Telefon köşkü (film)
Naviqasiyaya keç
Axtarışa keç
Telefon köşkü | |
---|---|
ing. Phone Booth | |
Janr | triller filmi, döyüş filmi, müəmma filmi, Psixoloji triller |
Rejissor | |
Prodüserlər | |
Baş rollarda | |
İstehsalçı | 20th Century Fox[2] |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 10 sentyabr 2002, 7 avqust 2003[5], 2002 |
Müddət | 81 ± 1 dəq.[6] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Los-Anceles |
IMDb | ID0183649 |
Telefon köşkü (ing. Phone Booth) — 2002-ci ildə çəkilmiş amerikan filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Bir telefon zəngi insanın həyatını həm dəyişə, həm də söndürə bilər. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir.
Süjet
[redaktə | mənbəni redaktə et]Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Kolin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa o öləcək...
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur.
- Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilmişdir.
- Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi.
- Maykl Bey filmin rejissoru ola bilərdi.
- Film əsasən Nyu-York universiteti tələbəsinin 1996-cı ildə lentə aldığı "Xəttin sonu" adlı qısametrajlı filmin motivləri əsasında ekranlaşdırılıb.
- Snayperçinin tam aydın görünmədiyi səhnə əvvəlcə Ron Eldardın, sonra isə Kifer Sazerlendin iştirakı ilə çəkilib.
- Filmin premyerası 2002-ci il noyabrın 15-nə planlaşdırılmışdı. Amma Merilenddəki faciədən sonra film 2003-cü il aprelin 4-ü üzə çıxdı.
- 1960-cı illərdə Larri Koen filmin konsepsiyasını Alfred Hiçkoka təklif edir. İdeya Alfred tərəfindən bəyənilsə də, qəhrəmanın niyə telefon köşkündən çıxa bilmədiyinin səbəbini fikirləşə bilmirlər. Koen 1990-cı illərdə ssenarini yenidən vərəqləyir və snayperçi ideyasını fikirləşir.
- Larri Koen filmin ssenarisini bir aya yazıb.
- İrlandiyada film "Telefon qutusu" adı altında ekranlara çıxıb.
- Filmdəki bütün səhnələr ardıcıllıqla lentə alınıb.
- Film 12 günə lentə alınıb. 10 gün telefon köşkünün içindəki çəkilişlər üçün, 2 gün isə telefon köşkünün ətrafındakı çəkilişlər üçün lazım olub.
- Styu günahlarını etiraf etdiyi səhnə bircə dubla lentə alınıb.
- Keti Holmsla restorandakı kadr dubllararası fasilələrdə lentə alınıb. Ketinin baxışları rejissorun xoşuna gəlir və epizodu filmə əlavə etmək qərarına gəlir.