Sarallar
Sarallar | |
---|---|
41°25′48″ şm. e. 44°30′00″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | Bolnisi rayonu |
Sarallar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qarapapaqlar bugünkü Azərbaycan türklərinin əsas hissəsini təşkil edir. Qafqaza ilk dəfə XI əsrdə ayaq basan Qıpcaqların soyundan olan bu boy, Gürcü Çarının dəvəti ilə burada yaşamağa başlamışdır. Sonrakı illərdə daim Oğuzlarla savaş şəraitində yaşamış, bir neçə əsr içində onlarla qarışmışdır. Azərbaycanda qurulan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin tərkibində yer alıb. XVI əsrdən etibarən formalaşan Azərbaycan xalqının özəyini təşkil edib. XIX əsrdə rus çarizminə qarşı mübarizə aparan qaçaqların bir çoxu Qarapapaq tayfasından çıxmışdir. XX əsrin əvvəllərində Qarapapaqlar, təkbaşına təşkilatlanaraq erməni daşnaqlarına və rus işğalçılarına qarşı müharibə aparmış. Nəticədə, Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyətini qurmuşlar. Daha sonra ləğv olunaraq Azərbaycan Demokratik Respublikasinin terkibinə qatılmışdır! Bu gün Qarapapaqlılar Borçalı, Gəncəbasar zonası, Qars, Sulduz əhalisinin əksəriyyəti təşkil edir.
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Sarallar kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 3 km qərbdə, dəniz səviyyəsindən 690 m yüksəklikdə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1918-ci ildə 115 nəfər, 1926-cı ildə 20 ailədə 155 nəfər, 2002-ci ildə 108 ailədə 501 nəfər, 2006-cı ildə 119 ailədə 503 nəfər.
Maarif
[redaktə | mənbəni redaktə et]İlk məktəb 1930-da açılıb. Hal-hazırda bir baza məktəbi (2005-də 9 sinifdə 73 şagird) fəaliyyətdədir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ulu türk yurdu Borçalı (Borçalı.net) :Sarallar kəndi Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |