Uduq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Uduq (şum. 𒌜), sonralar akkad dilində utukkuqədim Mesopotamiya mifologiyasından bəzən yaxşı, bəzən də şər qüvvə hesab edilən qeyri-müəyyən demonlar sinfi. Ekzorsizm mətnlərində bəzən "xeyir uduğu" "şər uduğu"na qarşı çağırılır. Bu, ümumiyyətlə qeyri-müəyyən bir sözdür və bəzən müəyyən bir cin növünə deyil, bütövlükdə cinlərə xitab etmək üçün istifadə olunur. Uduğun heç bir vizual təsviri hələ müəyyən edilməmişdir, lakin adətən onun digər qədim Mesopotamiya cinlərində olduğu kimi qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olduğu bildirilir. Salamat qalmış qədim Mesopotamiya mətnlərində şər uduqlarını qovmaq üçün "Uduq-hul" mətnləri kimi tanınır. Bu mətnlərdə şər uduğun xəstəlik törətməkdə oynadığını rolu və xəstəliyin sağalmasında şeytan çıxaranın əhəmiyyəti vurğulanır.

Bütün Mesopotamiya demonları arasında uduq ən az aydın şəkildə müəyyən olunanıdır.[1] Bu söz əvvəlcə sözügedən demonun yaxşı və ya pis olduğunu ifadə etmirdi.[2][3] İki Qudeya silindrindən birində Laqaş padşahı Qudeya (e.ə. təq. 2144–2124-cü illərdə hökmranlıq etmişdir) ilahədən onu qorumaq üçün "yaxşı uduq" və ona rəhbərlik etmək üçün bir lamassu göndərməsini xahiş edir.[2][4] Qorunub saxlanılmış və məzmununda ekzorsizm üçün göstərişlər verilən qədim Mesopotamiya mətnlərində ekzorsizm həyata keçirilən zaman insanları mühafizə etsin və ya başqa formada yardım göstərsin deyə çox vaxt "xeyir uduğu"nun çağırıldığı qeyd olunur.[5] Bundan başqa, Mesopotamiyada tapılmış sehrli mətnlərdə xüsusi bir "şər uduğu"na əlavə olaraq, şər qüvvəsi olduğu bildirilən cəm halında "uduqlar" da qeyd olunur.[2] "Şər uduğu" ifadəsi üçün şumer dilində "Udug Hul" və akkad dilində "Utukkū Lemnutū" ifadəsindən istifadə olunurdu.[6] Şər uduğu çox vaxt fiziki və ruhi xəstəliklərin vektoru kimi çıxış edirdi.[7]

Təsnifat edilməmiş "uduq" sözü adətən şər uduğu sözünü ifadə edir.[7] Ekzorsizm mətnlərində bəzən "şər uduğu"na qarşı "xeyir uduğu" çağırılır.[8] Qədim Babilistan dövrünə aid bir mətndə (e.ə. təq. 1830 – təq. 1531-ci il) qeyd edilir ki, "Qoy şər uduğu və şər qallası bir kənarda dursun. Qoy xeyir uduğu və xeyir qallası var olsun".[9][10] Bəzən uduq sözü hətta konkret bir demonu ifadə etmir, əksinə Mesopotamiya demonologiyasında bütün müxtəlif demonlar üçün çətir termini rolunu oynayır.[11] Qrem Kanningem uduğun həm xeyir, həm də şər qüvvəsi kimi qabiliyyətlərini izah etmiş, adətən onu təsvir etmək üçün istifadə edilən "demon" terminindən daha çox "daymon" termininə üstünlük verildiyini iddia etmişdi.[12]

Uduğun yalnız bir neçə təsviri məlumdur[1] və Gina Konstantinopulosun fikrinə görə, onların heç bir piktoqrafik və ya vizual təsviri müəyyən edilməmişdir.[1] Bəzi Mesopotamiya silindrli möhürlərində xeyirxah gözətçi demon Lama ilə yanaşı əsa daşıyan fiqur təsvir edilir. Talli Ornana görə, bu fiquru uduq kimi müəyyən etmək olar.[13] Frans Vigermann iddia etmişdir ki, Lama və uduq təsvirləri adətən qapıları qorumaq üçün istifadə olunurdu.[14]

Həm şumer, həm də akkad dillərində yazılmış ikidilli bir ovsunda tanrı Asaruludu atası Enkiyə "şər uduğu"nu təsvir edir:[1]

" Ey atam, şər uduq [uduq hul], zahiri bədxassəli və boyu ucadır,

Tanrı olmasa da, onun gurultusu böyük və şəfəqi [melam] hədsizdir,
Qaranlıqdır, kölgəsi zülmət qaradır və bədənində işıq yoxdur,
Həmişə gizlənir, sığınır, qürurlu şəkildə durmur,
Caynaqlarından öd damlayır, öz ardınca zəhər buraxır
Onun kəməri açıq deyil, qolları bağlıdır,
Qəzəbinin hədəfini göz yaşları ilə doldurur, heç bir yurdda onun döyüş fəryadını saxlamaq olmur[1]

"

Bu təsvir əsasən uduğun əslində nəyə bənzədiyini vurğulamaq əvəzinə onun qorxunc fövqəltəbii qabiliyyətlərinə daha çox diqqət yetirir. Burada "şər uduğu"na aid edilən bütün xüsusiyyətlər adətən bütün müxtəlif növ qədim Mesopotamiya demonlara aid edilən ümumi xüsusiyyətlərdir. Bunlara onun qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olması aiddir.[1] Uduğun digər təsvirləri bu təsvir iə uzlaşmır və çox vaxt onunla ziddiyyət təşkil edir.[11] Konstantinopulos qeyd etmişdir ki, "uduq nə olmadığı ilə müəyyən edilir. Bu demon hətta ilkin görünüşlərində belə adsız və formasızdır". Qədim Babilistan dövrünə (e.ə. təq. 1830 – təq. 1531-ci illər) aid bir ovsunda uduq "əvvəldən adı ilə çağırılmayan […] heç vaxt forma ilə görünməyən" kimi müəyyən edilmişdir.[1]

Uduq-hul ovsunları

[redaktə | mənbəni redaktə et]

Şər uduğunun ekzorsizm kanonu "udug-ḫul" kimi tanınır, onun Akkad mədəniyyətində ekspansiyası (Akkad dilində "utukkū lemnūtu" kimi tanınır) on altı lövhədən ibarətdir.[15][16] "Udug Hul" ovsunları ənənəsi bütün qədim Mesopotamiya tarixini əhatə edir. Bunlar e.ə. III minillikdə yazılmışdır və şumer dilində yazılmış məlum ən qədim mətnlərdən biridir, həmçinin mixi yazı ilə yazılmış və yunan transliterasiyaları olan son antik dövrün ən gənc Mesopotamiya mətnləri arasındadır. "Uduq-ḫul" ovsunları əvvəlcə təkdilli idi və şumer dilində yazılmışdır, lakin bu ilk versiyalar sonradan həm şumer, həm də akkad dillərində yazılmış ikidilli mətnlərə çevrilmişdir. Onlar həmçinin, şumercə variantları olmadan yalnız akkad dilində yazılmış əlavələrlə ekspansiya edilmişdir.[17] "Uduq-ḫul" ovsunları xəstəliyin səbəbi kimi şər uduğunun rolunu vurğulayır[18] və xəstəliyin sağalması üçün ilk növbədə şər uduqlarını qovmağa cəhd edir.[19] Bu mətnlərdə adətən Mesopotamiya mifologiyasına, məsələn İnannanın "Yeraltı dünyasına eniş" mifinə istinadlar edilir.[20]

Akkad, Babilistanşumer yazılarında uduqların bəzilərinə tekstual istinadlar mövcuddur. Onlar:

  • Mimma-Lemnu – termin cadugərlərlə əlaqədar həm magiya, həm də kölgəli demona aid edilir.[21]
  • Hanbi – şərin təcəssümü, bütün şeytani qüvvələrin ağası.[22]
  • Ardat-Lili – qadın, it və əqrəb xüsusiyyətləri olan, uşaqları yeyən kölgəli demon.[23]
  • Vardat-Lilitu – kölgəli vampir xarakterli demon. O, uşaqları yeyir və ilkin mifik təcəssümlərdə Dingir tərəfindən öldürülmüşdür.[24]
  • Alu-Lilu – üzə malik olmayan kölgəli demon.[25]
  • Pasusu – havanın bütün şər ruhlarının başında olan kölgəli demon.[26]
  • Mukil res lemutti – bədbəxtlik demonu. O, insanları tələyə salaraq onları heyvana çevirir.[27]
  • Namtar – yoluxucu kölgəli demon.[28] O, Dingir Ereşiqal ilə müttəfiqdir. Namtar başqa bir demon Mimma-Lemnunu öz yeraltı dünyasında zəncirlənmiş halda saxlayır.[29]
  • Tiu – baş ağrılarına səbəb olan kölgəli demon. O, Dingir ilə müttəfiqdir.[29]
  • Axxasu – taun xəstəliyini təcəssüm edən demon. O, Dingir-Lamaştu ilə müttəfiqdir.[30]
  • Kilili – bayquşlara əlaqədar kölgəli demon. O, Dingir İnannanın müttəfiqdir.[31]
  • Labasu – Nuskunun şeytan çıxarma mətnində müşahidə olunmuş demon.[30]
  • Abizu – spontan abortlar və uşaqlıq xəstəliklərindən məsul olan demon.[32]
  1. 1 2 3 4 5 6 7 Konstantopoulos, 2017. səh. 24
  2. 1 2 3 Black, Green, 1992. səh. 179
  3. Romis, 2018. səh. 12
  4. Cunningham, 2007. səh. 38
  5. Konstantopoulos, 2017. səh. 23
  6. Konstantopoulos, 2017. səh. 25
  7. 1 2 Konstantopoulos, 2017. səh. 26
  8. Konstantopoulos, 2017. səh. 23, 26
  9. Romis, 2018. səh. 12–13
  10. Cunningham, 2007. səh. 128
  11. 1 2 Konstantopoulos, 2017. səh. 24–25
  12. Cunningham, 2007. səh. 39
  13. Ornan, 2005. səh. 43
  14. Ornan, 2005. səh. 19
  15. "utukkū lemnūtu, Tablets 1-7". 2018-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-04.
  16. "utukkū lemnūtu, Tablets 8-16". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-04.
  17. Geller, 2016. səh. 3
  18. Geller, 2016. səh. 4
  19. Geller, 2016. səh. 3–4
  20. Geller, 2016. səh. 4–5
  21. Stol, 2000
  22. Bane, 2014. səh. 157
  23. Farber, 1989. səh. 14
  24. Scurlock, Andersen. səh. 435
  25. Hurwitz, 1980. səh. 39
  26. Lambert, 1970. səh. 41–T4
  27. Scurlock, 2005. səh. 446
  28. Klein, 1998. səh. 143
  29. 1 2 Schwemer, 2010. səh. 66
  30. 1 2 Bane, 2014. səh. 26
  31. Lambert, 1980. səh. 591
  32. Fulgum, 2001. səh. 142

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]