Tahirə Allahyarova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tahirə Allahyarova
Doğum tarixi 5 aprel 1959(1959-04-05) (65 yaş)
Doğum yeri
Elm sahəsi Fəlsəfə
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru
Təhsili

Tahirə Allahyarova – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru.[1]

Tahirə Bəkir qızı Allahyarova 5 aprel 1959-cu ildə Qəbələdə anadan olmuşdur.

1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999–2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.

Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tahirə Allahyarova "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.[2]

Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur. O hesab edir ki, mürəkkəb humanistik sistem kimi cəmiyyətdə sosial-siyasi dinamikanı, inkişaf proseslərini, xüsusilə də baş verən dəyişiklikləri, bir mərhələdən digərinə keçid məqamlarını sinergetik model, indiyə qədər mövcud olan bütün modellərdən daha adekvat əks etdirə bilir. Alim öz tədqiqatında "humanitar elmlərin məntiqi əsasları" probleminə geniş yer verir. İnsanlararası münasibətlərdə hazırda üstünlük təşkil edən inkar məntiqinin, dialoq və tolerantlıq məntiqi olan qeyri-səlis məntiqə köklənməsi zərurətinə diqqət yönəldir. Tahirə Allahyarova ilk dəfə olaraq sosial (humanitar) sinergetikanın metodoloji konseptual sintezin yeni səviyyəsi kimi müəyyənləşdirməyə cəhd etmiş, Lütfi Zadənin elmə gətirdiyi "fövqəlmürəkkəb humanistik sistem" anlayışının mahiyyəti və mənasının açıqlanmasına cəmiyyətin humanistik, sinergetik sistem kimi səciyyələndirilməsinə səy göstərmişdir. Onun elmi tədqiqatında siyasi həyat sosial sinergetikanın obyekti kimi nəzərdən keçirilir, "açıq cəmiyyət, qapalı cəmiyyət, vətəndaş cəmiyyəti" və s. konsepsiyaların sosial-sinergetik ekspertizasına cəhd edilir, cəmiyyətin "vəhdətdə özünütəşkil edən sinergetik sistem" kimi anlayışı təqdim olunur. Alim "sosial-siyasi seçim, sosial nizam və xaos, siyasi böhran və siyasi lider, attraktiv strukturlaşmada liderin rolu" kimi məsələləri təhlil etmişdi. Tahirə Allahyarova bu kontekstdə Azərbaycan tarixinin ən çətin məqamında ona rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin təşkilatlandırılması sahəsindəki fəaliyyətinə sinergetik paradiqmadan nəzər salmışdır. Tədqiqatda böhran məqamlarında onun qərar qəbul etmə strategiyasında təşkilatlanma, özünütəşkil və idarəetmə müstəvilərinin optimal balansının uzlaşdırılmasının nəzəri və praktiki aspektlərinin sinergetik prinsiplərə adekvat olmasının, xaotik fəzada lider amili və onun rəhbərlik spesifikasının təhlilinə xüsusi diqqət yetirmişdir.

Tahirə Allahyarova elmi tədqiqatında ən müasir fəlsəfi məntiq və "humanitar elmlərin məntiqi əsasları" problemini gündəmə gətirməklə, məntiq paradiqmalarının epoxal dinamikasını izləyərək, "elmin məntiqi əsasları" probleminin kölgədə qaldığını bildirmişdir. Bu baxımdan onun təqdim etməyə çalışdığı yeni metodologiya ilk növbədə humanitar məntiqin təməlində baş verən köklü dəyişiklik kontekstində şərh edilir. Burada Lütfi Zadənin qeyri səlis məntiq nəzəriyyəsinin kəşfi ilə fəlsəfi-humanitar məntiqin yüksək nüfuz və status əldə etməsi faktı vurğulanır, mürəkkəblik metodologiyasının məntiqi əsasını başlıcı olaraq qeyri səlis məntiqin təşkil edə biləcəyi fikri vurğulanır. Tədqiqatlarında sinergetika və qeyri-xəttiliyin, qeyri-səlisliklə müqayisəli təhlili aparılır, qeyri-səlisliyin müxtəlif məntiq təlimlərindən keyfiyyət fərqləri göstərilir, onun cəmiyyətə tətbiq imkanları araşdırılır. Dialektika və sinergetika kontekstində ənənəvi, klassik və yeni məntiq təlimlərinin müqayisəli təhlili verilir, tarixi prosesdə "özünü təşkilatlandıran vəhdətin və sinergiyanın" rolu nəzərdən keçirilir. O, inkişaf nəzəriyyələri kimi dialektika və sinergetikanın müqayisəli fəlsəfi təhlili nəticəsində alınan yeni müddəaları təqdim edir.

