Tiraspol FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tiraspol FK
FC Tiraspol
Loqonun şəkli
Klubun tam adı Tiraspol Futbol Klubu
Ölkə
Rəng(lər)          yaşıl-qırmızı
Yaranma tarixi Konstruktorul Kişinyov (1992)
Tiraspol (2001)
Bağlama tarixi 2015
Stadionu Şerif stadionu
Prezidenti Viktor Tulba
Baş məşqçisi Lilian Popescu
Liqa Moldova çempionatı
2013-14 2
Rəsmi saytı

"Tiraspol" FKMoldovanın Tiraspol şəhərini təmsil edən peşəkar futbol klubu. Hazırda Moldova çempionatında oynamaqdadır.

1992-ci ildə "Konstruktorul Kişinyov" adı ilə qurulmuşdur. 1996-cı ildə Moldova çempionatına yüksəlmişdir və 1997-ci ildə Moldova çempionatının qalibi olmuşdur.[1] 1996-cı ildə və 2000-ci ildə Moldova kubokunu qazanmışdır. Klub 2001-ci ildə Tiraspola köçəndən sonra Çorburçi qəsəbəsində iqamət etməyə başlamışdır. Dnestryanı Respublikasını təmsil etsə də Moldova çempionatında çıxış edir.

Konstruktorul Kişinyov

[redaktə | mənbəni redaktə et]

Klub 1992-ci ildə Konstruktorul Kişinyov adı Moldovanın paytaxtı Kişinyovda ilə qurulmuşdur. 1996-cı ildə klub Moldova çempionatına yüksəlmiş və Moldova kubokunun finalında "Tiliqul Tiras"ı 2:1 məğlub etmişdir. Növbəti mövsüm isə şəhərin digər komandası "Zimbru" Kişinyovun 6 ardıcıl çempionluğundan sonra Moldova çempionu olmuşdur. Bu zəfərdən sonra klub ilk dəfə UEFA Çempionlar Liqasında çıxış etmiş, amma 1997-98 mövsümünün ilk seçmə mərhələsində Çexiyanın "Slaviya" Praqa klubuna ümumilikdə 3:4 məğlub olmuşdur.[2] 2000-ci ilin 24 mayında Moldova kubokunun finalında "Zimbru"nu 1:0 məğlubiyyətə uğratmışdır.[3]

Klub bu dövrdə UEFA Kubokunda da çıxış etmişdir. 2000-ci ilin sentyabrında Konstruktorul Kişinyov Bolqarıstanın ÇSKA Sofiya klubuna qarşı oyunda təhlükəsizlik tədbirlərinin pozulmasına görə 1 il avrokuboklardan kənarlaşdırılmışdır.[4]

2001-02 mövsümündən qabaq klub Dnestryanı Respublikasının paytaxtı Tiraspol yaxınlığndakı Çorburçi qəsəbəsinə köçmüşdür və adını "Konstruktorul Çorburçi" olaraq dəyişdirmişdir. Daha sonra Tiraspol şəhərinə yerləşmişdir. Kişinyov şəhərini tərk edəndən bəri klub nə çempionluq, nə də ki kubok qazanmışdır.

Ən böyük uğurunu 2004-05 mövsümündə UEFA Kubokunda qazanmışdır. "Tiraspol" növbəti mərhələdə Ukraynanın "Metallurq Donetsk" klubu tərəfindən ümumilikdə 1:5 məğlub edilənə qədər[5] Ermənistanın "Şirak" klubunu iki oyuna əsasən 4:1 udmuşdur.[6]

Mövsüm Liqa Yer O Q H M VQ BQ X Kubok Avropa Qeydlər
1994–95 2D ¼ final Keçdi
1995–96 1D 3 30 24 2 4 71 16 74 Qalib
1996-97 1 30 26 3 1 82 10 81 1 KK 1-ci mərhələ
1997–98 3 26 17 3 6 54 32 54 Final ÇL 1-ci mərhələ
1998–99 2 26 15 6 5 30 13 51 Final ÇL seçmə mərhələ
1999–00 3 36 18 11 7 52 23 65 Qalib UK seçmə mərhələ
2000–01 4 28 10 9 9 30 30 39 Yarımfinal UK seçmə mərhələ
2001–02 4 28 10 7 11 36 42 39 Final
2002–03 5 24 7 5 12 27 38 26 Yarımfinal İK 1-ci mərhələ
2003–04 4 28 12 9 7 32 22 45 ¼ final
2004–05 4 28 12 8 8 41 23 44 ¼ final UK 2-ci mərhələ
2005–06 3 28 8 13 7 24 21 37 ¼ final
2006–07 5 36 10 16 10 37 32 46 Yarımfinal İK 3-cü mərhələ
2007–08 4 30 16 7 7 36 21 55 Yarımfinal
2008–09 7 30 9 5 16 30 36 32 Yarımfinal İK 2-ci mərhələ
2009–10 9 33 8 10 15 20 34 34 ¼ final
2010–11 7 39 17 6 16 57 45 57 ¼ final
2011–12 6 33 10 12 11 36 32 42 ¼ final
  • Moldova çempionatı (1): 1996-97.
  • Moldova kuboku (3): 1996, 2000, 2013.
  • Moldova 2-ci divizyonu (1): 1995
  • Moldova 3-cü divizyonu (1): 1994

Avropada çıxışı

[redaktə | mənbəni redaktə et]
UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası
UEFA İntertoto Kuboku
UEFA Kuboklar Kuboku

1 mart 2015-ci ilə olan məlumata əsasən

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Ukrayna GK Oleksandr İlyusşenkov
3 İspaniya DF Erik Barroso
4 Serbiya MF Mihaylo Çakiç
5 Moldova DF Andrey Noviçov
7 Ukrayna MF Yevhen Zariçnyuk
8 Ukrayna MF Serhiy Şapoval
9 Moldova FW George Ovseaniçov
10 Moldova FW Oleq Molla
11 Moldova FW George Boqiv
12 Moldova GK Vladimir Livşit
14 Moldova MF Vadim Rata
15 Bolqarıstan FW Georgi Karaneyçev
Nömrə Ölkə Mövqeyi Futbolçu
16 Ukrayna DF Oleh Yermak
17 Moldova MF Valentin Birdan
19 Moldova DF Sergey Mokanu
20 Moldova MF Aleksandru Qrasu
21 Moldova FW Sergey Alexeyev
22 Moldova DF Andrey Makritçii
23 Moldova MF Viktor Bulat
24 Moldova MF İqor Poyarçov
25 Moldova GK Aleksey Koșelev
27 Moldova MF Vadim Bolohan
28 Moldova FW Artyom Puntus (Şerifdən icarə)
77 Ukrayna DF Kirilo Sidorenko
  1. "Arxivlənmiş surət". 2012-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  2. "Arxivlənmiş surət". 2015-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  3. "Arxivlənmiş surət". 2012-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  4. "Arxivlənmiş surət". 2015-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  5. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.
  6. "Arxivlənmiş surət". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]