Talıb Musayev
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Talıb Musayev | |
---|---|
aprel 1946 – 1953 | |
Əvvəlki | Meloyan |
avqust 1942 – aprel 1946 | |
Əvvəlki | İbiş Abbasov |
Sonrakı | Cəfər Vəlibəyov |
mart 1941 – avqust 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 2005 (97 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | 6 (Maksim Musayev daxil olmaqla) |
|
|
Təltifləri |
Talıb Qurban oğlu Musayev (1 yanvar 1908, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 4 aprel 2005, Bakı) — Azərbaycan və Ermənistan sovet ictimai-siyasi dövlət xadimi. Basarkeçər rayonu partiya komitəsinin birinci katibi. Ermənistan SSR Ali Soveti sədrinin birinci müavini.
Maksim Musayevin atası.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Talıb Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilir. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilər. 1938-ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq, İrəvan pedaqoji institutuna qiyabi daxil olur. 1943-cü ildə ali təhsil diplomu ilə institutu bitirir.
1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunur. 1948-ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm-Leninizm kursunu da oxumuşdur.
Basarkeçər rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Sovetinin sədrinin birinci müavini, Bir necə dəfə Ermənistan SSR Ali Sovetinin parlamentinə üzvü seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Ermənilər və faciələrimiz. Bakı, 2008
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Maksim Musayev. Atam Talıb Musayev. Bakı, "Nurlar", 2008". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
- 1 yanvarda doğulanlar
- 1908-ci ildə doğulanlar
- Nərimanlıda doğulanlar (Basarkeçər)
- 4 apreldə vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- 97 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Mehdiabadda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Zod kənd orta məktəbinin məzunları
- Ermənistan Dövlət Pedaqoji Universitetinin məzunları
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı dövlət xadimləri
- Ermənistan Kommunist Partiyası Vardenis Rayon Komitəsinin birinci katibləri
- Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin birinci katibləri
- Vardenis Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri
- Ermənistan SSR Ali Sovetinin deputatları
- Ermənistan SSR Ali Soveti sədrinin müavinləri
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri