Sabbak
Sabbak | |
---|---|
ing. Sabbac | |
Nəşriyyat | DC Comics |
Yayım tarixi |
Karns (Captain Marvel Jr. #4 (fevral, 1943)) Qreqor (Outsayderlər vol. 3 #8 (mart, 2004)) Brayer (Ədalət Liqası (vol. 2) #21 (avqust, 2013)) |
Yaradıcı(lar) |
Karns (Otto Binder (yazıçı), El Karreno (rəssam)) Qreqor (Cadd Vinik (yazıçı), Tom Reyni (rəssam)) Brayer (Ceff Cons (yazıçı), Qeri Frenk (rəssam)) |
Xüsusiyyətlər | |
Cinsiyyəti | kişi |
Növü | yarım-cin |
Komiks bioqrafiyası | |
Kainat | pis |
Üzvlükləri |
Supercanilərin Gizli Təşkilatı Dəhşətli Beşlik |
Partnyorları |
Timoti Karns İşmael Qreqor Cənab Brayer |
Gücləri |
|
Sabbak (ing. Sabbac) — Fawcett Comics və/və ya DC Comics nəşriyyatının komikslərində rol alan supercani personaj. Otto Binder və El Karreno tərəfindən yaradılmış orijinal Sabbak 1943-cü ildə Kapitan Marvel-Kiçiyin düşməni kimi "Captain Marvel, Jr." #4 (fevral 1943) komiksində debüt etmişdir. Outsayderlər superqəhrəman komandasının düşmanı olan yenilənmiş Sabbak, Cad Vinik və Tom Reyni tərəfindən yaradılmaqla, 2004-cü ildə "Outsiders" (vol. 3) #8 komiksində debüt etmişdir.[1] Personajın üçüncü versiyası Ceff Cons və Qeri Frenk tərəfindən yaradılmaqla, 2013-cü ildə "Justice League" (vol. 2) #21 komiksində təqdim edilmişdir. Bu versiyada Sabbak, Qara Adam və Yeddi Ölümcül Günahla birlikdə Şazam Ailəsinin düşməni kimi təqdim edilir.
Personajın İsmael Qreqor versiyası 2022-ci ildə təqdim edilmiş "Qara Adam" Marvan Kenzari tərəfindən canlandırılımış və DC Genişləndirilmiş Kainatı personajları sırasına daxil olmuşdur.
Uydurma personaj bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Timoti Karns
[redaktə | mənbəni redaktə et]Kapitan Marvelin düşməni olan və dörd tarixi canidən güc alan İbak kimi, orijinal Sabbak da Marvel ailəsinin “qaranlıq əksi” kimi təsvir edilir. Cəhənnəmin qaranlıq gücləri insan olan Timoti Karnsa (həm də Barns kimi qeyd edilir) Kapitan Marvel ilə mübarizə aparmağa kifayət edəcək qədər güc verir. Bunun üçün gərək olan yeganə şey shrli söz olan “Sabbak” ifadəsinin səsləndirilməsidir; bu zaman yerin dərinliklərindən çıxan qara şimşək Karnsı vuraraq onu əzələli demona çevirərək supergüc, supersürət, uçuş qabiliyyti, alovlu nəfəs və ovuclarından alov şarları buraxmaq imkanı verir. Onun gücləri Marvel ailəsinin güclərinə uyğundur. Kapitan Marvelin güc almaq üçün istifadə etdiyi sehrli söz olan “Şazam” kimi, “Sabbak” ifadəsi də akronim olmaqla demonların adlarından yaranmışdır: Satana, Aym, Belial, Belzevul, Asmodey və Krateis. Xarici görünüş olaraq Sabbak Timotinin daha əzələli insan sürətini xatırlatsa da, başındakı qabarıq buynuzlarla seçilir. Sabbak, Kapitan Marvel-Kiçiyin düşmənidir.
O, “Captain Marvel Jr.” komiks seriyasının Komikslərin Qızıl Dövründə nəşr edilmiş iki nömrəsində (hər ikisi 1943-cü ilə aid #4 və #6 saylı nəşrlər), həmçinin 1980-ci illərin əvvəllərində “World's Finest Comics” və “Adventure Comics” seriyalarında istifadə edilmişdir. İlk dəfə komikslərdə peyda olduğu zaman Sabbak nasist agentlərinə qoşulur. Nasistlər Amarikanı işğal etməyə köməklik edəcəyi halda, Sabbaka Amerikada hakimiyyət vəd edirlər. Sabbak bu məqsədlə, Qərbi və Şimali Amerika arasında nəqliyyat yollarını dağıdır. Lakin, Kapitan Marvel-Kiçiklə döyüşdükcə müxtəlif demonlar onu tərk edirlər, Satana tərəfindən tərk edildikdə isə o gücünü tamamilə itirir və məğlub olur.
2004-cü ildə Sabbak DC-nin “Outsayderlər” (III cild) komiks seriyasının #8 nömrəli nəşrində Cadd Vinik tərəfindən yenidən istifadə edilir. Hekayə Timoti Karnsı Freddi Frimenin (Kapitan Marvel-Kiçiyin alter-eqosu) ögey qardaşı kimi təqdim edir. Freddinin valideynləri olan Devid və Rebekka Frimanlar uşağı öhdəliklərinə götürsələr də, onların avtoqəzada ölmələrindən sonra uşaq başqa bir ailənin öhdəliyinə verilir. Bir-birinin ardınca müxtəlif qəddar ailələrə düşən Timoti, valideynlərini itirməsinə baxmayaraq babası ilə xoşbəxt qalan Freddiyə nifrət etməyə başlayır.
