Ternate
Terante adası | |
---|---|
ind. Pulau Ternate, | |
Ümumi məlumatlar | |
Sahəsi | 75 km² |
Hündür nöqtəsi | 1715 m |
Əhalisi | 145.143 nəfər (2003-cü il) |
Yerləşməsi | |
0°47′00″ şm. e. 127°22′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ternate (ind. Pulau Ternate) — Molukk adalarına daxil olan və İndoneziyanın şərqində yerləşir. Halmaheranın qərbində möve tutur. Keçmişdə Ternate sultanlığının mərkəzi olmuşdur.
Qonşu Tidore adası kimi konusvari formaya malikdir. Müsəlman sultanlığı uzun sürən hakimiyyətə malik olmuşdur. Mıxək istehsalından böyük miqdarda gəlir əldə edilirdi. Bu ədvadan əldə edilən gəlir sultanlığın çiçəklənməsinə səbəb olmuşdur. Ternate sultanlığı[1] Molukk adalarının çoxuna təsir güçünə malik olmuşdur.
Hazırda adada yerləşən Ternate şəhəri Şimali Maluk vilayətinin mərkəzidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Adada hazırda fəaliyyətdə olan Qamalama vulkanı vardır (1715 м). Vulkan 1840-cı ildə adanın qərb hisdəsinin böyük ərazisini dağıtmışdır. XX əsrin sonlarına yaxın (1980, 1983 və 1994) bir necə dəfə püskürmə baş vermişfir. Hazırda adanın sagəsi 76 km² təşkil edir. 2003-ci il məlumatına gör adada 145 143 insan yaşayır.
Adanın şimal-şərqində aeroport vardır. .
Batu Anqus adlı lava novu adanın şimal-şərqində yerləşir. Seysmik cəhətdən aktiv bölgədə yerləşir. Tez-tez vulkan püskürmələri və zəlzələlər baş verir.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]Ternate dörd rayona bölünür:
- Palau Ternate
- Monti
- Şimali Ternate
- Cənubi Ternate.
İnzibati cəhətdən mətkəzi Ternate şəhəridir. Ternate Şimali Maluku vilayətinin mərkəzidir.
Ternate siti
[redaktə | mənbəni redaktə et]Ternate siti (ind. Kota Ternate) hava limanından 10 km aralıda yerləşir. Vilsyətin ən iri şəhəridir[2]. Sultanın sarayı 1796-cı ildə inşa edilmişdir. Hazırda burada muzey fəaliyyət göstərir. Böyük dəniz limanı hollandlar tərəfindən inşa edilmişdir.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Hava əlaqəsi adada yerləşən və sultan Babulli adını daşıyan hava limanıdır. Bura hava əlaqələri Lion Air, Merpati Nusantara Airlines, Garuda Indonesia, Batavia Air və Sriwijaya Air şirkətləri ilə həyata keçirilir. Üstəlik digər adalarla əlaqə dəniz limanı ilə də yaradılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ricklefs, M.C. A History of Modern Indonesia Since c.1300, 2nd Edition. London: MacMillan. 1993. səh. 24. ISBN 0-333-57689-6.
- ↑ Witton, Patrick. Indonesia. Melbourne: Lonely Planet. 2003. 821–822. ISBN 1-74059-154-2.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Andaya, Leonard Y (1993). The world of Maluku: eastern Indonesia in the early modern period. Honolulu: University of Hawaii Press. ISBN 0-8248-1490-8
- The History of the Spanish Presence in the Moluccas (Indonesia): the Spanish Forts in Tidore Island, Maluku, Indonesia by Marco Ramerini Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine
- Cribb, Robert (2000). Historical atlas of Indonesia. Surrey: Curson. ISBN 0-7007-0985-1.
- Hanna, Willard Anderson and Des Alwi (1990). Turbulent times past in Ternate and Tidore. Banda Naira: Yayasan Warisan dan Budaya.
- Wallace, Alfred Russel (1858). «On the Tendency of Varieties to Depart Indefinitely From the Original Type»
- Португальцы в Индонезии: Молуккские и Зондские острова Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine (ing.)