Təpəgöz
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təpəgöz | |
---|---|
| |
Məlumat | |
Növü | Div |
Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanə adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Qaf dağında yaşayır. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər.[1] Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır. Türklərlə iç-içə keçmiş olan Nart mifologiyasında hadisələrdə daxil birəbir eyni xüsusiyyətləri daşıyan bu divə rast gəlinir. Bundan başqa(Soqor/Soxor) "Kor" adı ilə bitən nəhəng adları da mövcuddur. Sokur (Soqur) sözü Anadolu da köstəbək mənasında da istifadə edilər. "Yazdırnaq" bəzən onun arvadı olaraq göstərilir. İnsan əti yeyir. İnsan sümüklərindən hörülmüş bir qalada yaşayır. Çobanlıq edər və bir tilsimli obyekti vardır. Bəzən başdan aşağı dəmir geyimli olaraq izah edilər. Bir tas böyüklüyündə gözü vardır. Qayalıq dağlardakı düzlüklərdə yaşayarlar. Bəzən ailələri olduğu deyilər. Bəziləri qarını şişən dağlardan doğular. "Kirgis" adını daşıyan bir təpəgöz çox təhlükəlidir. Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir."Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı at ağızlı Aruz qoca tərəfindən böyüdülmüşdür. Bu Təpəgöz obrazı türkləri qırıb tökürdü. Heç kim onunla qarşı-qarşıya dura bilmirdi. Bir tək Basatdan başqa. Basat Aruz qocanın köç edən zaman itirdiyi oğlu idi, çox güclü idi. Təpəgözün zəif yeri , onun gözü idi. Çünki yalnız gözü ətdən idi. Qalan hissələr isə ətdən deyildi. Basat onun bütün sınaqlarından keçir və onun boynunu kəsir. Elini xilas edir. Təpəgözün imdad dilədiyi zaman oxuduğu şeir parçası vardı . Orda deyirdi: Gözüm , gözüm yalqız gözüm, bundan sonra isə gözünün belə olmasının səbəbini aydınlaşdırırdı. Qızları öldürdüm, onları dul qoydum, ərlərini öldürdüm və s. Buna görəmi belə oldu?bütün bunlara görəmi gözüm getdi? və s. kimi suallar verirdi.
Yalqızgöz
[redaktə | mənbəni redaktə et]Başının ortasında tək bir gözü vardır. Təpəgöz'ün bir növü olaraq keçər. Yal "Tək" kökündən gəlir. Yal sözcüyü eyni zamanda atəşi xatırladar (Yalın, Yalkın). Monqolcada Yalgah sözü, fərq etmək mənasını verər. Bunlar arasındakı oxşarlıq şərin, pisliyin göstəricisidir.[2]
Kikloplar (Sikloplar)
[redaktə | mənbəni redaktə et]Odissey və onu müşayiət edənlərin səyahəti zamanı onlar qəribə macəralar yaşayırlar. Bunların içərisində ən möcüzəlilərindən biri səyahətçilərin rastlaşdığı müəmmalı varlıqlar-sikloplar (təpəgöz) idi. Məlumdur ki, sikloplar nəhəng boyları və alınlarının ortasında yerləşən iri tək gözləri ilə fərqlənirlər.
Əgər fermer Stoffel Koetzi olmasaydı, sikloplar yaddaşlarda mifik personaj kimi qala bilərdilər. Bu adam ömrünün böyük bir hissəsini təpəgözlərin axtarışına həsr edib. Görünür, Stoffel Koetzidə məlum həvəsi Henrix Şliman oyadıb. Axı, Şliman şəhəri və qiymətli xəzinəni tapana kimi Troyanın mövcudluğunu hamı inkar edirdi.