Sabbakın mənşə hekayəsi 2005/2006-cı illərdə yayımlanmış, Cadd Vinnik tərədindən yazılmış, illüstrasiyaları isə Coşua Midlton tərəfindən çəkilmiş “Superman/Shazam! First Thunder” mini seriyasında təqdim edilmişdir. Doktor Sivana Kapitan Marveli öldürməyin yollarını axtararkən, demonik Sabbak güclərinin daşıyıcısı olan Baqdan sülaləsinin son nümayəndəsi olan Timotinin yaşadığını öyrənir və Baqdan Məbədinin kahininə onu qaçırmağı tapşırır. Demonik ritual zamanı Timoti ilk dəfə Sabbaka çevrilərək Supermen və Kapitan Marvel ilə mübarizəyə başlayır. Kapitan Marvel Sabbakı aldadaraq adını çəkməyə məcbur edir və beləliklə də yenidən Timotiyə çevrilməsini təmin edərək qalib gəlir.
İsmael Qreqor
[redaktə | mənbəni redaktə et]“Outsiders” komiks seriyasında ((III cild) #8-10) Kapitan Marvel-kiçik və Autsayderlər komandası Sabbakın yeni və daha vəhşi versiyası ilə qarşılaşır. Daha böyük demonik gücə və ilkin humanoid formanın yerinə tüklü, buynuzlarla tamamlanan xarici görünüşə malik bu versiya, Nyu-Yorkda mafia rəhbəri olan rusiyalı immiqrant İsmael Qreqorun alter-eqosudur. Sabbakın gücünü əldə etməyi arzulayan Qreqor, adamlarına əmr edir ki, Timoti Karnsı tapsınlar. Bundan sonra səs çıxarmaması üçün zindana salınmış Karnsın səs apparatı ləğv edilir. Qreqor demonik ayin təşkil edir və nəticədə səsə ehtiyac olmadan Karnsın Sabbak gücünü istifadə edə biləcəyini deyir. Ayin üçün Nyu-Yorkda dolu bir avtobus sərnişin öldürülür, ayin sonunda Qreqor Karnsı da öldürərək Sabbak gücünü ələ keçirir.
İkinci Sabbak Kaliforniyada yaşayış evlərindən birinin arxa həyətində xüsusi portal açaraq dünyaya çoxlu demon gətirir. Kapitan Marvel-kiçik və Autsayderlər ona qarşı mübarizəyə başlayırlar. Demonlarının məğlub edildiyini görən Sabbak qaçaraq canını qurtarır.
Gizli Supercani Cəmiyyəti Terminator Destrouku, yerli mafiyaya nəzarətin Sabbak tərəfindən ələ keçirildiyi Las Veqas şəhərinə göndərir. Sabbakın ətrafındakıları öldürən Destrouk, onu inandırır ki, Cəmiyyət Sabbaka bir çox şeylər təklif edə bilər.[2]
San Fransiskoda supercanilərin saxlanması üçün istifadə edilən Alkatraz həbsxanasına hücum etmək üçün Sabbak Dəhşətli Beşlik dəstəsi ilə əməkdaşlıq edir.[3] Belə görünür ki, onlar həbsxanaya DB üzvü Mammotu xilas etmək üçün gəliblər. Hücum zamanı Qotem-siti üzərində sehrli Sonsuzluq Qayası partladılır. Sabbakın hazırlıqları ona, Yeddi Böyük Günahın gücünü qəbul etməyə imkan verir.[2] Bundan sonra Sabbak öz normal ölçüsündən dəfələrlə böyük bir forma alır. O, “Şəhvət”i istifadə edərək DB üzvləri, Alkatraz məhkumları və keşikçilərini öldürür. Autsayderlərlə mübarizə üçün Sabbak digər günahların güclərini istifadə edir. Donna Troy qəhrəmanların köməyinə çatır; Katananın sehrli Ruh oğrusu qılıncının köməyi iıə demon zindana salınır.[4] Qılıncın içində demon etiraf edir ki, Gizli Supercani Cəmiyyəti onu öz tərəfinə çəkərək, Kapitan Marvel-kiçiyi qaçıraraq Leks Lutora çatdırmağı tapşırmışdı.
One Year Later
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Cowsill, Alan; Irvine, Alex; Korte, Steve; Manning, Matt; Wiacek, Win; Wilson, Sven. The DC Comics Encyclopedia: The Definitive Guide to the Characters of the DC Universe. DK Publishing. 2016. səh. 257. ISBN 978-1-4654-5357-0.
- ↑ 1 2 Outsiders #29 (December 2005)
- ↑ Greenberger, Robert, Fearsome Five // Dougall, Alastair (redaktor), The DC Comics Encyclopedia, New York: Dorling Kindersley, 2008, 120, ISBN 978-0-7566-4119-1, OCLC 213309017
- ↑ Outsiders (vol. 3) #30 (January 2006)
- Komiks qaralamaları
- DC Comics supercinayətkarları
- Fawcett Comics supercinayətkarları
- 2004-cü ildə tanıdılan komiks personajları
- Superinsan gücünə malik DC Comics personajları
- Superinsan sürəti ilə hərəkət edən DC Comics personajları
- Tez sağala bilən DC Comics personajları
- Kaptain Marvel (DC Comics)
- Komikslərin qızıl dövrü supercaniləri
- Uydurma qanqsterlər
- Atəş gücünə malik personajlar