Sunja (Terekin qolu)
Sunja | |
---|---|
Ölkə | |
Mənsəbi | Terek |
Uzunluğu |
|
Su sərfi | 82,9 m³/s |
Hövzəsinin sahəsi | 12.000 km² |
DSR[rus.] | 07020001112108200005420 |
Vikianbarda əlaqəli mediafayllar |
Sunja (rus. Sunja[1],inquş. Шолжа [2], çeçen. Соьлжа [3], Qumuq. Сююнч [4]) çayı- Şimali Qafqazın şərq hissəsində yerləşir. Terek çayının sağ qoludur.[5] Uzunluğu - 278 km, hövzə sahəsi - 12 000 km².[6] Mənbə Böyük Qafqaz dağ silsiləsinin şimal yamacında, 1200 m yüksəklikdədir, orta bulanıqlıq 3800 q / m³: çay ildə 12,2 milyon ton çöküntü daşıyır. Suvarma üçün istifadə olunur.[7]
Axın
[redaktə | mənbəni redaktə et]Sunja çayı, Uşkort dağ silsiləsindəki buzlaqlardan qaynaqlanır, Üçxut dağ silsilələrini keçərək Suqulta və Sunji-kort dağları arasındakı dərəyə girir. Sonra İnquşetiya ərazisindən şimala doğru 37 km məsafəyə axır. Ekajevo kəndi yaxınlığında Sunja bir neçə dərədə çıxır və Qarabulağa 12 km məsafədə axır. Burada çay şərqə doğru əyilib Zakan-Yurta axır və 85 km-dən sonra Terek çayına tökülür.[8]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Çay adının mənşəyi mübahisəlidir. Sunja adının ən çox ehtimal olunan variantı, monqol-türk dillərindən dəyişikliklərə uğramışdır. Sunja çayı üzərində yerləşən şəhərlərə Nazran, Qarabulaq, Qroznı (Çeçenistanın paytaxtı) və Qudermes daxildir.[9] Birinci və ikinci çeçen müharibələri zamanı neft anbarlarının məhv edilməsi, Sunja çayının neftlə çirklənməsinə səbəb oldu. [10]
Qolları
[redaktə | mənbəni redaktə et]- Sol qolu: Neftyanka
- Sağ qolları: Assa, Valerik, Qexi, Martan, Qoyta, Arqun, Djalka, Belka
Sunja çayında su həmişə əhəmiyyətli miqdarda olur. Güclü və uzun müddət davam edən yağışlardan sonra səviyyə 4 m-ə qalxa bilər. Çayda yüksək su aprel-may aylarında, qış qarları əriyəndə və çoxlu yağış yağanda baş verir.
XIX-XX əsrlərdə, sürətli hissələr istisna olmaqla, Sunja çayı demək olar ki, bütövlükdə donmuşdu. Hətta, rus qoşunları Sunja çayını artilleriya və ağır avadanlıqlar ilə buz üzərindən keçməsinə dair nümunələr var. Lakin son onilliklərdə çay Qafqazdakı iqlimi mülayimləşməsi səbəbindən donmur. XIX əsrdə çeçenlər Sunji çayı sahillərində ağacları kəsir və yazda Qızılyarda satışa çıxardırdılar. Sunja çayı suları tarlaların suvarılması və balıq ovu üçün hal hazırda da istifadə olunur.[11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Гацалова Л. Б., Парсиева Л. К. Большой русско-осетинский словарь ИПО СОИГСИ, Владикавказ 2011 - 687 с.
- ↑ Барахоева Н. М., Кодзоев Н. Д., Хайров Б. А. Ингушско-русский словарь терминов: 7500 слов. — Назрань: OOO «Пилигрим», 2015. — С. 294
- ↑ Карасаев А. Т., Мациев А. Г. Русско-чеченский словарь. — М.: Русский язык, 1978. — 728 с. — С. 728
- ↑ Русско-кумыкский разговорник, Русча-къумукъча къылавуз, А. М. Аджиев, К. С. Кадыраджиев, статья "Сунжа" 1992
- ↑ "Гидрография Республики Чечня". 2019-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ Государственный водный реестр. Arxivləşdirilib 2022-09-20 at the Wayback MachineРека Сунжа Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine
- ↑ "Сунжа (река)". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ Берже А. П. «Чечня и чеченцы», Тифлис, 1859, стр.8
- ↑ "Река Сунжа » Родники святые минеральные источники". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ John Daniszewski (March 11, 2001)"Chechens Find a Way to Live Off the Land--Through Oil"
- ↑ "Гидробиологическая характеристика реки Сунжа (Чеченская Республика)". 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.