Abşeron təpəgözü
[redaktə | mənbəni redaktə et]1989–91-ci illərdə Bakı və Abşeronda "qar adamı"nı xatırladan tək gözlü müəmmalı varlıqlara rast gəlinib[3]
Yuxarıdakı məlumatı özündə birləşdirən materiala biz Rusiyanın internet məkanındakı saytlarda rast gəldik. Maraqlı olacağını nəzərə alıb "Sikloplar-əsrlərin müəmması" məqələsindən bəzi hissələri oxucuların nəzərinə çatdırmağı qərara aldıq. Beləliklə, Abşeron təpəgözü… "Baxaq görək, Bakı Metropolitenində avtoçilingər vəzifəsində çalışan Şamil Əliyev 1969-cu ilin fevralında "Depo" stansiyası rayonunda rastlaşdığı qeyri-adi hadisə barədə nə danışır: "Təqribən gecə saat 2 radələrində dincəlmək üçün növbətçi otağında uzandım. Sakitlik idi. Birdən küçədə darvazalar cırıldadı. Və xışıltı, şappıltı ilə müşayiət olunan qəribə addım səsləri gəlməyə başladı. Addım səsləri get-gedə yaxınlaşırdı. Qısa vaxt ərzində kimsə qonşu otağa daxil olub dərindən nəfəs ala-ala dayandı. Və mən haylamağa başladım: "Kimdir orda? Bu nə zarafatdı, içəri keç, lakin cavab gəlmədi, lakin bir neçə saniyədən sonra qapının ağzında boyu 2 metrdən yuxarı, alnından aşağıda tək qırmızı gözlü, bədəni tünd qəhvəyi rəngli tüklə örtülmüş nəhəng varlıq peyda oldu. Onun əlləri dizindən aşağıyadək uzanırdı, burnu meymun burnunu xatırladırdı. Sifəti çəhrayı rəngə çalırdı, lakin tüklə örtülməmişdi. Canlıdan güclü torpaq qoxusu gəlirdi. O mənə elə də fikir verməyib, stola yaxınlaşdı, ayağını-ayağına sürtüb heç nə götürmədən 20 saniyə sonra aradan çıxdı. Mən özümə gələndən sonra divandan sıçrayıb həyətə qaçdım. Hasara kimi qaçdıqdan sonra mən möhkəm it ulaşmasını eşitdim. Qəfil itlərdən biri var gücü ilə zingildəməyə başladı. Qaçan addım səsləri gəldi. Eyni zamanda get-gedə uzaqlaşan it zingildəməsi də kəsilmək bilmirdi. Mən başa düşdüm ki, varlıq onu özüylə apardı…" 1989-cu ilin qışı. Kürdəxanı kəndinin yaxınlığı. Belə bir qaçan varlığı vətəndaş (adının çəkilməsini istəməyib) müşahidə edib. Onun fikrincə, təkgözlü canlının addımları adi insanın addımlarından 4 dəfə böyük idi.
6 iyul 1991-ci il. Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin kursantları Əhmədli qəsəbəsi ərazisində-zeytun bağlarının yerləşdiyi rayonda buna bənzər varlıqla rastlaşıblar. Bu dəfə siklop su içirmiş. Siklopa yaxınlaşdıqca ondan güclü torpaq qoxusu hiss olunurmuş.
Biz yuxarıda dünyanın müxtəlif yelərində, o cümlədən Azərbaycanda da sözügedən qeyri-adi fenomenə rast gəlinməsi barədə məlumatlar verdik. Göründüyü kimi, varlıq insanabənzər görünüşə və qamətə malikdir, lakin siklopların yeganə fərqi boylarının hündürlüyü və bir gözlərinin olmasıdır. Bu da fauna nümayəndələri əksəriyyəti üçün xarakterik deyil. Bizdə mövcud olan faktlar əsasında deyə bilərik ki, sikloplar gecə həyatı sürür və mağaralarda yaşayırlar. Həmçinin siklopların su tutarları ilə də əlaqələri var. Çünki onlarla kontakt həmişə bu və ya digər su hövzəsinin yaxınlığında baş verir. İnsanlara hücum etmirlər. Görünür, zaman onları insanlardan qaçmağa məcbur edib. Görünür, siklopların bu vaxta qədər gəlib çıxmasında da insanlardan qaçmaqları böyük rol oynayıb, lakin onların sayı get-gedə azalır. Ona görə də, ey insanlar, əgər təkgözlü məxluqlarla rastlaşsanız silaha əl atmağa tələsməyin. Onsuz da bizim günahımız ucbatından heyvanat və bitki aləminin bir çox nümayəndələri yer üzündən silinib. Gəlin, növbəti dəfə səhvə yol verməyək.
Fenomenin tədqiq edilməsinə maddi köməklik göstərmək istəyənlər yazıda qeyd olunan müvafiq bank hesabına pul köçürsünlər". Azərbaycan ərazisində təkgözlü varlıqların həyat sürməsi ilə bağlı məlumatlara ufoloq Fuad Qasımovun münasibəti belə oldu: "Sikloplar barədə ətraflı məlumatım olmasa da, müxtəlif insanlar tərəfindən mənə danışılan bəzi faktları nəzərinizə çatdıra bilərəm. Bakı Metropoliteninin bir əməkdaşı mənimlə söhbətində vurğulamışdı ki, metronun "Xətai" stansiyasında yerin altında müəmmalı mağaralar var. Həmin mağaralardan haralarasa sirli yollar uzanır. Uzun illər bundan əvvəl elmi işimlə əlaqədar Daşkəsənə yollanmışdım. Orada mənə məlumat verdilər ki, bu ərazidə yerin altında müəmmalı mağara var. Mağaraya gedən yollar elə qurulmuşdu ki, burada adi insan əlindən istifadə olunması qeyri-mümkün idi, lakin biz mağaraya düşməyə cürət etmədik".
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine (türk.)
- ↑ "Arxivlənmiş surət". www.anl.az. 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ "Abşeron təpəgözü". 2010-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-10.