Tomas Tallis
Tomas | |
---|---|
Tomas Tallis | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Britaniya İmperiyası, Kent |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Britaniya İmperiyası, Böyük London |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Fəaliyyət illəri | 1554-cü ildən |
Musiqi aləti | orqan |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Tallis (təq. 1505[1], Kent qraflığı – 23 noyabr 1585, Qriniç[d], Kent qraflığı[2]) — ingilis bəstəkarı və orqançısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tallisin erkən həyatı haqqında çox az məlumat var. 16-cı əsrin əvvəlləri VII Henrinin hakimiyyəti illərinin sonlarına doğru doğulduğu fikri mövcuddur. Tallisin uşaqlıq dövrü və bu dövrdə musiqi ilə olan əlaqəsi haqqında da az məlumat var. Belə ki, sonradan yetişkin bir üzv kimi də Chapel Royal xoru, Müqəddəs James sarayının xorlarında iştirak etmişdir. O, ilk musiqi uğurunu 1532-ci ildə Dover Monastrının( indiki Dover Kolleci) və Benedictine Monastrının (Kent şəhərində) organçı kimi qazanmışdır. Uğurları onu ilk olaraq Londona, sonradan( 1538-ci ilin payızında) Voltam Monastrı və 1540-cı ildə dağıdılan Essex`dəki böyük Auqustinyan Monastrına qədər gətirmişdir. Tallisin növbəti iş yeri Kanterbur kafedralı oldu.1543-cü ildə Chapel Royal xoruna yetişkin kimi göndərildi.(hansı ki, sonradan protestant quruma çevrildi) Tallis VII Henri, Edward VI (1547-1553) Şahzadə Mary(1553-1558) və Şahzadə Elizabet (1558-dən Tallisin öldüyü 1585-ə qədər) üçün musiqilər bəstələdi və ifa etdi. Ardıcıl olaraq, maraq üçün bəstəkar və orqançı kimi fəaliyyət göstərməsinə baxmayaraq, Tallis ətrafında gedən dini mübahisələrdən uzaq durmağa çalışmış, hətta William Byrd kimi o da, “formalaşmamış Roma katoliki”olaraq qaldı. Tallis müxtəlif monaxların çox fərqli musiqi istəklərini rahat bir şəkildə yerinə gətirə bilən çox fərqli kompozisiyalar yarada bilirdi. Dövrünün digər önəmli bəstəkarları arasında Christopher Tye və Robert White da daxil olmaqla, Tallis fərqlənirdi.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Tallis 1552-ci ildə evlənib,onun yoldaşı Joan ondan 4 il uzun yaşadı.Uşaqları yox idi.Ömrünün sonlarını Greenvichdə, kraqllıq sarayına yaxın bir yerdə yaşadı. 1575-ci ildə Şahzadə Elizabet ona və tələbəsi William Byrdə polifonik musiqidə 21 illik monopoliya və öz musiqilərini çap etdirmək üçün bir nəşr evi bağışladı.Hansl ki, bu o dövrdə bir ilk oldu.Tallisin monopoliyası “mahnı və mahnılar” toplusu kimi təqdim olunurdu və ingilis, latın, frnasız, italyan və s. dillərdə istifadə olunurdu. Tallisin bütün növ musiqiləri istənilən dildə çap etmək izni var idi. Tallis və Byrd öz monopoliyalarını “Ürək mahnısı” toplularını çap etdirmk üçün istifadə edir(1575)
Ölümü
[redaktə | mənbəni redaktə et]Thomas Tallis Greenvichdəki evində 1585-ci ilin noyabrında hüzur içində öldü.O, Greenvicdəki Müqəddəs Alfegi kilsəsində basdırıldı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ Deutsche Nationalbibliothek Record #118801252 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Pages using the JsonConfig extension
- 30 yanvarda doğulanlar
- 1505-ci ildə doğulanlar
- 80 yaşında vəfat edənlər
- 23 noyabrda vəfat edənlər
- 1585-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə musiqiçilər
- İngiltərədə doğulanlar
- Kentdə vəfat edənlər
- İngilis bəstəkarlar
- Britaniya bəstəkarları
- Birləşmiş Krallıqda doğulanlar
- Londonda vəfat edənlər