Seneka (xalq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Seneka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seneka (özünüadlandırma: tshoti-nondawaga və ya oneniuteronron; ing. seneca, nid. sinnekens; oneyda qəbiləsinin işlətdiyi mogikan sözünün təhrifidir) — İrokez Konfederasiyasının tayfalarından biri. Tayfanın öz adı "dağ adamları" deməkdir.[1]

Nyu-York ştatında Seneka gölününCenesi çayının sahillərində yaşayırlar. Tayfa şurası Nundavao (indiki Neapol, Nyu-York ştatı) kəndində yerləşirdi. XVIII əsrdə onların yaşayış sahəsi Niaqara çayından Pensilvaniyadakı Allegeyni çayına qədər uzanırdı. Hal-hazırda Nyu York ştatındakı Tovananda, Kataroqa, Allegani və Oyl-Sprinqs rezervasiyalarında yaşayırlar. Bundan əlavə, az sayda Seneka tayfaları Oklahomada, eləcə də Kanadanın Ontario əyalətindəki Kayuqa tayfası ilə birlikdə yaşayırlar.

  1. "Culture". Seneca Nation of Indians. 19 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2020.