Saronikos
Saronikos | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi | 740 km² |
Yerləşməsi | |
37°42′ şm. e. 23°36′ ş. u.HGYO | |
Ölkə | |
Region | |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saronikos (yun. Σαρωνικός κόλπος) — Yunanıstanda körfəz, Egey dənizinin ən böyük körfəzi. Körfəzə giriş şərqdən Sunion burunundan başlayır və cənub-qərbdəki Skileon burununa qədər uzanır. Korinf bərzəxindən şərqdə, Attika və Peloponnes arasında yerləşir. Attika, Meqarida, Korinfiya və Arqolidanın sahillərini yuyur. Korinf kanalı vasitəsilə İon dənizinin Korinf körfəzi ilə birləşir. Körfəzin sahillərində Yunanıstanın ən böyük Pirey limanı, eyni zamanda Meqara və Elefsis kimi əhəmiyyətli şəhərlər burada yerləşirlər. Körfəzdə aktiv gəmiçilik mövcuddur, körfəz sahillərində turizm inkişaf etdirilib. 740 kvadrat kilometr ərazini əhatə edir və girişində eni 10-11 kilometr, daha şimal-qərb hissəsində isə 13 kilometrdir. Attica sahilində Faliron, Vari və Anavisos buxtaları yerləşir. Eginada uzaqdan görünən Afayya məbədi və Panaellin Zevsin məbədinin (Ναός του Ελλάνιου Δία) xarabalıqları, Porosda isə Poseydonun məşhur məbədi yerləşirlər. Adaların bolluğu qədim dövrlərdə gəmiçilik üçün ən əlverişli şərtlərdən biri idi. Strabonun sözlərinə görə, "bəziləri onu dəniz, digərləri isə boğaz adlandırır, buna görə də o, həmçinin Saronik dənizi adını daşıyır. Saronikos körfəzi Hermion dənizindən (Ερμιονικός κόλπος) və İstma dənizinə qədər olan sahəyə deyilir, sonuncu Mirto və Krit dənizləri ilə birləşir".[1] Dənizçiliyin əsasını çox güman ki Trizin şəhərinin sakinləri qoymuşdular, hansılar ki əfsanələrdə öz padşahları Saron haqqında xatirələrini qoruyub saxlamışdılar: o, dəniz sahilində Artemida məbədi tikmiş və xallı maralın dalınca düşərkən dənizin girdabında vəfat etmişdir; Artemida məbədinin yaxınlığında dəfn olunmuşdur və sanki körfəz onun şərəfinə adlandırılmışdır.[2] Oradan çox da uzaq olmayan yerdə Artemida pərəstişkarı İppolit öldüyü zeytun ağacını da göstərirdilər. Başqa bir versiyaya görə, körfəzin adı qədim yunan sözü q.yun. σαρωνίς-dən ("köhnə oyuqlu palıd") gəlir.[3]
Körfəzin akvatoriyasında e.ə. 480-ci ildə Salamin döyüşü baş vermişdir ki, o, Yunan-İran müharibələrinin kulminasiya nöqtəsi oldu.
Esxilin "Aqamemnon" faciə əsərində adı çəkilir.[4]
Saronikos Körfəzinin vulkanları, Kiklad massivinin kənarı boyu keçən Cənubi Egey dənizinin vulkanik qövsünün şimal ucuna aiddir. Vulkan qövsünə Susaki, Egina, Metana (e.ə. 282-dən "yatır") və Poros vulkanları daxildilər.[5][6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Strabon. Coğrafiya. VIII, 6, 4
- ↑ Pavsani. Elladanın təsviri. II, 30, 7
- ↑ Ejen Kanselye. Алхимия: сборник. Алый Лев. Энигма. 2002. ISBN 5-94698-002-5.
- ↑ Esxil. Aqamemnon. 306
- ↑ Jak-İv Kusto. В поисках Атлантиды. М.: Мысль. [Пер. с фр.] / Жак-Ив Кусто, Ив Паккале. 1986 [A la recherche de l'Atlantide].
- ↑ The South Aegean active volcanic arc: present knowledge and future perspectives. Developments in Volcanology, v.7. Elsevier. M. Fytikas, G. E. Vougioukalakis (eds). 2005. ISBN 978-0-444-52046-3.