Tahirə Allahyarovanın tədqiqatında xətti, qeyri-xətti, dalğavari, spiralvari, tsiklik-dinamik, xaotik inkişaf modellərinin fərqli cəhətləri şərh edilir, sinergetik inkişaf nəzəriyyəsi mövcud baxışlar sistemində yeni keyfiyyət mərhələsi kimi səciyyələndirilir. Alim cəmiyyətin sosial idarə olunmasında sosial informasiya və sosial entropiya anlayışlarının mənasını, təzahür xüsusiyyətlərinin tənzimləmə mexanizmlərini açıqlamışdır. Bu aspektdə sosial sistem anlayışının yeni – sinergetik humanistik sistem kimi mənası təqdim edilmişdir. Tədqiatda sosial sistemin inkişafına dair nəzəriyyələrdə mübahisəli məqam olan "böhran, təşəkkül, inkişaf" pillələri arasındakı çətin sezilən hüdudların ayırd edilməsinə cəhd göstərilir, sosial sistemdə "vəhdət" (unita) və "bütövlük" (totalita) anlayışlarının müqayisəli məna tutumuna diqqət yetirilmişdir. Alim sosial sinergetika kontekstdə "açıq sistem" anlayışını təhlil etmiş, onun müxtəlif vəziyyətlərini fərqləndirmişdir.

Tahirə Allahyarova öz tədqiqatı nəticəsində belə qənaətə gəlmişdir ki, müasir cəmiyyətdə baş verən prosesləri təhlil etməyə iddialı olan hər bir sosial fəlsəfi, politoloji nəzəriyyə, elmi konsepsiya hökmən üç cəhətə fikir verməlidir: 1) mürəkkəb sistemlərin müəyyən məqamlarda müxtəlif təbiətli (cüzi hesab edilən) başlanğıc təsirlərə məruz qalmasını və onların sonucda gözlənilməz böyük effektli nətəcələr verə bilməsinə diqqət etməlidir; 2) bu məqamlarda sistemin öz gələcəyi naminə qarşılıqlı vəhdət və bağlılıq prinsiplərinin həssas olmasını nəzərə almalıdır; 3) hər hansı ehtimal və proqnozların özündə qeyri-xətti, xaotik determinizm prinsiplərinə əsaslanan "ssenarini" təsvir edə bilməsini diqqət mərkəzində saxlamalıdır. Alim tədqiqatında sosial sinergetikanın cəmiyyətin vəhdətdə özünütəşkil kimi, yeni sosial ontologiya, qnoseologiya və metodologiyanın ortaq nəzəri sintezi kimi ictimai elmə öz predmet və obyektini fərqli fokus nöqtəsindən təhlilinə imkan verdiyini göstərmişdir.

Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunmuşdur

  1. "Ekoloji mədəniyyət və ictimai tərəqqi".-Bakı, "Elm" nəşriyyatı, 1994,172 s. Kitabda mədəniyyət fenomeninin ümumi fəlsəfi-metodoloji aspekti, "ekoloji mədəniyyət" anlayışının mədəni-subordinasior quruluşu, ictimai tərəqqinin real əsası olan təbii mühitin struktur coximkanlılığı, "təbiət-cəmiyyət" sistemindəki ziddiyyətlərin həll olunma istiqaməti kimi ekoloji mədəniyyətin qərarlaşmasının əhəmiyyəti təhlil edilmişdir.
