Sarı Tağı
Sarı Tağı | |
---|---|
fars. ساروتقی اعتمادالدوله | |
| |
1633 – 1645 | |
Əvvəlki | Mirzə Talıb xan |
Sonrakı | Xəlifə sultan əl-Hüseyni |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1579 |
Doğum yeri | Təbriz, Səfəvilər dövləti |
Vəfat tarixi | 11 oktyabr 1645 |
Fəaliyyəti | hərbi lider[d] |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی) və ya Sarı Tağı (fars. سارو تقی) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən dövr
[redaktə | mənbəni redaktə et]Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb.[1] Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib.[2] O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb[1] və mülkü əlindən alınıb. İttihamın yalan olduğu ortaya çıxandan sonra I Abbas Sarı Tağının mülkünü geri qaytarıb.[3]
Bir il sonra Sarı Tağı Mazandaranın hakimi və bundan bir il sonra Gilanın hakimi təyin edildi.[2] Onun hakimiyyəti dövründə bir çox bina və şəhərlərin, o cümlədən Fərahabad və Behşəhrin əsası qoyuldu.[4] 1629-cu ildə Sarı Tağı ilə arası yaxşı olan I Səfi hakimiyyətə gəldi. Həmin il Gilan və Mazandaranda Qərib şahın başçılığı ilə edilən üsyan Sarı Tağının daxil olduğu bir qrup hakim tərəfindən yatırıldı.[5][6]
1631-ci ildə Sarı Tağı şiə türbələrinin abadlaşdırılması üçün Bağdada göndərilir.[7] O, iki il sonra Mirzə Talıb xanı təhqir edir və onu öldürür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Ordubadi Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. [1] Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Babaie, 2004. səh. 42-43
- ↑ 1 2 Matthee, 2011. səh. 40
- ↑ Blow, 2009. səh. 230
- ↑ Babaie, 2004. səh. 98
- ↑ Matthee, 1999. səh. 122
- ↑ Newman, 2008. səh. 75
- ↑ Matthee, 2011. səh. 41
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Blow, David. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend. London, UK: I. B. Tauris & Co. Ltd. 2009. ISBN 978-1-84511-989-8. LCCN 2009464064.
- Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815.
- Babaie, Sussan. Slaves of the Shah: New Elites of Safavid Iran. I.B.Tauris. 2004. 1–218. ISBN 9781860647215.
- Matthee, Rudi. ḴALIFA SOLṬĀN // Encyclopaedia Iranica, Vol. XV, Fasc. 4. 2010. 382–384.
- Matthee, Rudi. JĀNI BEG KHAN BIGDELI ŠĀMLU // Encyclopaedia Iranica, Vol. XIV, Fasc. 5. 2008. 544–545.
- Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613.
- Savory, Roger. Iran under the Safavids. Cambridge University Press. 2007. 1–288. ISBN 0521042518.
- Roemer, H.R. The Safavid period // The Cambridge History of Iran, Volume 5: The Timurid and Safavid periods. Cambridge: Cambridge University Press. 1986. 189–351. ISBN 9780521200943.
- Matthee, Rudi. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600-1730. Cambridge University Press. 1999. 1–290. ISBN 0521641314.