Səhmdar
Naviqasiyaya keç
Axtarışa keç
Səhmdar — dövlət və ya özəl şirkətdə bir və ya daha çox hissənin qanuni sahibi olan şəxs və ya təşkilatdır.
Bir səhmdarın iş sahəsindəki təsiri, sahiblik payı faizi ilə təyin olunur. Şirkətin səhmdarları qanuni olaraq şirkətin özündən ayrıdırlar və ümumiyyətlə, şirkətin borclarına görə məsuliyyət daşımırlar.
Hüquqları
[redaktə | mənbəni redaktə et]Səhmdarların hüquqlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar:[1]
- Dividend almaq hüququ;
- Ümumi yığıncaqda iştirak hüququ;
- Səsvermə hüququ;
- Seçmək və seçilmək hüququ;
- Məlumat əldə etmək hüququ;
- Səhmlərin geri satın alınmasını tələb etmək hüququ;
- Əlavə buraxılan səhmlərin alınmasında üstünlük hüququ;
- Cəmiyyətin fəaliyyətinin yoxlanılmasını tələb etmək hüququ;
- Cəmiyyətin ləğvindən sonra qalmış əmlakı əldə etmək hüququ.
Maraqlarının müdafiəsi
[redaktə | mənbəni redaktə et]Səhmdarların maraqlarının müdafiəsinin dövlət forması aşağıdakı müdafiə üsullarını özündə ehtiva edir:[2]
1. Mülki-hüquqi; 2. İnzibati-hüquqi; 3. Cinayət-hüquqi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-25.
- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-25.