Tokio Sarayı
Tokio Sarayı | |
---|---|
palais de Tokyo | |
Əsası qoyulub | 2000 |
Açılış tarixi | 24 may 1937 |
Ölkə | |
Yerləşir | Parisin 16-cı dairəsi[d][1] |
48°51′50″ şm. e. 2°17′49″ ş. u.HGYO | |
palaisdetokyo.com palaisdetokyo.com/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Tokio Sarayı (fr. Palais de Tokyo ) — Parisin 16-cı bölgəsində, Trokadero meydanı ilə üzbəüz yerləşən müasir incəsənətə həsr olunmuş bina.
Binanın şərq qanadı Paris şəhərinə aiddir və burada Müasir İncəsənət muzeyi yerləşir.[2] Qərb qanadı Fransa dövlətinə aiddir və 2002-ci ildən etibarən, müasir incəsənətin müvəqqəti sərgilərinə həsr olunmuş Fransanın ən böyük muzeyi olan Tokio Sarayına / Site de création contemporaine-ə ev sahibliyi edir.
Bina Sena çayından Nyu-York prospekti ilə ayrılır (əvvəllər Debilli və sonralar Tokio küçəsi (1918-ci ildən 1945-ci ilə qədər)). Binanın adı bu küçənin adından götürülmüşdür.
Tarixi
[redaktə | mənbəni redaktə et]Saray 1937-ci il Ümumdünya İncəsənət və Texnologiya Sərgisi zamanı 24 may 1937-ci ildə Prezident Albert Lebren tərəfindən açılmışdır.[3]. Binanın əvvəlki adı Palais des Musées d'art moderne ("Müasir İncəsənət Muzeyləri Sarayı") idi.
O vaxtdan bəri binada bir çox təşkilatlar, layihələr və yaradıcılıq məkanları yerləşmişdir. Onların arasında:
- İncəsənət və Gözəllik Muzeyi — (1977-1986)
- Milli Fotoqrafiya Mərkəzi — La Femi[4]
- Sinema sarayı[5] — (1986-cı il)
Hazırkı müasir incəsənət mərkəzi 2002-ci ilin martında "Site de création contemporaine" (Müasir Yaradıcılıq Mərkəzi) yeni adı ilə ictimaiyyət üçün açılıb və inkişaf etməkdə olan Fransa və beynəlxalq incəsənət səhnəsində ixtisaslaşmışdır. Bina 2012-ci ildə memarlar Anne Lacaton və Jan-Filipp Vassal tərəfindən təmir edilmiş və genişləndirilmişdir. Onlar daha sonra Pritzker mükafatını almışlar.[6] Daimi kolleksiyası olmayan Tokio Sarayı "Avropanın kolleksiya olunmayan ən böyük müasir incəsənət muzeyi" hesab olunur.[7]
Direktorları
[redaktə | mənbəni redaktə et]2002-ci ilin martında Nikolas Bourriaud və Jérôm Sans Tokio Sarayının qərb qanadında müasir mərkəz açdılar. Onlar məhdud büdcə ilə sənət aləmində tanınmış bir təşkilat yaratdılar.
Tokio Sarayı o vaxtdan bəri aşağıdakılar tərəfindən idarə olunur:
- 2006–2012: Mark-Olivier Valere[8][9]
- 2012–2018: Jan de Loizi
- 2021–2022: Emma Lavigne[10]
- 2022-indiyə qədər: Guillaume Desanges[11]
Pavilyonu
[redaktə | mənbəni redaktə et]Pavilyonu 2001-ci ildə yaradılmışdır.[12] Layihəyə dəvət olunmuş tələbə rəssamlar və kuratorlar üçün studiya və laboratoriya kimi nəzərdə tutulmuş bu pavilyon, yerli rəssamların gənclik işlərini nümayiş etdirmək üçün hazırlanmış eksperimental proqramdır.[13] Binanın açılışından bəri proqramın direktoru rəssam və rejissor Ange Lessia olub.
"Palais /"
[redaktə | mənbəni redaktə et]Muzey 2006-cı ildən Mark-Olivier Valere tərəfindən yaradılmış "Palais /" jurnalını nəşr etdirir. Jurnalın ildə 3 sayı nəşr olunur (yaz, yay və payız).
Jurnalda hər bir nəşr üçün seçilmiş mərkəzi bədii mövzu ətrafında məqalələr yer alır. Mövzular konseptualdır və fotoqrafiya, müxtəlif bədii media, esselər və tez-tez eksperimental mediadan istifadə etməklə tədqiq edilir. Jurnalda mövzu ümumiyyətlə muzeydə eyni vaxtda nümayiş etdirilən sərgi ilə üst-üstə düşür.[14]
"Palais /" jurnalı ilə yanaşı, 2007-2011-ci illər arasında "Yodelinqdən kvant fizikasına" adlı müasir incəsənət ensiklopediyasının 5 cildi də nəşr olunub.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 ArchINFORM (alm.). 1994.
- ↑ "Arxivlənmiş surət". 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-06.
- ↑ "Musee d'Art moderne de la Ville de Paris (City Museum of Modern Art)". Yahoo! Travel. Yahoo!. 2010-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-20.
- ↑ "Arxivlənmiş surət". 2018-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-06.
- ↑ [1] Arxiv surəti 17 dekabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 17 dekabr 2009 at the Wayback Machine
- ↑ Pogrebin, Robin. "Affordable Housing Earns French Couple the Pritzker Prize". The New York Times (ingilis). 16 March 2021. ISSN 0362-4331. 24 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2021.
- ↑ [2] Arxiv surəti 16 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 16 iyul 2011 at the Wayback Machine
- ↑ "Palais de Tokyo". palaisdetokyo.com. 31 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2015.
- ↑ Hartvig, Nicolai. "Paris Regains Some of Its Lost Aura in Art World". The New York Times. 28 October 2011. 3 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
- ↑ Gareth Harris (22 July 2019), Emma Lavigne lined up as new president of the Palais de Tokyo in Paris Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine.
- ↑ Alex Greenberger (10 January 2022), Palais de Tokyo to Return to Experimental Roots with New Leader Arxivləşdirilib 2023-11-06 at the Wayback Machine.
- ↑ "Arxivlənmiş surət". 2012-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-06.
- ↑ https://web.archive.org/web/20080304164151/http://www.palaisdetokyo.com/fo3/low/programme/index.php?page=..%2Fpavillon%2Fpavillon.htm
- ↑ [3] Arxiv surəti 5 avqust 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 5 avqust 2010 at the Wayback Machine