  2. "Fəlsəfə, ictimai elm və metodologiya. Vəhdət fəlsəfəsi metodoloji ideal kimi (metodoloji propedevtika)" ("Vəhdət fəlsəfəsi" seriyasından I kitab). Bakı, "Elm", 2004. −172 s. Kitabda, müasir ictimai elmin fəlsəfi-metodoloji problemləri nəzərdən keçirilir. XX əsrin II yarsından təbiətşünaslıq sahəsində dünyanı bütövlükdə və vəhdətdə dərk etməyi mümkün edən metodoloji mövqenin ön cərgəyə cıxmasına diqqət cəlb edilir. Ümumiyyətlə zəkanın, o cümlədən təbii-elmi idrakın özünütəşkilində, paradiqma, nəzəriyyə, hipoteza və s. kimi mərhələlərdə fəlsəfi metodologiyaya xüsusi zərurət yarandığı açıqlanır. Təbiətşünaslıqda "yeni" adlandırılan metodologiyanın fəlsəfədə mövcud olan "dünyanın vəhdəti" ideyasının aşkarlanması kimi şərh edilməsini düzgün hesab edir.
  3. "Sinergetika-I. Təbiətin vəhdətdə özünütəşkili. Sinergetik ontologiya". "Vəhdət fəlsəfəsi" seriyasından II kitab. Bakı, "Elm", 2004.- 372 s. Bu kitabda, fəlsəfi zəkanın fundamental mövzularından biri-ontologiya təhlil edilir. Müasir elmi istiqamət olan sinergetikanın bu kontekstdə əsas müddəaları, "sinergetik ontologiya"nın əsas cizgiləri təqdim edilir. Yeni dövrdən üzü bəri dünyanın fəlsəfi mənzərəsində Aristotel xəttinin birtərəfli inkişaf etdirilərək ontologiya və qnoseologiya, bunların ikisi ilə aksiologiyanın arasında özgələşmə yarandığına, həmçinin "Öz" (təməl) varlığın, "Söz" varlıqla müayisədə arxa plana keçdiyinə diqqət cəlb edilir. XX əsrdə varlıq probleminə münasibətdə təbii-elmi idrakın, fəlsəfi zəkaya yaxınlaşması meyllərinin baş verməsi açıqlanır, varlıq və qeyri-varlıq qatlarının vəhdətdə olduğuna "özünütəçkil, özününaşkarlama" fenomeninin "mühüm aydınlıq" gətirməsi, onun əhəmiyyəti vurğulanır. "Təməl", vəhdət varlığın adekvat mənzərəsinin yaradılması üçün, ontologiya, qnoseologiya və metodologiyanın qarşılıqlı bağlılıqda səy göstərmələrinin, məqsədəuyğunluğu fikri irəli sürülür. Tahirə Allahyarova vəhdət fəlsəfəsinin beşlik kimi nəzərdə tutduğu növbəti üç kitabı üzərində işini davam etdirir.
  4. Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Bakı, "CBS-PP MMC", 2010. −145 S. Kitab müstəqillik dövründə ölkədə siyasi partiyaların yaranması, dinamikası, seçki proseslərində iştirakı və real vəziyyəti ilə maraqlanan geniş oxucu auditoriyasına ünvanlanmışdır. Nəşrdə həmçinin partiyaların ideoloji spektri, resursları və seçki taktikası, 2010-cu il parlament seçkiləri öncəsi vəziyyəti və əsas məqsədləri öz əksini tapmışdır.http://sam.gov.az/nesrler/azerbaycanda-siyasi-partiyalar-seckiden-seckiye
  5. Tahira Allahyarova, Farhad Mammadov. Political Parties in Azerbaijan: from Election to Election Baku, Azerbaijan,2010–145 p. [2] [ölü keçid]

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. Tahira Allahyarova Media in democratic society: realities and perspectives "Media in Democratic Society: International and Local Experience"// The Materials of International Conference"Mass media in democratic society:international and national experience 12 March 2010 http://sam.gov.az/en/events/international-conferences Arxivləşdirilib 2011-07-05 at the Wayback Machine;
  2. Tahira Allahyarova Les médias dans la société démocratique :les réalités et les perspectives //Materiels de la conférence internationale"Les médias dans la société démocratique :expériences internationales et nationales"12 Mars 2010. Bakou – 2010http://sam.gov.az/en/events/international-conferences;
  3. Demokratik cəmiyyətdə media: reallıqlar və perspektivlər// ("Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə" Beynəlxalq Konfransının materialları 12 mart 2010, s. 46–58)// http://sam.gov.az/sites/default/files/publications/demokratik_cemiyetde_media.pdf;http://www.humanrights-jwg.org/kitabxana/796-demokratik- Arxivləşdirilib 2011-03-04 at the Wayback Machine konfrans_kitab.pdf
  4. Allahyarova T. B. Xocalı soyqırımı Ermənistanın həyata keçirdiyi məqsədli və düşünülmüş siyasət kimi qiymətləndirilməlidir //(SAM-da Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş Beynəlxalq Konfransın materialları. (25 fevral 2010-cu il)- "Analitik baxış" (SAM-ın aylıq analitik informasiya məcmuəsi), 2010, № 1, s. 17–22; http://sam.gov.az/sites/default/files/analitik_baxis.pdf[ölü keçid]
  5. Allahyarova T. B. Beyin hücumu XXI əsrdə: problemlər və ideyalar.// (SAM-keçirilən dəyirmi masada məruzə, müzakirələrin təhlili və yekun tövsiyələr)- "Analitik baxış", (SAM-ın aylıq analitik informasiya məcmuəsi), 2010, № 2, s. 4–15; https://web.archive.org/web/20110706131213/http://sam.gov.az/sites/default/files/publications/analitik_baxis2.pdf
  6. Allahyarova T. B.. Seçki-2010. Azərbaycanda seçkilər öncəsi siyasi partiya mühitinin konfiqurasiyası və qüvvələr nisbəti. //" Strateji təhlil". Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin analitik elmi-tədqiqat jurnalı – Bakı, 2010, № 1(1), aprel-iyun , 2010, s.42–64; http://sam.gov.az/sites/default/files/publications/strateji_tehlil.pdf[ölü keçid]
  7. T. Allahyarova. Ekoloji qloballaşma və Qarabağ münaqişəsi//http://karabakh-doc.azerall.info/ru/articls/artc[ölü keçid]; //http://www.azecology.az/qarabag/1545-ekoloji-[ölü keçid]
  8. T. Allahyarova Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. B.: 2010.-146 səh. http://www.anl.az/yeni_ea2010.php
  9. Ekoloji mədəniyyət anlayışı haqqında. Ekologiya. Fəlsəfə. Mədəniyyət. 2-ci buraxılış, B., 1993. Səh.37.
  10. Ekologiya. Fəlsəfə. Mədəniyyət. 2-ci buraxılış, B., 1993. Səh.41.
  11. Ekoloji fəlsəfə və mədəniyyət. Sosial, ekoloji, fəlsəfi problemlər, 3-cü buraxılış, B., 1994. Səh.16.
  12. Ekoloji mədəniyyət və ictimai tərəqqi. Sosial, ekoloji, fəlsəfi problemlər, 4-cü buraxılış, B., 1994. Soh.73.
  13. Siyasi ekologiya və ekoloji siyasət. Sosial, ekoloji, fəlsəfi problemlər, 4-cü buraxılış, B., 1994. Səh.79.
  14. Ekoloji mədəniyyət və onun mahiyyəti Respublika Ali məktəblərarası elmi konfransın tezisləri, B., 1997, 21 oktyabr Səh. 64. Noosfera konsepsiyası: xəyal yoxsa, real yaşayış konsepsiyasıdır? "Ekologiya. Fəlsəfə. Mədəniyyət" elmi-məqalələr məcmuəsi, 17-ci buraxılış, B., 1998. Səh.8–11
  15. Keçid dövründə ekoloji problemlərin kəskinləşməsi xüsusiyyətləri Ekologiya. Fəlsəfə. Mədəniyyət, 17-ci buraxılış, B., 1998 Səh.29–30.
  16. Ekoloji təhsilin müasir problemləri. Ekologiya. Fəlsəfə. Mədəniyyət, 17-ci buraxılış, B., 1998 Səh.30–33.
  17. Qlobal ekoloji problemlərin geosiyasi aspektlərinə sosial fəlsəfi baxış. Ekologiya. Fəlsəfə. Mədəniyyət. 20-ci buraxılış. B., 1999
  18. Sivilizasiyanın inkişaf modellərinə dair mövcud nəzəriyyələrə qısa baxış. Ekologiya. Fəlsəfə. Mədəniyyət, 20-ci buraxılış, B., 1999 Səh.97–99.
  19. Ekoloji problemlərin mahiyyəti ən yeni və müasir elmi metodologiya (sinergetika kontekstində) Ümumrespublika konfransının materialları, B., 5 may 2000 Səh.111–113
  20. Qlobal ekoloji probelmlərin təhlili yeni paradiqma (sinergetika kontekstində Təhsil Cəmiyyətinin "Sosial bilimlər" jurnalı, B., 2000 Səh.80–85
  21. Cəmiyyət idarəetmə və təfəkkür (yeni paradiqma) "Sosial bilimlər" jurnalı, № 4, 2000 Səh.83–97
  22. Ekologiya: problemlərin tədqiqi, təhsil və təbliğat işində ən yeni elmi metodologiya kontekstində nəzərə alınması zəruri olan prinsipial yeniliklər "Elm" qəzeti, 15 sentyabr 2000 Səh.5–9
  23. Alim mənəviyyatı, tədqiqatçı qərəzliyi VERSUS intellektual muzdurluq (Rusiya EA-nın "İctimai elmlər və müasirlik" jurnalında çap olunmuş məqaləyə cavab) "Elm qəzeti", 31 may 2000 Səh.13.
  24. Alim mənəviyyatı, tədqiqatçı qərəzliyi VERSUS intellektual muzdurluq (Rusiya EA-nın "ic-timai elmlər və müasirlik" jur-nalında çap olunmuş məqaləyə cavab) Davamı: "Elm qəzeti" 13 iyun 2000-ci il Səh.5–7
  25. Sosial- sinergetika- cəmiyyət haqqında tədqiqatların metodologiyası kimi "Dirçəliş- XXI əsr", N°3, 2001. Səh. 87–98.
  26. Qoruyaq, mühafizə edək, yoxsa nizamlayaq. "Elm qəzeti" 24 aprel, 2001 Səh.9.
  27. Ekoloji inkişaf strategiyasına dair nəzəriyyələrin yeni parametrləri. "Ekologiya. Fəlsəfə. Mədəniyyət" 28-ci buraxılış, B., 2002. Səh.63–65.
  28. Sosial sinergetika: Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsinin tədqiqi aspektləri: 1 məqalə AMEA-nın Humanitar və ictimai elmlər seriyası, B., 2002, № 2 Səh.71–85.
  29. Azərbaycan: tarixin fürsəti və gələcəyin əzəməti (siyasi e.d. R. Mustafayevin "Fikir azaddır" kitabı haqqında). "Azərbaycan qəzeti", 17 may 2001 Səh.6.
  30. Elm və təhsilin humanistləşməsi, təhsilin sinergetik modelinin formalaşmasında Lütfi Zadənin ideyalarının tətbiqi Sosial bilimlər, N°5, 2001. Səh.37–40.
  31. Sosial sinergetika: 2-ci məqalə. "Dirçəliş-XXI əsr" № 40, 2001 Səh.104–121.
  32. Elm, məntiq və metod. Qeyri-səlis məntiq nəzəriyyəsinin humanitar və sosial elmlərə tətbiqi aspektləri "Elm qəzeti", 15 sentyabr 2001 Səh.12
  33. "Mif"lər "loqos"un dialoquna "Böyük qayıdış" (R. Əliyevin kitabına ön söz) R. Əliyev."Məxfilik qrifi yaxud mif, fəlsəfə, dil və din düyünü" kitabına öz söz, B., 2002 Səh.3–9.
  34. Sinergetikanın metodoloji spesifikası. Bakı Dövlət Universitetinin elmi konfransının materialları, B., 19 dekabr,2001. Səh.25–27.
  35. Ənənələr – qloballaşmaya sosial mədəni reaksiyanın optimal süzgəcidir Qloballaşma və ənənələr. AMEA-nm beynəlxalq Simpoziumun materialları, aprel 2002. Səh.59–63.
  36. Qloballaşma dünyanın sosial sinergetikası (özünütəşkili kimi. Qloballaşma və Azərbaycan Respublika praktiki konfransı, B., 2002 Səh.44–48.
  37. İnsan probleminə sinergetik yanaşma insana dair vahid elmi konsepsiyanın metodoloji əsası kimi. 1-ci məqalə "Dirçəliş- XXI əsr", № 5, 2002 Səh.99–109.
  38. İnsan probleminə sinergetik yanaşma insana dair vahid elmi konsepsiyanın metodoloji əsası kimi, 2-ci məqalə "Dirçəliş- XXI əsr", X26, 2002 Səh.72–86.
  39. Kitab üzərində düşüncələr(f.e.d. Adil Əsədovun "Siyasətin fəlsəfəsi" kitabı haqqında) B.,2001. S.259–262.
  40. İctimai və humanitar elmlərdə metodologiya problemi Bakı Dövlət Universitetinin elmi konfransın materialları, 28 may 2003 Səh.6–8.
