Sluç çayı
Sluç | |
---|---|
ukr. Случ | |
Ölkə | Ukrayna |
Mənbəyi | Podol yüksəkliyi |
Mənsəbi | Qorın çayı |
Uzunluğu | 451 km |
Su hövzəsi | Qorın çayı/Pripyat çayı/Dnepr/Qara dəniz |
Hövzəsinin sahəsi | 13900 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sluç (ukr. Случ, Южная Случь) — Qorın çayının sağ qolu. Çayın uzunluğu 451 km, hövzəsinin sahəsi — 13 900 km²-dir.
Sluç çayı öz başlanğıcını Podol yüksəkliyinin Volun yayalasından götürür. Çayın mənbəyi yaxınlığında Xmelnitski vilayətinin Avratin kəndi yerləşir. Bu ərazi vaxtı ilə Avratın yüksəkliyi adlanırdı. Çay öncə şərqə doğru axır, sonra tədricən şimala istiqamətlənir, daha sonra isə şimal-qərbə axır. Sarna şəhərindən sonra yenidən şimala doğru istiqamətlənir. Sluç çayı aşağı axarlarında Polesye düzənliyindən keçiri və Qorın çayına birləşir. Sluçu Qorın çayının mənsəbindən 100 km məsafə ayırır. Sluçun mənsəbi yaxınlığında Velyun kəndi yerləşir.[1]
Çay dərəsinin eni yuxarı axarlarda 0,2–0,8 km, aşağı axarlarda isə 5 km qədər genişlənir. Çay yatağının eni isə 5–50 metr, bəzi yerlərdə 110 metr olur. Çayın meyilliyi 0,4 m/km-dir.
Sluç çayı əsasən qar və yağış suları ilə qidalanır. Dekabr ayında çay suyu donur. Martın ortalarında isə buz qatından azad olur.
Çay suyunun minerallaşmasının orta göstəricisi: yaz aylarında, bol sulu dövrdə — 313 mq/dm³; yaz-payız aylarında — 321 mq/dm³; qış aylarında — 349 mq/dm³.[2]
Rovnen vilayəti ərazisində, çayın sahilində "Skolininıe qorı" landşaft yasaqlığı yerləşir.
Çayın 290 km-lik hissəsi gəmiçiliyə yararlıdır. Çay suyundan bəzən su mənbəyi kimi istifadə olunur. Yuxarı axarlarında kiçik su elektrik stansiyası fəaliyyət göstərir.
Sluç çayı sajhilində yerləşən şəhərlər: Starokonstantinov, Novqorod-Volnski, Sarnı, Lybar.
Sluç çayı sahilindəki kəndlər: Çernievka, Miropol, Kolosovka, Miropol, Kolosovka, Lyubomirka.
Maraqlıdır
[redaktə | mənbəni redaktə et]2012-ci ildə kiçik planet olan "251001 Sluch" çayın adı ilə adlandırılmışdır[3].
Mənbə
[redaktə | mənbəni redaktə et]Географическая энциклопедия Украины: в 3 т. / Редкол .: А. М. Маринич (соот. Ред.) И др. — К . : "Украинская Советская Энциклопедия" им. М. П. Бажана , 1989–1993. — 33 000 экз. — ISBN 5-88500-015-8 .
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Кадастр іхтіофауни Рівненської області/ Гроховська Ю. Р., Воловик Г. П., Кононцев С. В. і ін.; Під ред. Мошинського В. С. і Гроховської Ю. Р. — Рівне: Дока-центр, 2012. — 200 с.
- ↑ Горев Л. Н., Пелешенко В. И., Хильчевский В. К. Гидрохимия Украины. — К.: Вища школа, 1995. — 307 с. (укр.) ISBN 5-11-004522-4
- ↑ "251001 Sluch (2006 OM14)". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.