Taneqaşima (odlu silah)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yapon piyada döyüşçüləri (asiqarular) taneqasimadan atəş açırlar.

Taneqasima - qədim yapon odlu silahı. Yaponiyanın izolyasiyası nəticəsində bu silah 300 il ərzində yaponların sahib olduğu yeganə odlu silah olub.Bu silahlar samuray sinfi və piyada əsgərlər (asiqaru) tərəfindən istifadə olunmuş və onların döyüşdə istifadə olunması Yaponiyada aparılan müharibənin kökünü tamamilə dəyişmişdir.

1543-cü ildə cənubi yapon adası olan Taneqasimaya gələn portuqallar yerli sakinləri odlu silahla tanış etmişdilər. Məhz bu səbəbdən Yaponiyada odlu silahı "taneqasima" adlandırırdılar. Taneqasima - portuqal dənizçilərindən alınmış muşketin yapon variantıdır.Portuqal silahının faydalığını dərk edən yerli knyaz onlardan iki ədəd muşket alır. Onların eynisinin nüsxəsini yaratdıqdan sonra yaponlar özünəməxsus nümunələrini yaratmış və silaha adanın adını vermişlər. Bu Yaponiyada ilk odlu silah idi. Tezliklə yaponlar zərbə vurma mexanizmini təkmilləşdirərək onların kütləvi istehsalına başladılar. Bu silahlar yapon-koreya müharibəsində və yerli münaqişələrdə geniş istifadə olunmuşdur. Yaponiyada izolyasiya başlayandan sonra bu silah Meydzi dövrünə (XIX əsrin ortaları) qədər heç bir dəyişikliyə uğramamışdır.

Bu günləri Yaponiyada və Qərbdə bu silahları qədim yapon silahlarının satıldığı yerlərdən və samuray antikvariat dükanlarından əldə etmək mümkündür.

Taneqasimanın növləri

[redaktə | mənbəni redaktə et]