  41. Dialektik məntiq və qeyri-səlis məntiq (müqayisəli fəlsəfi təhlil). Bakı Dövlət Universitetinin elmi konfransın materialları, 28 may 2003 Səh.11–13
  42. Oyunlar nəzəriyyəsi, oyun fəlsəfəsi və sinergetika: paradiqmal paralellər BDU-nun elmi konfransının materialları, 2003, 19 dekabr Səh.49–52.
  43. Dialektika və metafizika. Metodoloji komparativistika BDU-nun elmi konfransının materialları, 19 dekabr, 2003 Səh.53–56.
  44. Elmin metodologiya rasionallıq tiplərinin sinergetikası kontekstində. BDU-nun elmi əsərləri, 2003 Səh.41–49.
  45. Mədəniyyətdə qloballaşmanın təzahürləri və Azərbaycan. "Qloballaşma və Azərbaycan mədəniyyəti" II Ümum-respublika praktiki konfransının materialları, B, 2004 Səh.44–47.
  46. Sinergizm, Qərb-Şərq inteqrasiyası problemlərinin həlli imkanı kimi."Qloballaşma və Azərbaycan" Ümumrespublika elmi praktiki kofransının materialları, 31 may 2004 Səh.56–60.
  47. İ. Kant fəlsəfə üçün nə etdi? Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, 2004, № 2–3 Səh.24–33.
  48. Dünənin yaddaşından bu günün uğuruna aparan kəsə yol təhsildən keçir (Ş. Əsgərov "Təhsilimiz dünən, bu gün, sabah" əsəri haqqında rəy) Yeni Azərbaycan qəzeti, 2004, 14 fevral
  49. Gələcək siyasətin deyil, mənəviyyatındır//M. Şükürovun "Siyasi idrak və yeni mənəvi imperativ" kitabına rəy, B., 2004 Səh.3–7
  50. Tariximizin obyektiv elmi mənzərəsini yaradan tədqiqat V. Quli-yevin "Müsəlman ruhaniliyinin Azərbaycan dövlətçiliyində rolu XIX əsrin sonu-XX əsrin əvvəli" kitabı haqqında "Kəlam" elmi- publisistik jurnal, 2004, № 3. Səh.49–55 #Metodoloji mövqe seçimi ictimai elmdə əsas meyar kimi YUNESKO-nun fəlsəfə gününə həsr olunmuş Respublika elmi kofransın materialları, B., 2004 Səh.104–112.
  51. A. İmanquliyeva elmimizdə yeni nəzəri- metodoloji mövqenin- sintez yanaşmanın yaradıcıların Şərq- Qərb: ortaq mənəvi dəyərlər, elmi əlaqələr. Beynəlxalq kofransın materialları, b., 2004 S.107–117.
  52. "Cəmiyyətin mənəvi həyatı: su-bordinasiya və koordinasiya". Proqram vəsaiti Azərbaycan respublikası Təhsil Nazirliyi Təhsil problemləri İnstitutu və BDU-nun Proqramlar toplusu, B., 2004 Səh.50–65.
  53. "Mədəniyyətin sosiologiyası" Proqram vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil problemləri İnstitutu və BDU-nun Proqramlar toplusu, B., 2004, Bakı Universiteti nəşriyyatı Səh.74–99
  54. "Sinergetika"- anlayışın etimologiyası, mənası və müasir şərhi . Ekologiya, Fəlsəfə. Mədəniyyət, 39-cu buraxılış, B., 2005 S. 15–20. .
  55. Qloballaşma inteqrasiya və ekoloji problemlərin yeni həlli imkanları "Azərbaycanın ekoloji problemləri" Respublika elmi- praktiki konfransının B., 2005ABU-nun nəşri Səh.36–40.
  56. İctimai elmdə yeni nəzəri- metodoloji istiqamətin zəruriliyi "Böyük tənqid və Böyük sintez" dövrü "Dirçəliş – XXI əsr", 2005, № 3 Səh.62–72.
  57. "Sistem: fəlsəfi ideya və elmi nəzəriyyə kimi" Fəlsəfə və sosial-siyasi elmlər, 2004, № 4
  58. Sinergiya və vəhdət-dialoqun şərti və əsası kimi "Diyaloq Avrasiya beynəlxalq düşüncə ve kültür dərgisi", 2005, № 3.
  59. Fəlsəfi apriorizmin metodoloji prezumpsiya kimi epistemoloji sta-tusuna dair İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi. Məqalələr məcmuəsi, B.. 2005
  60. Sinergetika, din və islamın sinergetik potensialına dair. Qloballaşma və islam Beynəlxalq konfransın materialı, 2005.
  61. Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsəri haqqında. Bakı,2005 Səh.346–348.
  62. Sinergetika və qeyri-səlis məntiq: Yeni metodologiyanın məntiqi təməlində baş verən çevriliş Fəlsəfə və sosial-siyasi elmlər, 2005, N22.
  63. Türk dünyasının fəlsəfi, mədəni-mənəvi potensialı tükənməzdir "Elm qəzeti", 2005, 2 may
  64. Cəmiyyət özünütəşkil edən sistemdir. Proqram – vəsait Azərbaycan təhsil nazirliyi, Təhsil Problemləri İnstitutu və BDU-nun proqramlar toplusu,2005, Bakı Universiteti nəşriyyatı Səh. 36–46
  65. Adlara adları kim verib? (Rəy) Yeni Azərbaycan qəzeti, 2005, 6 may
  66. İctimai elmlərin məntiqi əsasları: dialektikadan sinergetikaya Fəlsəfə jurnalı, № 1, 2005.
  67. Sosial sinergetika cəmiyyətşü-naslıqda yeni metodoloji konseptual sintez imkanıdırAMEA-nın "Elmi xəbərləri", Fəlsəfə və ictimai elmləri seriyası, B., 2005
  68. Sinergetik inkişaf nəzəriyyəsinin mahiyyəti fərqləri Fəlsəfə və sosial-siyasi elmlər B., 2005, № 2
  69. Qeyri-səlis məntig-Şərg məntiqinin elmdə bəraəti kimi Fəlsəfə jurnalı,2005, № 2
  70. Sosial-iqtisadi sfera sinergetik kontekstdə(FƏLSƏFİ ASPEKT) Odlar Yurdu Universitetinin Xəbərləri, 2006, № 17
  71. Qloballaşma problemlərinin təhlilinə müasir metodoloji paradiqmadan nəzər. Elmi axtarışlar XVIII toplu 2006
  72. Cəmiyyətin siyasi həyati sinergetikanın təhlil obyekti kimi Dirçəliş-XXI əsr 2006, № 3
  73. Sinerqetika: Anlayışın etimologiyası, mənası və müasir şərhi Tarix və onun problemləri 2006 № 2
  74. Our compatriot who made possible thinking and managing the world with Azerbaijani intellect and logic//Azərbaycan və Azərbaycanlılar AMEA-nın Rəyasət Heyətinin Beynəlxalq jurnalı, 2006, № 4
  75. Methodologische Analitik der Dialektik und des Sinergetik (Himblick auf des philosophisch-theoretischen Aspekten) // Jahrbuch Aserbaidchanforschung. Beitrage aus Politik, Wirtschaft, Geschichte und Literatur. Band 1. Verlag Koster. Berlin. 2007 (ISBN-13)
  76. Синергетика: философия сложности или идеал простоты (теоретико-методололический аспект) – Материалы научной конференции. ИФРАН, Москва, 2007
  77. Sosial sinergetikada siyasi böhran və lider problemləri (I məqalə)-Ekologiya, fəlsəfə, mədəniyyət, 2006-cı il, 45-ci burax. s. 29–39
  78. Sosial sistemin attraktiv struklaşmasında lider faktoru (II məqalə) – Ekologiya, fəlsəfə, mədəniyyət, 2006-cı il, 45-ci burax. s. 17–25
  1. [1] Arxivləşdirilib 2013-01-21 at the Wayback Machine.
  2. http://www.elibrary.az/cgi/azirbis64r/cgiirbis_64.exe?Z21ID=&I21DBN=AREF&[ölü keçid] TahirAllahyarova, Tahirə Bəkir qızı. Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi : fəlsəfə elm. dok. … dis. avtoreferatı: 09.00.11 / T. B. Allahyarova ; Bakı Dövlət Universiteti. – Bakı, 2007. – 53 s. ; 20 sm. – 100 экз

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]