Sorqo
Sorqo | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sorqo |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sorqo (lat. Sorghum) — qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi[1]. Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avropa və Avstraliyada yayılmışdır.
Sorqo şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhətlər onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Sorqo qağıdalı, buğda, arpa, vələmir və s. bitkilərə nisbətən 2–3 dəfə az su tələb edir. O, çox qidalı bitkidir, tərkibində 70% nişasta, 12% zülal, 3,5% yağ vardır. Sorqo bitkisindən 800–900 sen yaşıl kütlə, 30–35 sen dən məhsulu almaq mümkündür. Qarışıq əkində məhsuldarlıq 20%-dan artıq olur.
Sorqo bitkisi üçün torpağın becərmə üsulu, vaxtı və əsas şumun dərinliyi torpaq-iqlim şəraitindən, sələflərdən və torpağın alaqlanma dərəcəsindən asılı olaraq dəyişir
Payızda sələflərin məhsulu toplanan kimi sahə 27–30 sm dərinliyində şumlanır və şum altına 2–3 sen superfosfat gübrəsi verilir. Sonra tarla iki istiqamətdə eninə və uzununa malalanır. Suvarılan torpaqlarda ehtiyat nəmlik yaratmaqdan ötrü yanvar, fevral aylarında sorqo əkiləcək torpaqlar qış aratına qoyulur. Səpinqabağı sahələr üzdən yumşaldılır və malalanır.
Arata qoyulan torpaqlara isə yalnız mala çəkilir, kifayət qədər yağıntı düşməyən dağətəyi dəmyə rayonlarda əsas şumdan əvvəl torpağı 8–10 sm dərinlikdə diskilənir, onun dalınca sahələr malalanır ki, səpindən qabaq yumşaq və alaqsız olsun. İkinci kultivasiya zamanı hər hektara 150 kq superfosfat və 100 kq kalium gübrəsi vermək lazımdır.
Toxumun səpilməsi
[redaktə | mənbəni redaktə et]Səpinə bir neçə gün qalmış toxumun keyfiyyəti yoxlanılmalıdır. Ümumiyyətlə, toxumların cücərmə qabiliyyəti 90% və bundan yuxarı olduqda səpmək məsləhətdir. Sorqo bitkisi istiliyə daha tələbkar olduğundan torpağın 0–10 sm dərinliyində 13–14 dərəcə sabit istilik yarandıqda səpmək lazımdır. Toxumların basdırılma dərinliyi yüngül torpaqlarda 6–8 sm, ağır torpaqlarda isə 4–6 sm olmalıdır. Səpin SPÇ-6, SUK-24 markalı və digər toxumsəpən maşınlarla aparılmalıdır.
Səpin norması. Sorqo bitkisindən yüksək məhsul götürməyin əsasını təşkil edən aqrotexniki tədbirlərdən biri də səpin normasının düzgün təyin edilməsidir. Səpin norması bitkilərin qida sahəsinin dəyişməklə onun su, hava, işıq və başqa yaşayış tərzini də dəyişir. Yaşıl yem üçün hektara 20–22 kq, dən üçün 18–20 kq toxum səpmək tövsiyə olunur.
Qida sahəsi. Aqrotexniki tədbirlərlə yanaşı, bitkinin qida sahəsi mahsuldarlığa təsir göstərir. Sorqonun cərgəarası 60 sm, bitki arası məsafə 15–20 sm olmaqla hər yuvada bir bitki saxlamaqla səpmək tövsiyə edilir.
Səpin müddəti. Sorqo bitkisinin məhsuldarlığı səpin müddətindən çox asılıdır. Onların toxumları torpaqda 10–14 dərəcə istilik olduqda yaxşı cücərir. Məhz buna görə də aran rayonlarında sorqonu aprel ayında, dağətəyi rayonlarda isə may ayında səpilməsi optimal səpin müddəti hesab olunur.
Əkinlərə qulluq. Sorqo əkinlərə qulluq işləri yüksək keyfiyyətlə və vaxtlı-vaxtında yerinə yetirilməsi məhsuldarlığa böyük təsir göstərir. Əkinlərə qulluq alaqları məhv etməkdən, hava, qida, istilik və rütubətlə bitkini tam təminetməkdən ibarətdir. Bitkilərdə 3–4 yarpaq əmələ gələndə sahədə seyrəltmə aparmaq lazımdır.
Sorqonun yüksək dən və yem aldə etməkdən ötrü sahələrə ən azı 3–4 dəfə kultivasiya çəkilməlidir. 1-ci kultivasiya bitkilərdə 3–4 yarpaq əmələ gəldikdə, 12–14 sm dərinlikdə, 2-ci kultivasiya 6–8 yarpaq əmələ gəldikdə 8–10 sm dərinlikdə, 3-cü kultivasiya isə 6–8 sm dərinlikdə aparılmalıdır. Bitkilərin boyu 80–90 sm-ə çatdıqda becərmə işləri dayandırılmalıdır.
Sorqonun qarışıq əkinləri. Sorqonun yaşıl yeminin tərkibində zülallı maddələrin miqdarını artırmaq məqsədilə birillik paxlalı bitkilərlə (yem paxlası və soya ilə) qarışıq əkmək daha faydalıdır. Qarışıq əkinlərdə komponent bitkilərin yetişmə müddətdlərinin eyni vaxta düşməsi başlıca şərtdir. Qarışıq əkinlərdə torpağın becərilmə üsulu, vaxtı, əsas şumun dərinliyi sorqonun yazlıq səpinlərində olduğu kimidir. Səpin toxum səpən maşınla aparılır. Qarışıq səpində, sorqo səpildikdən sonra eyni xətlə komponent bitki səpilir. Hər hektara sorqonun səpin norması 18–20kq, soya isə 80 kq götürülür. Səpindən sonra sahələrə şırımla suvarılır. Tam çıxış alındıqdan sonra sıx əkilmiş sahələr 3–4 yarpaq əmələ gəldikdən sonra seyrəldilir. Sorqonun qarışıq əkinlərdən keyfiyyətli yaşıl yem almaq üçün sahələrə 3–4 dəfə kultivasiya çəkilməlidir. Paxlalı bitkilərin çiçəkləmə fazasında kultivasiya dayandırılmalıdır.
Qarışıq əkinlərdə yaşıl yem üçün sorqonu süpürgə əmələgəlmə və paxlalıları isə çiçəkləmə fazasında toplamaq lazımdır. Həmin fazalarda istər sorqo, istərsə də paxlalı bitkilər yaşıl, şirəli və maksimum qidalı olur. Odur ki, çalışmaq lazımdır ki, hər iki komponent bitkidə həmin fazalar eyni vaxta düşsün.
Sorqonun dən üçün yığım vaxtı. Sorqonun dən üçün vaxtında yığılmasının çox əhəmiyyəti vardır. Dənin yığım vaxtı gecikdirdikdə onun dərkibində quru maddə azalır, cücərmə qabiliyyəti xeyli aşağı düşür. Məhz buna görə də dən üçün məhsul yığımına dənin nəmliyi 25–30% olduqda başlamaq lazımdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The Plant List: Sorghum Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine