Trixofitiya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Trixofitiya- dərini və dəri artımlarını zədələyən göbələk xəstəliyidir.[1]
Saya dəri trixofitiyası — əksəriyyətlə bədənin açıq yerlərində: (üzdə, boyunda, əllərdə) olub, burada parlaq-qırmızı dəyirmi formalı və azca qabarıq ləkələr əmələ gətirməsi ilə fərqlənir. Ləkələr tədricən böyüyür və onların səthi nazik qabıqla örtülür, kənarlarında isə bəzən halqa şəklində xırda qovuqlar əmələ gəlir. Başın saçlı hissəsində — trixofitiya zədələnmələri nəticəsində, qabıqla örtülmüş xırda eritematoz ləkələrə peyda olur. Göbələyin saçlara daxil olması nəticəsində onlar lap kökü yanında (qara nöqtələr şəklində) və ya dəri səthində 1 – 3 mm yuxarı hissəsində sınır. Beləliklə, sanki qırxılmış dairəşəkilli sahələr (kötüklər) əmələ gəlir. Trixofitiya ilə zədələnmiş dırnaqlar dişlənmiş və ovulan şəkil alır və çirkli-boz rəngli olur. Bəzi hallarda bu dırnaqların səthində oyuqlar və çatlar əmələ gəlir. Yaşlılarda xronik trixofitiya — sürtünmə simptomları ilə xarakterizə olunur. Zədələnən saya dəridə açıq çəhrayı rəngli azca kəpəklənən ləkələr əmələ gəlir. Bu cür ləkələr əksəriyyətlə dirsəklərin, əllərin və sarğı sahəsinin dərisində müşahidə olunur. Başın tüklü hissəsində zəif qovuqlanan ovulub atrofiya ilə nəticələnən xırda eritematoz zədələnmə ocaqları qeyd edilir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Trixofitiya". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.
- ↑ "Göbələk xəstəlikləri". 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-30.