Supercell
Supercell | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | videooyun sənayesi[d], proqram təminatı tərtibatı |
Məhsulu | mobil oyun |
Təsis tarixi | 14 may 2010 |
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | Tencent |
supercell.com/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Supercell — Finlandiyanın Helsinki şəhərində qurulmuş bir videooyun şirkəti.
2010-cu ildə yaranmışdır. Bugünə qədərki ən çox bilinən oyunları Clash of Clans, Hay Day, Boom Beach, Brawl Stars və Clash Royale-dır. Supercell 2012-ci ilin sonlarına doğru Clash of Clans oyunundan günlük 2.4 milyon dollar gəlir əldə etməyə başlayaraq ilin ən çox qazanan şirkətləri siyahısına daxil oldu. 2016-cı ildə şirkət Clash Royale adlı oyunu yayımladı və bu oyun həm Android, həm də iOS platformasında ilin ən yaxşı oyunu seçildi.[2]
Sadəcə 3 oyun ilə 2015-ci ildə 2.300.000.000 ABŞ dolları gəlir və 924.000.000 ABŞ dolları mənfəət əldə etmişdir.[3] Ümumi işçi sayı 150 nəfərdir. Şirkətin Helsinki xaricində Seul, Tokio və San-Fransisko olmaq üzrə cəmi 4 ədəd ofisi mövcuddur.
Şirkətin 51 faizlik hissəsini yapon telekom şirkəti SoftBank 1.530.000.000 ABŞ dolları almışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Supercelliltä hurjat luvut: liikevaihto harppasi 2,1 miljardiin – työntekijät saivat osansa (fin.). // Kauppalehti Helsinki: Alma Media, 2016. ISSN 0451-5560; 2243-142X
- ↑ "Clash Royale - Is Supercell's new multiplayer game pay to win?". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-15.
- ↑ "With just 3 games, Supercell made $924M in profits on $2.3B in revenue in 2015". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-15.
Şirkət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |