir. Onun sahəsi 78 km² təşkil edir. Adanın relyefi təpəlikdir. Ən hündür nöqtəsi 317 metrdir və şimal-qərbdə yerləşir. Bu tip relyef sayəsində çoxlu çayları vardır. Onlar əsasən bulaqlarla qidalanır. Ada demək olar ki, bütünlüklə sıx cəngəlliklə örtülüdür. Ada ərazisində 23 çimərlik vardır. Bütün çimərliklərin uzunluğu 43 km təşkil edir. Çimərliklər aydın şəkildə bir-birindən ayrılır. Adanın cənubu əsrarəngiz grünüşə malikdir. Ancaq azinkişaf etmiş bölgədir. Şərqi isə geniş buxta və uzun çimərliklərə sahibdir. Sahil rifləri dəniz canlılarını özünə cəlb edir. Adanın mərkəzi əsasən platodur.
Ada ərazisinin başdan başa tropik meşələrlə örtülməsinə baxmayaraq, qanunsuz ağac qırılması burada öz izini buraxmışdır. Burada olan bitlikərin böyük əksəriyyəti tez bitən enliyarpaqlı ağaclardır. Adanın əsas bitkiləri kakos palması və Elaeis guineensisdir. Bu bitkilər əsasən sahil və vadilərdə bitir.
Tarix
[redaktə | mənbəni redaktə et]Kox Ronq bu yaxınlatda məskunlaşdırılmışdır. 1975-ci ildən 1979-cu ilə qədər adada yaşayış olmamışdır. 1979-2000-ci illər ərzində isə ada Kamboca Kral Hərbi-Dəniz donanmasənın balansında olmuşdur. Ancaq 2000-ci illərdə adada ilk kənd meydana gəlir.
2000-ci illərdən Kamboca Balıqçılıq departamenti yeli sakinlər və icmalarla əməkdaşlıq edir[2][5].
Əhali və infrastruktur
[redaktə | mənbəni redaktə et]Adada dörd kənd vardır: Kox Tut (adanın cənub-qərbində yerləşir), Prea Svay və Doem Dkeu (müvafiq olaraq şimal və şimal-şərqdə), Sok San (adanın şimal-qərbində). Ada əhalisinin 70 % balıqçılıq hesabına yaşayır. Digərləri kənd təsərrüfatında çalışır. Son zamanlar isə adada turizmin inkişafı ilə əlaqədar əhali bu sektora cəlb olunur. Bu baxımdan Kox Tut kəndi daha yaxşı inkişaf etmişdir. Burada otellərin sayı taxta evlərin sayınfan çoxdur[6].
Adada yol şəbəkəsi yoxdur. Adanın daxilinə gedən yolların çoxunu brakonerlər açmışlarkı, onlarında sonucu dalandır. Adanı digər adalarla ancaq bərələr vastəsi ilə əlaqə yaradılır. Turistlər Sianukvildən bərə ilə gəlirlər. Bu gəmilər 2014-cü ildən daimi fəaliyyət göstərir[7].
Hökumətin planı adada hava limanı inşa etdirmək və yol salmaq olsa da, çinli investorlar layihəni tərk etdikdən sonra planın özü sual altındadır[8]. Ölkənin turizm nazirliyi adadakı işlərin gedişindən narazıdır. Belə ki, ölkə büddəsinin böyük hissəsi turuzmdən əldə edilir[9].
2012-ci ildə Kox Ronq internetə qoşulmuşdur. The Royal Group şirkəti adandan materikə 30 km uzunluğunda olan kabel xətti çəkmişdir. Bu adada yeganə infrastruktur hesab edilir[8].
Çimərlikdə ölüm
[redaktə | mənbəni redaktə et]2013-cü ildə Ronq adasında «Sonuncu qəhrəman» realiti-şousunun fransız versiasının çəkilişləri zamanı 25 yaşlı Jerad Babin kanatla hərəkət edərkən özünü pis hiss edir. Həkimlər onun dərhal yarışmanı tərk etməsini təlıb edərək həstəxanaya götürürlər. Yolda Babinin ürəyi iki-üç dəfə dayanır. Həstəxanaya çatmamış gənc ölür. TF1 kanalı yarışmanı bir il müddətinə dayandırmışdır[10].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lina Goldberg, Island-hopping off Cambodia’s coast', BBC Travel, June 25, 2012 Arxivləşdirilib dekabr 29, 2014, at the Wayback Machine.
- ↑ 1 2 "Assessing Legislation and Management Koh Rong" (PDF). 2015-09-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ "Koh Rong Island Official Website". 2015-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ "French Reality Tv Deaths in Cambodia". 2017-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ "Marine Conservation Of Cambodia". 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ "Visitors Info". 2015-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ "Island Boat Schedule". 2018-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ 1 2 "Koh Rong Airport Plans Foggy". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ "Island Developers Wanted". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ "«Sonuncu qəhrəman» realiti-şousunun fransız versiasının çəkilişləri zamanı 25 yaşlı Jerad Babin elə birinci gün ölmüşdür". 2013-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.