Senqe

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Senqe
monq. ᠰᠡᠩᠭᠡ ᠬᠤᠩᠲᠠᠶᠢᠵᠢ
Şəxsi məlumatlar
Doğum tarixi 1630
Vəfat tarixi 1671
Atası Erdeni-batır
Həyat yoldaşı
Uşaqları

Senqe (Çeçen-xuntaycı) 16301671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi.

Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır.[1] Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir.[2] Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır.

  • Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964.
  • Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
  • Dalay Çuluunii, Oyrad Mongoliin Tuuh, Ulaanbaatar 2000.
  1. Çuluuni Dalay, göstərilən əsəri, s. 129-130.
  2. Ya. Zlatkin, göstərilən əsəri, s. 146.