Serveri de Jirona
Serveri de Jirona | |
---|---|
kat. Cerverí de Girona | |
Doğum tarixi | 1259 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Milliyyəti | katalan |
Fəaliyyəti | trubadur |
Vikianbarda əlaqəli mediafayllar |
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Cirona – bilinmir) — katalan trubadur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi.
Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur. Həmin il burada özünü Böyük Pedronun infant mühitində tapmışdır. Digər trubadurlar — Folket de Lunel və Dalfinetlə birlikdə Pedro ilə Toledoya getmişdir. 26 apreldə Kuenka yaxınlığında, Rieloda xidmətlərinə görə 1 solidus almışdır. Serveri "Cobla en sis lengatges" (azərb. "Altı dildə misra") əsərini yazarkən Folketin "Al bon rey q'es reys de pretz car" və ya Sordellonun "Bel m'es ab motz leugiers a far" əsərindən nümunə götürmüşdür.
26 avqust 1276-cı ildə ölən İşğalçı Xames üçün "Si per tristor, per dol no per cossir" plaçını yazmışdır. Əsər aydın idi. Serveri Məryəmdən xahiş edirdi ki, Xamesə rəhm göstərsin və Barselonada Mersedar ordeninin yaradılmasına istinad edirdi. Şair Matyu de Kaersi Xames üçün daha fərqli plaç yazmışdı: "Tant suy marritz que no.m puese alegrar" plaçı əxlaqi və dini tonda idi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cabré, Miriam. Cerverí de Girona and his Poetic Traditions. London: Tamesis, 1999. ISBN 978-1-85566-042-7.
- Gaunt, Simon, and Kay, Sarah. "Appendix I: Major Troubadours" (pp. 279–291). The Troubadours: An Introduction. Simon Gaunt and Sarah Kay, edd. Cambridge: Cambridge University Press, 1999. ISBN 0-521-57473-0.
- Riquer, Martín de. Los trovadores: historia literaria y textos. 3 vol. Barcelona: Planeta, 1975.