38°42′ şm. e. 104°42′ ş. u.HGYO

Tenqer (səhra)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tenqer səhrası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.400 ± 1 m
Sahəsi 36700 km²
Yerləşməsi
38°42′ şm. e. 104°42′ ş. u.HGYO
Ölkə  ÇXR
Tenqer səhrası xəritədə
Tenqer səhrası
Tenqer səhrası
Tenqer səhrası (Asiya)
Tenqer
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tenqer (monqolca: Тэнгэр цөл (Tenqer tsöl), çincə: 腾格里沙漠 (pinyin (transkripsiyası): Ténggélǐ Shāmò) — Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunun qərbini, və Qansu vilayətinin mərkəzi hissəsini əhatə edən səhra. Onun monqol dilindəki adı olan "Tenqer tsöl" hərfən "Tanrı çölü", yəni «göy, səma çölü, səhrası» mənasını verir.

Alaşan səhrasının cənub-şərq hissəsini əhatə edir. Qərbdən və şərqdən Yabray-Yançan və Helanşan dağları, cənubdan isə Böyük Çin səddi ilə əhatələnir. Sahəsinə görə Çinin dördüncü səhrasıdır.

Səhranın sahəsi 36700 km² təşkil edir. Ərazisinin böyük hissəsi 1200 metr hündürlükdə yerləşir, və müxtəlif reylef formalarına malikdir. Ərazisində 400 göl vardır, lakin göllərin böyük qismi axarsız olub duzludurlar.

Həmçinin ərazisinin 70%-i dyunlarla örtülüdür. Dyunların böyük qismi 10-30 metr hündürlüyə malikdir, ən hündür dyunlar isə 100 metr təşkil edir. Dyunlar cənub-şərq istiqamətində hərəkət edir.